SəRBƏst iŞ Fakultə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat Qrup: 2201B



Yüklə 107,96 Kb.
səhifə1/2
tarix07.11.2022
ölçüsü107,96 Kb.
#67878
  1   2
Yeganə Məmmədova, 2201B, Bədii əsərlərdə tipikləşdirmə, obraz, tip xarakter


AZƏRBAYCAN RESPULİKASININ TƏHSİL NAZİRLİYİ
A ZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


SƏRBƏST İŞ


Fakultə: Filologiya
İxtisas: Azərbaycan dili və ədəbiyyat
Qrup: 2201B
Fənn: Ədəbiyyatşünaslıqa giriş
Müəllim: Ulduz Qəhrəmanova
Tələbə: Yeganə Məmmədova
Mövzu: Bədii əsərlərdə tipikləşdirmə, obraz, tip, xarakter
BAKI-2022
Bədii əsərlərdə tipikləşdirmə, obraz, tip, xarakter
Tipikləşdirmə - Tipikləşdirmə və fərdiləşdirmənin dialektik vəhdəti tip üçün ən xarakterik cəhətdir. Hər personaj xarakter olmadığı kimi, hər xarakter də tip deyildir. Tip xarakterin yüksək formasıdır. Ümumiyyətlə, sənət və ədəbiyyatda tipiklik çox mühüm cəhətlərdən biridir. Çoxlu insanlarla ünsiyyətdə olan, dərin yaradıcı müşahidə nəticəsində onlara məxsus ən ümdə cəhətləri bir qəhrəman üstündə cəmləyən sənətkar tip yaradır. "Ədəbi tip, bir hadisənin, bir insanın yox, yüzlərlə fakt, hadisə və insanın xarakter xüsusiyyətlərinin alınıb ümumiləşdirilməsinin nəticəsidir. Doğrudur, burada bizim nəzərimizdə yalnız bir adam, bir sima canlanır. Ancaq həmin adamın şəxsində, timsalında böyük bir ictimai zümrəni, qrupu görür, həyat və cəmiyyət haqqında təsəvvürlərimizi, biliyimizi zənginləşdiririk." (Mir Cəlal, P. Xolilov, "Ədəbiyyatşünaslığın əsasları) Həm mənfı, həm müsbət obraz tip ola bilər. Yazıçı hər ötəri hadisəni yox, xalq üçün, müəyyən zümrəni təmsil edən insanlar üçün ən xarakterik hadisəni tipikləşdirmə süzgəcindən keçirməlidir. Tipik, xarakterik hadisədə obyektiv qanunauyğunluq, fərdiləşdirmədə isə subyektivlik aparıcı qüvvədir.
Obraz- Obraz anlayışı müasir dövrdə birmənalı qarşılanmır. Bu istiqamətdə bir çox elm sahələrində (sənətşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə, estetika, psixologiya və s.) müxtəlif tədqiqatlar aparılmış və fikirlər irəli sürülmüşdür. Rus ədəbiyyatşünaslığında bu anlayış B.Q. Ananyev, A.L. Andreyev, K. Qoranov, N.K. Qey, P.V. Paliyevski, V.İ. Tyupa, M.B. Xrapçenko kimi tədqiqatçılar tərəfindən araşdırılmışdır. Qərb nəzəriyyəsində S.D. Lyuisin “Poetik obraz”, K. Spurceonun “Şekspirin obrazları və onlar bizə nə deyir”, P.N. Furbankın “Yazılı “obrazlar”da refleksiya”, M. Henrinin “Poetika və ritorika lüğəti” əsərləri maraq doğurmuşdular. Azərbaycan ədəbiyyatşünaslığında obrazların işlənilməsi və tədqiq edilməsi sahəsində Y. Qarayevin “Faciə və qəhrəman”, N. Paşayevanın “İnsan bədii tədqiq obyekti kimi”, İ. Vəliyevin “Ədəbi portret və xarakter”, B. Babayevin “Bədii ədəbiyyatda tipiklik” və digər bu kimi sanballı tədqiqat işləri və monoqrafik tədqiqatlar meydana çıxmışdır. Bədii obraz özündə estetik dəyər təmsil edərək insan həyatının real lövhələrinin bədii təsviridir. Bədii obraz anlayışında bədii əsərin ünsür və ya bədii bir hissəsi başa düşülür ki, belə bir fraqment, müstəqil həyat və məzmuna malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss obrazı, obraz-təfərrüat və s. Obraz bədii əsərdə müəllif ideyalarının və bədii