Fənnin adı: Biznesin planlaşdırılması Mövzu



Yüklə 47,41 Kb.
səhifə1/4
tarix29.12.2021
ölçüsü47,41 Kb.
#48992
  1   2   3   4
referat 2547


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti – İqtisad fakültəsi
Biznesin təşkili və idarə olunması kafedrası
Fənnin adı: Biznesin planlaşdırılması
Mövzu : Strateji planlaşdırma, onun məqsədi, mənası və xüsusiyyətləri


MÜHAZİRƏNİN PLANI

1. Biznesdə strateji planlaşdırma, məqsəd və mənası, strategiyanın müəyyənləşdirmə mərhələləri.

2. Strateji planlaşdırmanın 5 konsepsiyası, yanaşmaların qısa xarakteristikası.

3. Strateji planlaşdırma modelləri, qısa xarakteristikası. Strateji gəlirin alınmasını nəzərə alan Notel/Sehendel modeli.


Məlum olduğu kimi idarəetmənin inzibati-amirlik sistemində müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin perspektiv planlaşdırılması menecerlərinin qarşısında duran məsələlərin içərisində axırıncı yerlərindən birini tuturdu. Çünki menecerlərinin diqqəti əsasən operativ idarəetmə məsələlərinin həllinə yönəldildi, strateji planların işləyib hazırlanması ilə məşğul olmuşdular. Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırma və idarəetmə məsələləri böyük aktuallıq kəsb edir. Müəssisənin strateji inkişaf planlarının işlənib hazırlanması menecerlərin ən ümdə vəzifələrindən birinə çevrilmişdir.

Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi, fəaliyyətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Strateji planlaşdırma özünün məqsədinə, məzmununa, səviyyəsinə və dövrlərinə görə fərqlənir.

Biznesin strateji planlaşdırılması idarəetmə prosesində mövcud olan başqa planlaşdırma növlərindən prinsipcə fərqlənir. Həmçinin bu fərq sadəcə planın detallaşdırılması dərəcəsində, strukturunda, məqsədində, yaxud planlaşdırma dövrünün müəyyənləşdirilməsində deyildir. Biznesin strateji planlaşdırılmasında bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin ümumi və spesifik elementləri əsaslandırılır, rəqabətin strategiyası və taktikası seçilir, qarşıda duran məqsədə nail olmaq üçün zəruri maliyyə material və əmək resurslarının qiymətləndirilməsi aparılır.

Strateji planlaşdırma seçilmiş strategiyanın həyata keçirilməsi və qoyulmuş məqsədə nail olunması üzrə sistem tədbirlərinin hazırlanması və reallaşmasını nəzərdə tutur. O, çıxış mövqeyinin təhlilinə və biznes parametrlərinin dəyişilməsi proqnozlarına əsaslanır. Strateji planlaşdırma firmaya imkan verir ki, bazar konyukturunun dəyişilməsinə çevik reaksiya verməyə kömək edən seçilmiş kursu və taktikasını saxlasın.

Strateji planlaşdırmanın əsas funksiyaları:


  • müəssisənin əsas problemlərini özündə əks etdirir;

  • daha detal planlaşdırma və cari qərarların qəbulu üçün çərçivə yaradır;

  • planlaşdırmanın digər növləri ilə müqayisədə daha uzunmüddətlidir;

  • müxtəlif dövrlərdə müəssisələrinin fəaliyyətinə ahənglik və daxili birlik gətirir.

Strateji planlaşdırma firma və şirkətlərin məqsəd və vəzifələrinin konkretləşməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyillərin müəyyən edilməsi, fəaliyyətə səmərəli nəzarətin əsaslarının yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Planlaşdırma prosesinin özünəməxsus ardıcıllığı var:

məqsədin formalaşması, problemin öyrənilməsi, alternativin seçilməsi, planlaşdırma, qiymətləndirmə, plan qərarlarının qəbul edilməsi, icraçılara çatdırılması, həyata keçirilməsi və kənarlaşdırmaların müəyyən edilməsi.

Beləliklə, strateji planlaşdırma prosesi firmanın fəaliyyət xəttini və məqsədini dəqiqləşdirməyi, fəaliyyət taktikasını, prosedurasını və qaydasını hazırlamağı, resursların bölgüsünü, müəssisənin strukturunun qiymətləndirilməsini əhatə edir.

Taktika – firmanın ümumi uzunmüddətli plan və konkret vəziyyəti ilə uyğunlaşdırılan konkret qısamüddətli strategiyadır. Taktika çevik olmalı, burada daxili və xarici amillərin dəyişdirilməsi nəzərə alınmalıdır.

Uzunmüddətli və taktiki planlar tərtib edildikdən sonra həmin planların dezoriyentasiyasından və səhv təfsir etmədən qaçmaqdan ötrü əlavə oriyentir, yəni siyasət hazırlamaq lazımdır.

Praktiki siyasət dedikdə, məqsədə çatmağı yüngülləşdirən fəaliyyət və qərarların qəbulu üçün rəhbərlik başa düşülür.

Prosedura konkret vəziyyətlərdən qəbul edilməsi lazım olan hərəkətlərin təsviridir. Vəziyyətin tez-tez dəyişdiyi vaxtlarda sınaqdan çıxmış fəaliyyət üsulu qəbul etmək və standart göstərişlər hazırlamaq faydalıdır.

Resursların bölgüsü planlaşdırmanın əsas vəzifələrindən biri hesab edilir. Plan qarşıya qoyulmuş məqsədə çatmaq üçün resursları işin istiqamətləri üzrə bölüşdürülməsinə kömək edir. Kəmiyyət formasında bölünmüş resurslar firmanın büdcəsini əmələ gətirir.

Strategiyanı seçdikdə planları işləyib hazırladıqdan sonra qarşıya qoyulan məqsədə nail olmağı aydınlaşdırmaqdan ötrü təşkilatın strukturunu yoxlamaq vacibdir. Çünki, strategiya strukturu müəyyənləşdirir. Təşkilat inkişaf etdikcə və onun məqsədi yeniləşdikcə bilavasitə strategiya və plan da öz növbəsində dəyişir. Bu proses strukturunda da təzahür olunur.

Strateji plan – firmanın real imkanları əsasında qarşıya qoyulan məqsədə nail olmaq üçün əsas yolların müəyyən edilməsidir. Strateji planın işləyib hazırlanmasına aşağıdakı elementlər daxildir:



  • strateji planların təşkili üzrə rəhbər tərəfindən göstərişin hazırlanması;

  • firmanın hər bir daxili bölməsi üçün strateji planın formalaşması üzrə təkliflərin hazırlanması;

  • alınan təkliflərin ümumiləşdirilməsi;

  • əsas strateji məqsədin və kommersiya siyasətinin hərtərəfli, müfəssəl əsaslandırılması;

  • vahid perspektiv planın yaradılması.

Strateji planlaşdırma – müəssisənin, firmanın məqsədini, marketinqin bütün elementlərini, maliyyə resurslarının və istehsal imkanlarının vahid kompleks plan halında əks etdirilməsidir. Strateji planlaşdırmanın əsasını 5 strateji konsepsiya:

  • bazarın seqmentasiyası;

  • məqsədli bazarın seçilməsi;

  • bazara çıxış metodlarının seçilməsi;

  • marketinq metodunun və vasitələrinin seçilməsi;

  • bazara çıxış müddətinin seçilməsi.

Strateji planlaşdırma firmanın missiyasının müəyyənləşdirilməsi mühüm rol oynayır. Firmanın missiyası – hər şeydən öncə bazarda firmanın davranış fəlsəfəsini əsaslandırmaqdır, onun imici partnyorlar qarşısında, eləcə də bütövlükdə cəmiyyət qarşısında iqtisadi və sosial məsuliyyətdir. Strateji planlaşdırmanın başlıca məqsədi minimum məcmu xərclə maksimum nəticənin alınması üçün firma tərəfindən daha effektiv istiqamətlərini seçməkdən ibarətdir. O, firmanın dəqiq formalaşmış missiyasını mütləq əsaslandırmalı, yəni bazara daxil olmağın ən optimal yolları seçilməlidir.

Dialektik nöqteyi nəzərindən hər bir təsərrüfat subyektinin necə olacağı sualına düzgün cavab verməkdən ötrü ilk növbədə orada həyata keçirilən biznesin inkişaf perspektivini, həmçinin onun inkişaf istiqamətlərini və metodlarını müəyyənləşdirdikdən sonra müəssisənin gələcək fəaliyyəti haqqında düzgün fikir söyləmək mümkündür.

Strateji planlaşdırmanın klassik nəzəriyyəsi çərçivəsində müəssisənin perspektiv inkişafının müəyyənləşdirilməsinə dair altı yanaşma mövcuddur.
Təşkilatın məqsədli vəziyyətinin müəyyənləşdirilməsinə

yanaşmaların qısa xarakteristikası







Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin