Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti Biologiya fakültəsinin 301-ci qrup tələbəsi Qurbanova Gülsarənin Bitki və heyvan ekologiyası fənnindən
SƏRBƏST İŞİ
Elmi rəhbər: Prof.R.Sultanov
BAKI 2014
Mövzular
1.Biosfer haqqında təlim və onun təkamülü
2.Orqanizm və mühitin tamlığı,ekoloji amillər
3.Ekoloji amil kimi havanın əhəmiyyəti
4.Fitosenozlarla mühitin qarşılıqlı əlaqəsi
5.Quşların həyatının mövsümi hadisələri
6.Balıqların ekologiyasına antropogen amillərin təsiri
7.Məməlilərin cinsiyyətə görə qrupları
8.Sürünənlərin səmərəli istifadəsi və qorunması
9.Bitki ekologiyasında coğrafi anlayışların mahiyyəti
10.Heyvan ekologiyasında coğrafi anlayışların mahiyyəti
Biosfer haqqında təlim və onun təkamülü
Məşhur rus alimi Vernadskiyə görə biosfer-yer kürəsinin həyat prosesləri gedən sahəsidir.Bu anlayış ilk dəfə 1875-ci ildə məşhur Avstriya geoloqu Y.Zyuss irəli sürmüş, Fransa təbiətşünası Lamark etmişdir.
Biosfer planetimizdə həyat kamerası adlanır ki, burada bütün canlı orqanizmlər bir biri ilə sıx əlaqədar olub, mürəkkəb ekoloji sistem əmələ gətirir.
Atmosferin aşağı təbəqəsi troposfer adlanıb müxtəlif qazlardan və su buxarlarında ibarətdir, yuxarı təbəqəsi stratosfer əhatə edir.Stratosferdən 45 km hündürlükdə oksigen günəş radiasiyasının təsiri altında ozona çevrilir.Ozon qatı canlı orqanizmlər üçün öldürücü kosmik şüaları və qismən ultrbənövşəyi şüalari dəf edərək yer səthinə düşməsinin qarşisisni alir.Stratosferden yuxari təbəqədə yerlesmis atomlardan ibaret seyrek qaz qati –ionosfer yerlesir.
Hidrosfer müxtəlif su menbelerini –okeanlari dənizleri golləri çayları əhatə edir.
Bisoferin aşağı sərhəddi qurunun 1-2 km , okeanın 1-2 km, yuxari sərhəddi isə 20-25 km, ozon qatina qədər qalxır.İnsan cəmiyyəti də biosfere aid edilir.
Canlı orqanizmlərin atmosferde müəyyən qədər yayilmis sahəsi 20-40, torpaqdan 1-5 dəniz və okeanlardan 1000m -ə qədərdir.Litosferin yer qatınn 99%-i canli orqanizmlərdən ibarət olub kütləsi 2,4*10 tondur.Bu üç mineral təbəqədən başqa yer xüsusi təbəqə ilə bisofer ilə əhatə olunmuşdur.
Milyad illər ərzində biosfer mürəkkəb inkişaf yolu keçmişdir.Təkamülün ilk mərhələlərində cansız materiyadan həyatin ozu əmələ gəlmişdir.İlk həyat formalari yaranan dovrde orqanizmler de fermentativ prosesler getmis , fotosintez neticesinde ise serbest oksigen emele gelmisdir.Oksigen 2,9 mlyrd il evvel emele gelmisdir.Oksigen və hava qati daha sonra isə ozon qati əmələ gəlmişdir.
Havada oksigen 10%-ə çatdıqda artıq yer üzərində canlılarin yaşamasi üçün şərait yaranmisdir.Həyati inkisafi yerin yas qatinda biosferin emele gelmesine sebeb olmusdur.Həmin brlesmeler seker , azot ,amin tursulari, metan, ammonyak, hidrogen və s su buxarlari sade birlesmeler yer uzerinde heyatin emele gelmesine sebeb olmusdur.
Su qatlarinda uzvi maddelerin qeyri beraber paylanmasi davamlı kolloid sistem ve ya koaservat damlalarin emele gelmesine sebeb olmusdur.Koaservat damlalari ilk bioloji sistem hesab olunur.Hemin damlalar parçalanaraq yeni quruluslar emele getirmis , yeni qurulus emele gelenedek defelerle bolunmusdur.
Koaservat damlaların ən səviyyəvi xüsusiyyəti ətraf məhlullardan maddeleri seçmek qabiliyyətinə,həmçinin lazimsiz maddeleri kenar etmek xüsusiyyətinə malik olmasidir.Bu xüsusiyyət maddeler mübadilesinin baslangicini qoymusdur.