təfəkkürünün təzahür formalarından biridir. Obraz varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya mövcud üsullarını, əşyaların dinamikası və ya bir qrup əşyaların bir-birilərinə qarşılıqlı meyl etməsini ifadə edir. Obrazı yaratmaq üçün müəllif müəyyən qrup insanlara, əşyalara və proseslərə xas xüsusiyyətlərin ümumiləşdirilmiş şəkildə əks etdirilməsinə cəhd edir. Obraz fərdi cizgiləri ilə başqa obrazlardan fərqli cəhət və fərdi xüsusiyyətlərini əks etdirməlidir. İlk növbədə, estetik kateqoriya olan obraz sənətə xas mənimsəmə yollarını və həqiqətə çevrilməni xüsusilə səciyyələndirir. Yazıçı təbiət hadisələrinə və müxtəlif insanlara münasibətini məhz obraz vasitəsilə bildirməyə nail olur. Obraz anlayışı məhdud və geniş mənada işlənir. Obraz məhdud mənada konkret və eyni zamanda ümumiləşdirilmiş şəxs bildirir, yalnız konkret personajları və ya ədəbi qəhrəmanları əks etdirir. Bizim fikrimizcə, “bədii obraz”ın belə anlaşılması bu terminin daralmasıdır. Obrazın geniş mənada işlənməsini isə mənfi və müsbət obrazlarda, insan obrazında, əşya obrazında və s. rast gəlirik. Bu kontekstdə L.A. Şestakın obrazlar təsnifatı xüsusi əhəmiyyət kəsb edir. Şestak obrazları mikroobraz, makroobraz, meqaobraz kimi bölgülərə bölür. “Mikroobraz” bədii əsərlərin ən kiçik vahidi olaraq, ədəbi dilin ifadəli xüsusiyyətləri ilə əlaqəlidir. “Makroobraz” ifadəsi altında isə ədəbi qəhrəman obrazı başa düşülür. “Meqaobraz” isə bu kainatın dünyanın və insanın obrazıdır. Meqaobraza müəllif yaradıcılığının və ya bütöv ədəbi istiqamət çərçivəsində obrazlar kompleksini təkrar edən motivləri aid etmək olar. Bu təsnifat fransız ədəbiyyatşünaslığına xas təsnifat ilə oxşardır. Fransız ədəbiyyatşünaslığında mücərrəd obraz, ifadəli obraz, əlaqəsiz obraz və plastik obraz seçilir. Mücərrəd obraz ümumi termindir. Mücərrəd obraz dedikdə, varlığın mahiyyətini ifadə edən üsul, əşyaların vəziyyəti, mövcud üsullar başa düşülür. İfadəli obraz isə obyektiv üzərində deyil, subyektiv müqayisədə qurulmuş obrazdır. Əlaqəsiz obraz mürəkkəb, inkişaf etmiş obraz olmalıdır, onun ünsürləri bir araya sığmır və tamamilə bir-biri ilə əlaqəsiz olur. Plastik obraz isə müqayisəni forma əlamətinə görə, kütləsi, ölçüsü və iki əşyanın bölgüsüdür. Obraz anlayışının geniş məna kontekstində bədii əsərdə hər bir hadisə, yaradıcı şəkildə bədii obraz hesab edilə bilər. Postmodern romanda obraz konkret insan məfhumundan kənara çıxaraq, həyat hadisələrinin və insan həyatının inikası kimi çıxış edə bilər. Bu və ya digər əşyanı, təbii hadisələri və s. təsvir etmək üçün qeyri-insani varlıqların, cansız əşyaların əlamətlərinin ümumiləşmiş təsviri olan “əşya obrazı”, müəyyən bir yerin, ölkənin təsvirini verən “təbiət obrazı” və s. kimi şərh edilir. Bədii təsvirin mərkəzində insanla yanaşı, digər əşya və hadisələr də dayana bilər. Bəzən bu əşya və hadisələr təsviri insanla sıx bağlı olur, insanın hansı məkan və zamanda olmasını açıqlayır. Bəzən də bədii təsvirin heç insanla əlaqəsi belə olmur. Əşya obrazı, həmçinin təbiət obrazı təsvir edilən qəhrəmanın xarakteri ilə bağlı olur. Obrazın geniş mənada anlamı fərdi və bəşəri obrazları bir-birindən ayırmasına imkan