Tələbə: Kamal Qədirli,Elmir Abdullayev,Şaiq Əhmədli
İxtisas:Sənaye mühəndisi
Fənn: Tədarük zəncirinin idarə olunması
Müəllim: İlqar Xurşudov
Mövzu: Təchizat zəncirinin idarə edilməsi və İnformasiya Texnologiyaları
Şaiq Əhmədli
Giriş.
Tədarük zəncirinin idarə edilməsi zəncir üzvləri arasındakı məhsul və məlumat axışı idarəetməsi ilə əlaqəli bir sahədir.Bu gün inkişaf edən informasiya texnologiyaları sayəsində məlumatın zəncir üzvləri arasında dövriyyəsi daha sürətli və daha səmərəli bir hal almış və məlumatın təmin edilməsi xərcləri əhəmiyyətli dərəcədə azalmışdır. Rəqabətin gettikcə artması müəssisələrin müştərilərinə daha yaxşı xidmət göstərmələri zərurətini və bu istiqamətdə sahib olduqları tədarük zənciri ilə daha yaxşı məlumat mübadiləsində olmalarını qaçınılmaz hala gətirmişdir. İnformasiya texnologiyaları bu mənada , effektiv və səmərəli tədarük zənciri sistemlərinin yaradılmasında ən mühüm element halına gəlmişdir.
İş dünyasında qloballaşmanın artması ilə birlikdə,müştərilərin istək və ehtiyaclarında da önəmli dəyişiklər yaşanmaqda və isteklahçılar hər növ məhsul və xidmət çeşidliliyini çox yaxından təqib edəbilməktədirlər.Bununla birlikdə istehlakçılar istədikləri məhsul və xidmətlərin özlərinə ən qısa zamanda və ən uyğun qiymətlərdən çatdırılması haqqında da müəssisələr üçün əsas təzyiq faktoru halına gəlmişdirlər.
Bu istiqamətdə həm milli, həm də qlobal bazarlarda rəqabət aparan müəssisələr mövcud tədarük zəncirlərini yaxşılaşdırmalı və lazım gələrsə, yenidən strukturlaşdırmalıdırlar.
Haqqında danışılan təzyiq və rəqabət elementlərinin öhdəsindən gəlmək üçün müəssisələr tədarük zəncirlərini məlumat texnologiyalarında yararlanaraq daha əlverişli bir hala getirməyə çalışmaqdadırlar.Məlumat texnologiyalarının tədarük zəncirlərində istifadə edilməsi ilə müəssisələr daha səmərəli ehtiyyatlar və material idarəetməsi,sürətli paylmanin gerçəkləşdirilməsi,məhsul və xidmət qiymətlərində istehlakçılarına daha çox məmnunluq təmin edilməsi kimi məsələlərdə əhəmiyyətli ölçülərdə irəliləyişlər əldə etmişlərdir.
Tədarük zənciri idarəetməsində məlumat və əhəmiyyəti. Günümüzdə məlumat anbarlarının,veb xidmətlərin, müxtəlif portalların əsas yer tutduğu məlumat çağında yaşamaqdayıq. Əldəediləbiləcəy məlumatların böyüklüyü və onların tətbiqləri inanılmaz dərəcədə çoxdur. Tədarük zənciri ekspert və məsləhətçiləri modern tədarük zəncirində məlumat stoklarının yerini aldıqlarını bildirirlər. Ancaq, müştərilərin məhsula ehtiyacı var və təkcə bilik kifayət deyil. Bununla belə, məlumat tədarük
zəncirlərinin biznesin aparılması tərzini dəyişmiş və onları daha səmərəli idarə etməyə yönəlməsinə imkan yaratmışdır. Eyni zamanda, bu dəyişikliklərin təmin etdiyi digər dəyişikliklər yanında, şirkətlərin stok səviyyələrini böyük ölçüdə aşağı salır. Düzgün məlumat tədarük zəncirinin dizaynı və idarəetmə tərzinin təkmilləşdirməkdə onlara inanılmaz dərəcədə böyük yarar sağlayacaqdır.
Məlumat;
Tədarük zənciri içərisindəki dəyişkənliyi azaltmağa köməkçi olur Tədarükçülərə daha yaxşı təxminlər etməkdə,marketinq dəyişiliklərini daha yaxşı hesablamalarında köməkçi olur. İstehsal paylama sistemi və strategiyalarınını əlaqələndirilməsinə imkan verir. Pərakendəçilərin müştərilərinə daha yaxşı xidmət göstərməsinə imkan verir Pərakəndəçilərin tədarük problemləri qarşısında özlərini daha sürətli uyğunlaştırmaqlarına və tez reaksiya vermələrinə imkan verir Daha qısa çatdırılmanı təmin edir