Seçicilik qabiliyyətinin artması koaservat damlaların qurulusunun mürəkkəbləşməsinə və sadə quruluşlu maddelerin emele gelmesine sebeb olmusdur.Həyatın ilk izləri 3 milyard il evvel arxey erasinda litosfer qatlarinda tapilmisdir.Arxey ve protrozey eralarinda həyat prosesleri çox sadə olmuşdur.Yalniz paleozeyde hem suda , hem de quruda canlı orqanizmlər meydana çixmisdir.
Həyatin sonraki mürəkkəbləsmesi çoxhüceyrəlilərin inkişafı ilə əlaqədardır.Bu haqda bir çox hipotezler mövcuddur.Belə hesab edilir ki, təkamül prosesinde təkhüceyrəli orqanizmler kaloniyalilarla baslangic vermisdir.Kaloniyaliliq basa çatmamış qeyri-cinsi çoxalmanin mehsuludur.Bu prosesde hüceyreler bölünür, lakin bolunme qiz hüceyrelerin emele gelmesine çatmir.Evvelce her iki hüceyre eyni qurulusda olur, sonradan onlarin arasinda ferqler emele gelir.Bu tedricen vezifece ixtisaslasmaya getirib çixarir.
Su qatlarinda uzvi maddelerin qeyri beraber paylanmasi davamlı kolloid sistem ve ya koaservat damlalarin emele gelmesine sebeb olmusdur.Koaservat damlalari ilk bioloji sistem hesab olunur.Hemin damlalar parçalanaraq yeni quruluslar emele getirmis , yeni qurulus emele gelenedek defelerle bolunmusdur.
Koaservat damlaların ən səviyyəvi xüsusiyyəti ətraf məhlullardan maddeleri seçmek qabiliyyətinə,həmçinin lazimsiz maddeleri kenar etmek xüsusiyyətinə malik olmasidir.Bu xüsusiyyət maddeler mübadilesinin baslangicini qoymusdur.
Milyon iller erzinde kaloniyali qurulus çoxhüceyrelilere baslangic vermisdir.Üzvi maddelerin dövrani bioloji maddeler dovrani ile evez olunmus orqanizm ile mühhit arasinda fasilesiz maddeler mübadilesi getmeye baslamisdir.
Müxtelif fiziki kimyevi seraitde yer üzerinde heyatin emele gelmesi su muhitinden quru muhitine keçmesi, orqanizmden yeni muhite uygunlasma teleb olunmusdur, ki, bu da oz novbesinde tebii secme ve tekamule sebeb olmusdur.
Geri donmeyen bu proses ardicil olaraq bir novun dogeri ile evez olunmasi ile muasir bitki ve heyvanlar aleminin formalasmasina getirb çixarmisdir.
Bele bir sual ortaya çixir sonraki dovrde insanin ve butovlukde biosferin inkisafi hansi yolla getmisdir, qarsisialinmaz neticelere ve bisoferin pozulmasina getirib çixaran maneelerin qarsisi nece alinmalidir.
Biogenezden ferqli olaraq tekamulun bu merhelesine agilin ikisaf merelesi biogenez kimi baxilmalidir.
Geri donmeyen bu proses ardicil olaraq bir novun dogeri ile evez olunmasi ile muasir bitki ve heyvanlar aleminin formalasmasina getirb çixarmisdir.
Neosfer haqqinda telimin banisi Vernadski olmusdur.O biosfer haqqinda telimi inkisaf etdirerek gostermisdir ki, neosfer bisoferin qanunauygun inkisafinin novbeti merhelesidir.
Vernadski noqteyi nezerine gore tekamulun muasir merhelesinde heyatin inkiafi neogenez yolu ile gedir.Neogenezle elaqeder yeni elm sahesi-neogeniya meydana çixir.Elmin esas meqsedi pozuntulari esasli suretde , ağılla aradan qaldırmaq və gələcəkdə buna oxşar proseslerin yaranmasinin qarsisini almaqdan ibaretdir.
Bütün sacli orqanizmlerin cemi planetimizin canli kütlesi ve ya biokütlesini təşkil edir.Biokütlenin planetimizde toplanmasi yasil bitkilerin heyat fealiyyetinden asilidr.
Orqanizm və mühitin tamlığı ve ekoloji amillər.
Bitkilerin heyati basqa orqanizmler kimi nhir-birile elaqedar olan mürəkkəb prosesleri ehate edir.Bunlarin en mühümü etraf mühit ve maddeler mübadilesidir.Mühit ele bir menbedirki , ordan bitkiler qida maddeleri alir, sonra onu hezm ederek oz bedenini qurur,mühitden adığı maddeleri menimseyir, onları assimliyasiya edir.Bu prosesle eyni zamanda orqanizmde hemin maddelerin paylanmasi baa çatır ki, bu eks proses-dissimliyasiya edir.Assimliyasia ve dissimliyasia bir birle ayrilmaz olan bu prosesler yalniz mühit şəraiti ilə əlaqədar bas verir.Bitkiler onlari ehate eden muhitle six elaqedardir.Bu elaqe ikili xarakter dasiyir.Birincisi bitki muhitden asilidir.Muhitde bitkinin heyati ucun her sey olmalidir.Bu ve ya materialin olmamasi heyat prosesinin yavasimasina, hetta kesilmesine sebeb olur.İkincisi muhitden qida maddelerinin udulmasi ve heyat fealiyyeti neticesinde bitki mehsullarininn, meselen tokulmus yarpaqlar, çqabığın çürüməsi, mühitə dəyişdirici təsir göstərir.Bitkilerin muhiti deyisdirmesi yalniz maddeler mubadilesi mehsullari ile elaqedar olmayib, hemcinin fiziki fealiyyeti ile de baglidir.Bitki kokleri torpaga keçerek mexaniki suretde torpagi dagidir.Bu proseslerde müəyyən enerji serf edilir.Lakin bildiyimiz kimi enerji ne itir, ne yaranir( yeniden).Eger bitki enerji serf edirse demeli bir yerden enerji almalidir.Xlorofilli bitkiler ucun gunes suasi enerji menbeyidir.Bu enerji vasitesile bitkide uzvi maddeler emele gelir.Xlorofilsiz bitkiler ucun enerji menbeyi uzvi maddelerdir.Bitkiye bu ve ya diger formada daxil olan enerji murekkeb deyismeye ugrayir.Bitki ile muhit arasindaki elaqe yalniz mubadile ve yeniden emele gelmesi ile tedricen olur.
Muhit bir biri ile six elaqedar olan çoxlu komponentlerin ile ferqlenir.Orqanizme tesir eden her bir elementi ekoloji amil adlanir.
Biotik amiller bitkini ehate eden uzvi tebieti temsil edir.Orqanizmlerin bitki heyati ucun fiziki muhitin deyismesine , temperatur, rejimine, havanin rutubetine, işıqlanma derecesine-tesirine biz çox rast gelirik.
Abiotik amiller bitkiye tesir eden qeyri uzvi muhiti temsil edir.Biotik amille kimi hemcinin bezi elaqelerde olur.Meselen, torpaqda, suda mineral qida elementleri olmadiqda bitki ucun elverissiz sayilir.Bitki ile muhit arasindaki qarsiliqli elaqeni oyrenerken muhitin biotik ve abiotik amilleri bir birindn tedric olunmus kimi bir birine qarsi qoymaq olmaz.əksinə onlar bir biri ile six elaqedardir.Butun bitkilerin heyai qaliqlari torpaga duserek, onu deyisdirir, mineral qida elementleri olaraq bu elementler hesabina torpagin mehsuldarligini artirir.Muhit ve onun ayri ayri elementlerinin tedqiqi botaniklerin en mühüm tapşırıqlari olmusdur.Bu cehetden ekoloji amiller 2 qrupa bolunur.
1.Bilavasite tesir eden ekoloji amiller.Burada işıq, istilik, su torpağın kimyəvi terkibi, hava, heyvanlar terefinden yeyilme, yanğın hissələri və s.daxildir.
2.Dolayı yolla tesir eden ekoloji amiller.Bu amillere erazinin iqlimi, relyef şəriti, ana süxurlar, torpağın fiziki xasseleri, sahenin qurudulmasi ve ya bataqliqlasdirilmasi ve s. Aiddir.Hemin amiller nemliyin, istiliyin, isigin paylanmasini deyisdirerek hemin seraitde yasayan itkilere dolayi yolla tesir edir.
Bitkilere tesir eden ekoloji amiller 3 qrupa bolunur: abiotik, biotik, antropogem amiller.
1.Abiotik amiller-iqlim, geoloji,oroqrofik, hidrolotik amillere bolunur.
İqlim amillerine işıq, istilik, yağıntılar, havanın rütubəti, külək , atmosferin qaz tərkibi, qar örtüyü daxildir.Geoloji amiller-yeraltı sular, ana süxurun fiziki və kimyəvi xüsusiyyətərdir.
Orfoqrafik amiller yerin quruluşu dəniz səviyyəsindən hündürlük, yamacın maililiyi və s daxildir.
Hidroloji-bitkileri yaşaması üçün tələb olunan sulardır.
2.Biotik amiller-bitkini ve onun populyasiyasina tesir egostere bilen butun mikroorqanizmleri, bitki ve heyvan orqanizmlerini birlesdirir.
3.Antropogen amiller-insan fəaliyyətinin bitki növlərinə və qruplarına göstərdiyi təsirdir.
Abiotik amiller bitkiye tesir eden qeyri uzvi muhiti temsil edir.Biotik amille kimi hemcinin bezi elaqelerde olur.Meselen, torpaqda, suda mineral qida elementleri olmadiqda bitki ucun elverissiz sayilir.
Bitki ile muhit arasindaki qarsiliqli elaqeni oyrenerken muhitin biotik ve abiotik amilleri bir birindn tedric olunmus kimi bir birine qarsi qoymaq olmaz.əksinə onlar bir biri ile six elaqedardir.Butun bitkilerin heyati qaliqlari torpaga duserek, onu deyisdirir, mineral qida elementleri olaraq bu elementler hesabina torpagin mehsuldarligini artirir.
Biotik amiller bitkini ehate eden uzvi tebieti temsil edir.Orqanizmlerin bitki heyati ucun fiziki muhitin deyismesine , temperatur, rejimine, havanin rutubetine, işıqlanma derecesine-tesirine biz çox rast gelirik.
Ekoloji amil kimi havanın əhəmiyyəti
Havanın ekoloji amil kimi bitkilərin həyatında rolu böyükdür.Digər ekoloji amillərdən fərqli olaraq yer kürəsinin müxtəlif zonalarında havanın kimyəvi tərkibi eynicinslidir.Havanın tərkibini təxmini 78% azot, 21% oksigen,1% ozon, 0,03 % karbon və.s qazlar təşkil edir.Bitki həyatında karbon və oksigenin əhəmiyyəti xüsusilə böyükdür.
Oksigen təbiətdə molekul O2, atom və ozon O3, formasında rast gəlinir.Ozon ksogenin gunəşin ultrabənövşəyi şüalarının və elektrik yükünün təsirindən parçalanmasından əmələ gəlir və atmosferin 30-40 km-də ekran əmələ gətirir.Yer kürəsində həyatın kosmik şüalanmadan xilas edilməsində bu qazın müstəsma əhəmiyyəti vardır.Vernadskinin fikrinə görə atom və molekulyar oksigendən formalaşan ozon ekranı biosferdə həyatı müdafiə edir. Və biosferin yuxarı təbii sərhəddinin əmələ gətirir.
İngilis ekoloqu Darmiqin məlumatına görə qitələr arasında uçan bir təyyarə atmosferde 35 ton oksigen və qiymetli ozon yaradır.Halbuki ozon qati atmosferin 15-40 dm-də ölümsaçan ultrabənövşəyi şüaların təsirini 6500 dəfə azaldır.
Hazırda mürəkkəb kimyəvi proseslər nəticəsində xüsusilə avtomobil yanacağımda atmoferin asagi təbəqələrin dogru kulli miqdarda ozon daxil olur.Havaya milyonda bir ozonun daxil olmasi tənəffüs orqanlarini qıcıqlandırır.5 milyonda bir miqdari isə artıq zəhərli olub, həyat üçün təhlükəlidir.
Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə - külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:
1. Coğrafi_enlik. Bildiyimiz kimi Günəş ekvator və tropiklərdə böyük bucaq altında düşdüyündən, buranın havası isti, qütb ərazilərində isə Günəş şüaları çox kiçik bucaq altında düşdüyündən buranın havası çox soyuq olur;
2. Hava kütlələrinin hərəkəti (və ya atmosfer sirkulyasiyası). Dünyada mövcud olan yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hava kütlələri daima hərəkət edir ki, bu da həmin ərazilərin havasının dəyişməsinə səbəb olur;
3. Səth örtüyü - Yəni ərazinin sudan və ya qurudan ibarət olması. Okeanlardan uzaqlaşdıqca, ərazidə sutkalıq temperatur amplitudu artır, yağıntı azalır və iqlim kontinentallaşır.
Əsas iqlim göstəriciləri temperatur, yağıntı və hakim küləklərdir. Iqlimin 2 yarımtipi var:
1. Dəniz- okeanlar üzərində formalaşdığından qış, yumşaq, yay mülayim, bol yağıntı, temperatur amplitudu kiçik olur.
2. Kontinental - materiklər üzərində formalaşdığından yay isti, qış sərt soyuq, yağıntı az, temperatur amplitudu böyük olur. Rus iqlimşünası Alisov Yer səthinin Günəş tərəfindən qeyri-bərabər qızması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bunların 7-si əsas, 6-sı isə keçid iqlim qurşaqlarıdır. Əsas iqlim qurşaqlarında ilboyu yalnız bir hava kütləsi hakim olur. Keçid iqlim qurşaqları əsas iqlim qurşaqları arasında yerləşirlər və onların öz hava kütlələri olmur. Keçid iqlim qurşaqlarında yayda özündən cənubdakı, qışda isə özündən şimaldakı əsas iqlim qurşağında mövcud olan hava kütləsi hakim olur. Iqlim qurşaqları bir-birindən öz temperatur şəraiti, atmosfer təzyiqi və hava kütlələri ilə fərqlənirlər.
Yerin hava qatı geoloji inkişaf mərhələlərində təqribən 4,5 – 5 mlrd il əvvəl Yer səthini təşkil edən bazalt qatının əmələ gəlməsi ilə bir vaxtda yaranmışdır. Güman edilir ki, kütləvi şəkildə püskürərək yer səthinə çıxan lavaların tərkibindən ayrılar. Su buxarı və yüngül qazlar yer ətrafında toplanaraq ilkin hava qatını yaratmışlar. Lakin ilkin geoloji dövrlərdə havanın tərkibində Azot və Oksigenin miqdarı indikindən xeyli az karbon qazının miqdarı isə çox olmuşdu. Yer planetindəki hava qatı öz mineral xüsusiyyətləri ilə digərlərindən fərqlidir. Belə ki, Mars Atmosferində oksigen və su buxarı olmaması həyat üçün əlverişsiz şərait yaradır. Hazırki geolji dövrdə Atmosferin alt 90 – 100 km-lik təbəqəsi aşağıdakı mexaniki qarışıqlardan ibarətdir. Azot 78,8 %; oksigen 20,94 %; Arqon 0,93 %; karbon 0,03 %; təsirsiz qaz olan neon 0,03 %. Bundan başqa hər il atmosferə 14 min km3 buxar halında su 100 mln tonlarla aerozol hissəciklər, his, toz, duz kristalları, kosmik toz daxil olur. Atmosfer, troposfer, stratosfer, mezosfer, termosfer (ionosfer) və ekzosfer qatlarından ibarətdir. Atmosferin alt sərhəddi şərti olaraq qurunun səthi hesab olunur. Hesablamalara görə, 3000 km-dən yuxarıda atmosfer seyrəkləşərək planetlər arası fəzaya keçir. Ən alt təbəqəsi troposfer adlanır. Orta qalınlığı 11 km ekvatorda 16 – 18, qütblərdə 8 – 9 km-dir. Atmosfer kütləsinin 75 – 80 %-ni su buxarının hamısı bu qatdadır. Buludun əmələ gəlməsi, suyun 3 halı ümumi su dövranı, yağıntının düşməsi, havanın üfüqi istiqamətdə dəyişməsi troposferdə baş verir. Ondan sonra stratosfer gəlir. Yuxarı sərhəddi 50 – 55 km hündürlükdən keçir. 20% atrnosfer burda cəmlənmişdir. Burada ozon qatının miqdarı xeyli azdır. Ozon qatı, 15 – 30 km hündürlüklər arasındadır. Son vaxtlar bu qatda dəliklər yaranmışdır. Ən böyük dəlik Antraktida üzərində yaranmışdır. Stratosferdən sonra mezosfer təbəqəsi yerləşir. Onun yuxarı sərhəddi 80 km-dir. Havanın sıxlığı 200 – 220 dəfə azdır. Güclü elektrik axıınları müşahidə olunur. Qütb parıltıları baş verir. Sonra termosfer təbəqəsi yerləşir. 800 – 1000 km arasındadır. Burada azot, oksigen, kabon, arqon qazlarının atomlarından, elektronunu itirmiş atomlardan və sərbəst elektronlardan ibarətdir və burada ifrat qaz plazma adlanır. Atonların parçalanması nəticəsində qazlar ionlaşır. Termosfer qatını kosmosa çıxış adlandırırlar.Oksigen canlılarin tənəffüsü üçün əvəzedilməzdir.Fotosintez yasıl bitkilerin xloroplastlarında işığın iştirakı ilə gedir.
6CO2+6H2O= C6H12O6 + 6 O2
Hazırda mürəkkəb kimyəvi proseslər nəticəsində xüsusilə avtomobil yanacağımda atmoferin asagi təbəqələrin dogru kulli miqdarda ozon daxil olur.Havaya milyonda bir ozonun daxil olmasi tənəffüs orqanlarini qıcıqlandırır.5 milyonda bir miqdari isə artıq zəhərli olub, həyat üçün təhlükəlidir.
Bəşəriyyət qarşısında duran əsas problemlerden biride oksigen balansının qorunub saxlanmasıdır.Bu həyatın mövcudluğu üçün zərruridir.Artıq ozon qatılığının azalması haqqında məlumat vardır.Bioloji, anatomik, morfoloji və fizioloji xüsusiyyətlərinə görə adi zirinc, qarağac, tikanlı küknar, adi doqquzdon, parlaq dovşanalması, gümüş iydə, adi çaytikanı, kanadı qovağı, gavalı yarpaq alma, pensilvaniya meşəgiləsi və.s bitkilər havanın çirklənməsinə davamlıdır.Şəhərlər və sənaye mərkəzlərinin yaşıllaşdırılmasında həmin bitkilərdən istifadə etmək məqsədə uyğundur.
Hava meyvə-giləmeyvə bitkiləri üçün vacib amildir. Onun tərkibində bitkinin normal fızioloji durumu üçün tələb olunan qiymətli maddələr vardır. Quru havanın tərkibində 0,03% karbon qazı, 5,0-10,0% hidrogen, 21% oksigen, 1% arqon, 78% azot, 5,24-10,00% helium, 1,41-10% kripton, 1,81-10,0% neon və s. vardır.
Hava bitkinin yerüstü hissəsinin böyümə və inkişafında böyük əhəmiyyətə malikdir.
Üzvi maddələrin sintezi üçün karbon qazının iştirakı vacıbdir.
Havada karbon qazının həddindən çoxluğu yarpaqda ağızcıqların bağlanmasına, bu isə öz növbəsində bitkidə rütubətin buxarlanmasının aşağı düşməsinə və quru maddənin miqdarının azalmasına səbəb olur.
Torpaqda müxtəlif mikroorqanizmlər və göbələklər mövcuddur. Bunlardan müəyyən qismi bitkinin həyatında xeyirli olduqları halda, digər qismi meyvə-giləmeyvə bitkilərinə böyük ziyan vurur.
Xeyirli torpaq mikroorqa-nizmləri meyvə-giləmeyvə bitkilərinin həyatında böyük rol oynayırlar. Onlar arasıkəsilmədən bitki və heyvanların torpaqda olan üzvi qalıqlarını minerallaşdırıb, torpağı azot, kalsium, kalium, fosfor, dəmir, maqnezium və digər elementlərlə zənginləşdirirlər. Bununla yanaşı onlar torpağın fiziki xüsusiyyətini və strukturluğunu da yaxşılaşdırırlar
Havada karbon qazının çatışmazlığı nəticəsində bitkidə fotosintez prosesi zəifləyir. Bitkinin karbon qazına olan ehtiyacını bağa saman, peyin vermək, sideral bitkilərdən istifadə etməklə də qismən ödəmək olur. Bu üzvi gübrə minerallaşıb, havanı karbon qazı ilə zənginləşdirir.
Bununla yanaşı havada bitkiyə mənfi təsir edən birləşmələr də olur. Buraya fabrik və zavodlardan havaya qalxan xlor, kükürdlü birləşmələr və sair daxildir.
Havanın bitki üçün böyük əhəmiyyət kəsb etməsini nəzərdə tutub, bağ salarkən onun cərəyan etməsinə şərait yaradan sahələr seçmək lazımdır.
Fitosenozlarla mühitin qarşılıqlı əlaqəsi
Bitki ilə mühit ayrılmaz vəhdət təşkil edir.Bitkilərin mühitəmələgətirici rolu hamıya məlumdur.Əgər ayrı-ayrı bitkilər mühitin təsirinə məruz qalırsa, fitosenozlar da öz növbəsinə mühitə təsir göstərir.
Fitosenoz mühitə təsir göstərdikcə özünün daxili mühitini yaradır.Fitosenozun daxili mühiti fitomühit adlanır.Fitomühiti öyrənərkən aydın olurki, hər bir bitki qruplaşmasının daxili mühiti digər fitosenozların mühitindən fərqlənir.
Mühit və fitosenozların qarşılıqlı təsir formaları çoxdur.Hər bir ekoloji amil fitosenozun quruluşu və həyati formalarına təsir göstərir.Fitosenozun quruluşu da mühitə və onun ayri-ayrı amillərinə təsir göstərir.
Fitosenozun relyefə təsiri Su axımının istiqamət, sürəti bitkilərdən asılıdr.Xüsusilə yay otlaqlarında otarma normalarıma əməl olunmasması,yamacların taptalanmasına və erroziyaya şərait yaradır.Meşələrin sistemsiz qırılması, torpağın yuyulmasına və erroziyaya səbəb olur.Nəticədə relyefin quruluşu dəyişir.
İnsan fəaliyyətinin fitosenozlara təsiri .İnsan həyatı bitkilərlə sıx əlaqədardır.O özünə lazım olan qida məhsullarını, sənaye üçün xammalı bitkilərdən alır.İnsamım bitki örtüyünə təsiri digər amillərdən daha güclüdür.İnsan fəaliyyəti nəticəində bütün qitələrin bitki örtüyü ciddi dəyişikliyə uğramışdır.
Yerli fitosenozları məhv edib yenilərinin salınmasına Yer kürəsinin bütün rayonlarında müşahidə edilir.ABŞ-da kənd təsərrüfatı bitkilərini becərmək məqsədilə nəhəng meşə massivləri qırılır.İnsan fəaliyyəti nəticəsində Kür çayı ətrafı Tuqay meşələri məhv edilmişdir.İnsan fəaliyyəti nəticəsində yeni-yeni ərazilər istifadə edildikcə yeni-yeni növlər yer üzərindən silinir.Hər bir bitki növü məhv olduqca özü ilə 5 onurğasız heyvan aparır.Avropada kənd təsərrüfatı intensivləşdirilməsi pestisidlərin tətbiqi və turizmin genişləndirilməsi sasyəsində 50 il ərzində bitkilərin 10%-i məhv olmuş, 25%-i məhv olma təhlükəsi altındadır.Yaxın vaxtlara qədər adi növ hesab edilən səhləb, inciçiçəyi, üzgəcotu, süsən kimi bitkilərin miqdarı kəskin azalmışdır.
Yer üzündən bitki və heyvanların sıxışdırılması və dəyişdirilməsinə insanın mənəvi hüququ yoxdur.Yer kürəsində bitki və heyvanlar eyni huquqda yaşamaq qabiliyyətinə malikdir.Lakin insan yer kürəsində bitki örtüyünün məhv edilməsində günahkar hesab edilirsə də, bunula bərabər o yeni bitki sortları, yeni bitki qruplaşdırılmaları yaradır ki, bunlar da mədəni fitosenoz və ya aqrofitosenoz adlanır.
Fitosenozun rütubətə təsiriHər hansı fitosenoz torpaq və atmosfer rütubətinə təsir göstərir.Meşədə torpaq səthinin rütubəti açıq yerə nisbətən yüksəkdir.Bu onunla izah edilir ki, meşədə torpaq səthində üzvi qalıqlar toplanır.Onlar rütubəti toplayır, ağac çətiri isə torpaq səthində buxarlanmanı azaldır.Torpağın müəyyən dərinliyində rütubət güclü inkişaf etmiş, kök sistemi vasitəsilə sorulur.
Meşə fitosenozunda yarpaqlar yağıntının müəyyən hissəsi saxlayır.Yaşlı meşə massivləri daha çox su toplayır.
Müxtəlif bitki növlərinin yağıntı saxlamaq qabiliyyəti eyni deyildir.Buna görə də , müxtəlif fitosenozların torpaq rütubəti fərqlənir.
Fitosenozlar su axını rejiminə təsir göstərərək torpağı qida maddələrinin yuyulmasından qoruyur.Fitosenoz yalnız özünün daxili qruplaşmasından deyil, sərhədlərindən uzaqda da su rejiminə təsir edir.
Fitosenozun temperatura təsiri.Bitki örtüyü hava və torpaq temperaturuna güclü təsir göstərir.Fitosenoz daxilinə havanın temperaturu açıq yerin temperaturundan həmişə aşağı olur.Meşədə bu daha aydın hiss olur.Fitosenozun quruluşu və coğrafi vəziyyətindən asılı olaraq təsir dərəcəsi kəskin dəyişir.
Six çim əmələ gətirən bitkilər torpaq sahəsinə istiliyin daxil olmasına maneçilik törədir.Buna görə də yayda çəmən torpaqları açıq yerin torpağına nisbətən soyuq olur.
Fitosenozun istilik rejiminə təsiribitkilərin növ tərkibi, yaşı,mərtəbəliliyi, sıxlığı və s. Amillərədn asılıdır.Şübhəsizki eyni fitosenozun bitkiləri müxtəlif mərtəbələrdə eyni temperaturda olmur.
Fitosenozun işıqlanmaya təsiriFotosintez iştirak edən işığın miqdarı müəyyən dərəcədə mərtəbəlilikdən bitkilərin sıxlığından, növ tərkibindən və fitosenozun digər xüsusiyyətindən asılıdır.Şam meşələri enliyarpaqlı meşələrdən həmişə işıqlı olur.
İlin fəsillərindən asılı olaraq fitosenozların işıqlanmaya təsiri dəyişilir. Yazda ağaclar yarpaqsız olduğu dövrdə aşağı mərtəbədə yerləşən ot bitkiləri işıqdan daha çox istifadə edə bilir.
Fitosenozun torpağa təsiriMəşhur rus torpaqşünası Dokuçayevin göstərdiyi kimi torpaqəmələgəlmə prosesi ana süxurun, relyef və canlı orqanizmlərin təsiri altında gedir.Qara torpaqlar bozqır bitkilərinin , padzol torpaqlar iynəyarpaqlı ağac bitkilərinin iştirakı ilə formalaşır.
Fitosenozlar torpaqda humusun toplanması, torpağın quruluşunun əmələgəlməsi , mexaniki tərkibi, torpaq münbitliyi, onun istilik rejiminə təsir göstərir.