verir. Fərdi obraz anlayışında müəllif istedadı və təxəyyülünün nəticəsində yaradılmış obrazlar dərk edilir və bu obrazların daxili aləmi, məram və məqsədləri üzə çıxarılır. Bunlar müxtəlif üsullarla həyata keçirilir. Məsələn, bədii əsərlərdə verilmiş dialoqlar vasitəsilə yaranan dramatik və psixoloji vəziyyətlərlə obrazların fərdi xüsusiyyətlərini və daxili aləmini daha qabarıq nəzərə çarpdırmaq mümkündür. Ümumbəşəri obrazlar isə nəsildən-nəslə keçən obrazlardır ki, bu obrazlarıarxetiplər adlandıra bilərik. Belə ümumbəşəri obrazlar həm mifologiya, həm də incəsənətin bütün inkişaf mərhələlərində özünü büruzə verir. Müasir dövrdə postmodern romanların yayılması ilə əlaqədar olaraq, əvvəlki obrazlardan fərqlənən obraz qalereyası yaranmağa başladı. Postmodern romanlara xas obrazlardan bəhs etmək təbii ki, bir qədər çətindir. Əsərin quruluşu, əsərin tərkib hissələrinin düzülüşü, əsərdəki surətlərin əlaqə və münasibətlərinin təşkili, bir-biri ilə bağlı olan, başlanğıcdan nəticəyə qədər ardıcıl surətdə inkişaf edən və həyat hadisələrinin təsviri qaydaları postmodern romanlarda özünü başqa aspektdə göstərir. Bununla belə qeyd etmək lazımdır ki, postmodern romanlarda obrazlar bədii məkanın formalaşdırılması zamanı geniş istifadə olunur. Postmodernizmdə dekonstruksiya olunmuş tarixi şəxsiyyətlərin obrazlarından, həmçinin mifik obrazlardan və arxetiplərdən geniş istifadə edilir. Postmodern romanların əksəriyyətində ənənəvi həyat və dəyərlər sisteminin böhranı fonunda marginal sosial dairələrə aid mənfi obrazlar yaradılır. Postmodern romanlarda obrazların açıqlanması zamanı metanəsrdən (“metafiction”) istifadə edilir. Bəzi hallarda obrazlar vasitəsilə digər bədii nümunələr ilə intertekstual əlaqələr açıqlanır. Postmodern romanlarda əşya obrazları bədii məkanın yaradılmasında geniş istifadə edilir. Postmodern romanlarında geniş yayılmış əşya obrazlarından şəhər obrazını xüsusi qeyd etmək olardı… …Aqşin Yeniseyin “Göləqarğısancan” romanı əsas qəhrəman Əlinin yeniyetmə yaşında doğma xalasıyla günəbaxanlıqda törətdiyi əməllərə görə kənddən qovulan, şəhərdə uğursuz reket jurnalistliyi ilə məşğul olan, kəndə qayıdıb ailə həyatı quran, kasıbçılıq üzündən murdar olmuş heyvan cəmdəklərini satmaqla məşğul olan, qocalığında gözləri tutulan bir insanın həyat tarixçəsidir. Leş Əlinin bu “sənəti” atadan oğula keçərək oğlu Qozbel tərəfindən davam etdirilir. “Göləqarğısancan” əsərinin qəhrəmanı əsərin bir yerində atasının ölümündən sonra doğulan uşaq kimi təsvir edilir. Daha sonra isə əsərdə Leş Əlini atası həkimə aparır. Əsərin əvvəlində “evləndirilən” qəhrəman sonra subay, anası ilə yaşayan qəhrəman kimi təsvir edilir. Postmodernizmin qeyri-müəyyənliyə can atdığını nəzərə alaraq, bunlar yazarın məsuliyyətsizliyi kimi deyil, “müəllif amneziyası” kimi qəbul edilə bilər. Bu baxımdan, Aqşin Yenisey qeyri-müəyyənliyi mərkəzi anlayışlarından birinə çevirir. Leş Əli öz həyatını mənasız qəbul edir, bu da postmodernə xas absurd və xaosun varlığın aparıcı faktorları kimi qəbul edilməsindən irəli gəlir. Alkoqola uğramış Əli simulyakr xarakter daşıyan bir aləmdə yaşayır. Leş Əlidən başqa əsərin digər qəhrəmanı içkiyə qurşanmış “alkaş” universitetin tarix fakültəsini bitirmiş, ölkədə baş vermiş bütün tarixi və siyasi hadisələrin iştirakçısı olmuş, özünü “tarixi arxasınca çəkib aparan nadir siyasətçilərdən biri hesab edən”, lakin “tarixin yiyəsiz kimi arxasına salıb süləndirdiyi minlərlə sıravi siyasət tüfeylilərindən biri” olan, “tarixin keçib getdiyi yola səpələnən yiyəsi ölmüş orden, medallar”ı satması ilə məşğul olan və içkiyə qurşanmış Əlinin absurd həyatdan bezməsi öz dili ilə verilir: “Uşaqlar bir az böyüsün, özümü öldürəcəyəm”. Əsas qəhrəman tərəfindən həyatın və varlığın absurd kimi qəbul etməsi Pərviz Cəbrayılın “Yad dildə” romanın polkovnik obrazına da aid etmək olar. Köməkçinin “Cənab Polkovnik, işığı yandırımmı?” sualına “Yox!!!” deyərək qışqırması və sarayın damına qonmuş göyərçinlərin hürküşüb şaqqıltıyla uçmasının təsviri maraq doğurur. Qaranlıqda oturmaq, işığı yandırmamaq rəmzi məna daşıyır. Əsərdə polkovnikin “ağ parçaya bükülü bir şeyin suyun üzündə gəlib bizim ayaqyolunu axıtdığımız o kanala düşdüyünü gördük. Daşqın qəbiristanlığı yuyub ən son ölünü – qırx gün bundan qabaq basdırılmış atamı qəbirdən çıxarmışdı, üstümüzə qaytarırdı” fikri də absurddur. Əsas qəhrəmanın simulyakr xarakter daşıyan aləmdə yaşaması onun daxili hissləri ilə əlaqəli olması ilə yanaşı, əsas qəhrəmanın xəyali sosial-siyasi reallıqda yaşaması ilə də əlaqəli ola bilər. Ş. Sadiqin “OdƏrlər” romanında geniş yayılmış bir sıra simvollar yeni məzmunla zənginləşdirilir. Məsələn, romanda qılınc xeyrin şər ilə daimi mübarizədə xeyrə sadiqliyin rəmzidir. “OdƏrlər” əsərində müəllif tərəfindən beş rəqəminin simvol kimi istifadə edilməsi də maraq kəsb edir. Sadəcə beşgüşəli ulduzun mənasını açıqlaması, onu insana bənzətməsi, ən əsası isə Tanrı ilə müqayisə etməsi oxucunu cəlb edir: “beşgüşəli ulduz yaradılışı əks etdirən simvoldur. İnsanın yaşadığı Olamın simvoludur, yəni var oluşun göstəricisi. Bu gün pentoqram kimi tanınan simvol dünyanın yaranmasını özündə daşıyır. Əslində, bu beşgüşəli ulduz insana oxşayır. Axı Yaradan insanı yaradılışın əşrəfi sayır. Beşgüşəli ulduzun aşağıdakı iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki güşə od və havanı, baş isə Yaradanı özündə gizlədir. Bu beşlik tamdır. Fikir verirsən, Tanrı başdır, birincidir, təkdir, idarə edəndir”. Azərbaycan postmodern romanda simvolik obrazlar arasında kollektiv obrazlar xüsusi yer tutur. Bu obrazlar vasitəsilə vaxt və məkan ilə məhdudlaşmayan kollektiv idrak və kollektiv iradəyə malik subyekt açıqlanır. S. Rüstəmxanlının tarixi və mənəvi dəyərlər kəsb edən “Göy Tanrı” romanında kollektiv bəy obrazları (Toboxan oğlu Duman bəy, Tarduş oğlu Tengiz xan, Bögüxan oğlu Ənik bəy və sair) obrazı maraq kəsb edir. Bir-biriləri ilə şəxsi mənafeləri üçün inciyən bəylər, ümumi mənafe uğrunda birləşirlər. Düşmən casuslarının fəaliyyətləri bu bəylərin qarşılarına qoyduqları amalları həyata keçirmək məqsədlərindən döndərə bilmir. Romanda qəhrəmanların mənəvi üstünlükləri kollektiv, birlik şəklində incəliklə açıqlanır. Ş. Sadiqin “OdƏrlər” romanında kollektiv obrazların təsvirində qabarıq şəkildə bir daha təsdiqini tapır. Müasir nəslin keçmişin davamçıları devizi ilə çıxış edən müəllif bu bağlılığı yaşlı və gənc nəsillərin fəaliyyətlərində müəllif interpretasiyası ilə əks etdirir. Romanda xalqın tarixini, cəmiyyətin formalaşmasındakı və inkişafındakı rolunu, Qarabağ hadisələri və dövlətin əsl sahibləri tərəfindən birbirindən xəbərsiz beş qəhrəmanın (gizir Alıyev Elçin, kapitan Altay Cavadov, gizir Arslan Sultanbəyli, əsgər Ərtoğrul (Məhəmməd) Hüseynov, əsgər Ayxan İsmayılov) vətənpərvərlik mübarizəsini bədii dillə əks etdirir. Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında əsərin adından göründüyü kimi dərə bir kollektiv obraz kimi canlandırılır: Sehrbazların dərəsi. Bu dərəyə bir çox insanların can atması əsərdə əksini tapmışdır. Bu dərə nicat, ümid yeri kimi də təqdim olunur. Nərmin Kamalın hekayələr romanı adlandırdığı “Aç, mənəm” əsərinin baş qəhrəmanı Azərbaycandır. Ayrılmış valideynlərin övladı olan Azərbaycan, şərqlə qərb arasında böyüməyə məcbur qalır. Buna səbəb isə anasının Qərbi, atasının isə Şərqi seçmələri olur. On altı yaşına qədər bu cür həyat sürməyə məhkum olan Azərbaycan yetkinlik yaşına çatan kimi valideynlərinin yolları ilə getməkdən vaz keçir. Özünə yepyeni bir yol seçir ki, bu yol əsərin qəhrəmanı Azərbaycanı Azərbaycandan keçirir. Nərmin xanım bu üsulla oxucunu rəmzi mənada təsvir etdiyi Azərbaycanına yaxınlaşdırır. Göründüyü kimi, postmodernizm yeni yaradıcılıq axtarışları kimi ədəbiyyatda maraq dairəsindədir.
TİP - Yunanca "tupos" sözündən olub, örnək, nümunə deməkdir. Müəyyən insan qruplarının xarakter xüsusiyyətlərinin bır fərdin üzərində daha kəskin, daha yüksək və əzəmi dərəcədə ümumiləşməsi nəticəsində tip yaradılır. "Tip yazıçının müşahidə və əks etdirdiyi müəyyən insanların ən xarakter xüsusiyyətlərinı və əlamətlərini əks etdirən bir bədii surətdir. Tip məlum bir şəxsin fotoqrafiyası deyil, ümumiləşdirilmiş həyat materialıdır.” (M. Rəfili)
Yaşadığı dövrün, zamanın, təmsil etdiyi xalqın, millətin, sosial təbəqənin ən xarakterik xüsusiyyətlərini öz üzərində cəmləyən insan surətlərinə tip deyilir.
Verdiyimiz tərifdən göründüyü kimi, tipin formalaşması onun yaşadığı dövrdən, sosial tarixi mühitdən, mənsub olduğu xalqın mentalitetindən, əxlaqi baxışlarından, psixologiyasından əhəmiyyətli dərəcədə asılıdır. Hər dövrün, zamanın özünəməxsus xarakterləri və tipləri olur. Ona görə ki, hər hansı bir ədəbi tipə əsasən onun yaşadığı dövrün, mənsub olduğu insanların səviyyəsi, əxlaqi görüşləri haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. Çünki tip müəyyən mənada örnək, nümunədəir. O, təmsil etdiyi zümrənin xarakterik cəhətlərini öz üzərində cəmləmiş olur.
Bütün bədii əsərlərdə təsvir olunan tiplər həm də xarakterdir. Lakin hər xarakter tip ola bilməz. Çünki tipdə bütün bir xalqa, cəmiyyətə, dövrə, zəmanəyə məxsus ən aparıcı, xarakterik keyfiyyətlərin olması vacibdir.
"Tip müəyyən bir fərdin bu və ya başqa ictimai qrup, sinif, xalq üçün, yaxud bəşəriyyət üçün səciyyəvi sifətlərini təcəssüm etdirən bədii surətdir. Ədəbi tipin canlı fərdiliyi və ümumi mənalılığı üzvi vəhdət təşkil etməlidir. Fərdiləşdirmə olmayan yerdə bədii surət də yoxdur.

Yüklə 107,96 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin