Seçki sistemi seçkilərin və referendumların necə keçirildiyini və onların nəticələrinin necə müəyyən edildiyini özündə ehtiva edən qanunlar toplusudur. Siyasi seçki sistemləri hökumətlər tərəfindən müəyyən edilsə də, biznesdə, qeyri-hökumət təşkilatlarında və rəsmi olmayan təşkilatlarda da müəyyən seçki sisteminə əsaslanan seçkilər təşkil edilə bilər.
Seçki sistemləri seçki prosesinin bütün yönlərini özündə ehtiva edir: nə zaman seçkilər keçirilir, kimlər səs verə bilər, kimlər namizəd ola bilər, bülletenlər necə işarələnir və necə hesablanır, seçki kompaniyasi xərcləmələrinin limiti nə qədər olur və s. Seçki sistemləri konstitutsiyalar və ya seçki qanunları ilə müəyyən edilir və çox zaman müəyən seçki komissiyaları vasitəsilə həyata keçirilir. Müxtəlif məqsədlər üçün müxtəlif seçki sistemlərindən istifadə oluna bilər.
Bəzi seçki sistemləri prezident, baş nazir, qubernator kimi yalnız 1 qalibi müəyyən edir, bəziləri isə parlament üzvləri, direktor şurası üzvləri kimi birdən çox qalibi müəyyən edir. Xeyli sayda seçki sistemləri mövcud olsa da, daha çox bunlardan istifadə olunur: Nisbi əksəriyyət sistemi, iki mərhələli sistem, proporsional seçki sistemi və öncəlikli seçki sistemi. Bəzi seçki sistemləri isə qarışıqdır. Məsələn qarışıq seçki sistemi qeyri-proporsional və proporsional seçki sistemlərinin üstünlüklərini birləşdirmək üçün yaradılmışdır.
Rəsmən tanımlanmış seçki sistemlərinin çalışmasına sosial seçim nəzəriyyəsi və ya seçki nəzəriyyəsi deyilir. Bu etüd siyasət, iqtisadiyyat, riyaziyyat və xüsusilə oyun nəzəriyyəsi və mexanizm dizaynı sahələrində reallaşdırılır. Arrounun mümkünsüzlük nəzəriyyəsi göstərir ki, seçicilərə 3 və ya daha çox seçim verilən zaman onlar ictimaiyyətin qlobal seçimlərini proporsional və majoritar seçki sistemlərindəki kimi yansıta bilmirlər.
Çoxluq sistemləri Çoxluq sistemləri elə bir seçki sistemidir ki, daha çox səs toplaya bilmiş namizəd qalib gəlir. Qalib gəlmək üçün səslərin 50 faizdən çoxunu qazanmaq lazım deyil. Bu sistem qanunverici orqanlara olan seçkilərdə ən çox istifadə olunan ikinci sistemdir. Dünyada bu növ seçkilərdə 58 ölkədə istifadə edilir. Bu sistemdən xüsusən keçmiş Böyük Britaniya və Amerika koloniyalarında və bölgələrində iştifadə olunur. Bu sistem həmçinin prezident seçkilərində ən çox istifadə olunan ikinci sistemdir. Bu sistemdən prezident seçkilərində 19 ölkədə istifadə olunur.[1] Bir çox hallarda seçilmək üçün çox vəzifə olduğu zaman majoritar seçki sistemi blok səsverməsinə baş vurur. Bu özünü iki əsas formada göstərir. Birincidə seçicilərin seçkili yer qədər səsləri var və istədikləri namizədə səs verə bilərlər. Bundan 8 ölkədə istifadə olunur.[2] Digər formada isə seçicilərə seçkili yerin sayından az səs verə bilmə haqqı verilir. Belə sistemdən Cəbəllütariqdə istifadə olunur. "Tək transfer edilməyən səsvermə"də isə seçici məslən parlament seçkilərində yalnız bir namizədə səs verə bilir.[1] Ən çox səs toplamış namizədlər isə sonda qalib elan olunur. Bu sistemdən Əfqanıstanda, Küveytdə, Pitkern adalarında və Vanuatuda istifadə edilir. Blok səsvermənin digər forması patiya blok səsverməsidir. Seçici bir partiyanın müxtəlif namizədlərindən birini seçir. bu formadan qarışıq sistemin hissəsi kimi 5 ölkədə istifadə edilir. Bundan əlavə Dovdall sistemi də mövcuddur. Bu sistem də Borca qaydasında istifadə edilir.