Quşların həyatının mövsümi hadisələri
Ətraf mühitin mövsüm dəyişikliyi quşların illik fəaliyyətini tənzimləyir.Tropik zonada iin yağışlı və quraq keçən dövləri, başqa zonalarda gündüzün uzunluğu və onun əlaqədar olan fəsil dəyişiliyi ətraf mühitin əsas siqnallarıdır.Əjbəttə başqa ekoloji amillərdə təsirsiz deyildir hava şəraiti, yuva yeri, qida rəqabəti, yərtəcəlar və s.Quşlar öz həyatını ilin mövsüm hadisələrinə uyğunlaşdırmışlar.
-
Çoxalmaya hazırlıq dövrü.Günün uzanması quşların cinsiyyət orqanlarına oyadıcı təsir göstərir.Onların qışlamaq üçün əmələ gətirmiş olduqları sürülər tədricən dağılır, oturaq quşlar isə erkək və bir dişidən ibarət cütlər əmələ gətirir.Köçəri quşlar qışlaq yerlərindən yuvalanma arealına qayidir.Bəzi quşlar erkən yazda lələklərinin bəzi yerlərini dəyişir, yuva sahəsinə çatan vaxtda bəzəkli olurlar.Bu vaxt quşlar intensiv qidalanıb kökəlirlər.
-
Quşların çoxalması ətraf mühitdə qidanın bol və günün uzun olduğu dövrə düşür.Cütlərə ayrılmış quşların erkəkləri cəledici hərəkətlər edir və oxumağa başlayır: sərçəkimilərin oxuyan növləri ritmik hərəkətlər edib cəh-cəh edir,durnalar və qulələklilər nəvazişli rəqs edir, ağacdələnlər dimdiyini quru ağaca döyməklə təbil çalır, bayquşlar zil səslə çağırır, qartallar havada süzür, qızılquşlar ildırım kimi havada şığıyır və s. Hə rnövə məxsus erkək quşun səciyyəvi oyunları və səsləri öz növündən olan dişi quşları cəlb edir, başqa növlərlə cütləşmə hallarını aradan qaldırır.cütlərin düzgün seçilməsinə təminat verır.Quşların çox növünün əmələ gətirdiyi cütlər ömürlük olur.Nəsil vermək üçün hazlr olan növlər yuva sahəsi seçir və köhnə sahəsini tutur.Sonra yuva tikit, yumurtalayır, kürt yatıb bala çıxarır və onları bəsləyib pərvaz edirlər.Bəzi quşlar bir mövsümdə 2-3 dəfə nəsil verirlər.Bu dövrdə quşlar çox arıqlayırlar.
-
Lələkdəyişmə dəyişmə dövrü.Quşların lələkdəyişməsi zamanı çox enerji sərf olunur.Lakin quşun kohnə lələkləri onu gizlədə bilmir, uçmasına kömək etmir və bədəni isti saxlaya bilmir.Ona görədə kohbə lələklər yeniləri ilə əvəz olunmalıdır.Quşlar çoxalma dövründə lələklərini dəyişməyə enerji çatdıra bilməzlər.Ona görədə çox quş çoxalma dövrünün ikinci yarısından başlayaraq lələklərini dəyişməyə başlayırlar.Dağda quşların lələk dəyiçməsi arana nisnətən gec başlayıb tez qurtarır.Ona görə ki dağda quşların lələk dəyişməsi üçün yararlı iqlim və başqa şərait müxtəlif vaxta olur.Uzaq ölkələrdə qışlayan quşlar lələklərini dəyəşəb köçürlər.Cənub ölkələrdə qışlayan quşlar isə lələklərini qışlaq yerlərində dəyişirlər.Quşlar lələk dəyişməyə çoxlu zülal yeməyi tələb edirlər.
-
Qışa hazırlıq dövrü.Quşların çoxalma sahəsində yayın ortalarına qədər qida bazası zəifləir.Ona görədə balalarını pərvaz etmiş quşlar bol qida olan yeni ssahə axtarıb tapırlar.Bəzi quşlar dağlardan dərələrə, düzlərə enirlər , bəzi quşlar qidasını dəyişdirib yerində qalır, bəzilər isə uzaq ölkələrə köçməyə başlayırBu vaxt quşlar sürülər əmələ gətirib intensiv kökəlirlər.Sürüdə olan quş başqa quşa nisbətən qidalanmaq üçün çox vaxt sərf edə bilir.
-
Qışlama dövrü Oturaq quşlar qışda qidasını tamamilə dəyişə bilir.Yayda cüc yeyən quş qışda bitki yeyir və ya polifaq olur.Qidasını kəskin dəyişə bilməyən quşlar köşüb elə yerə gedirlər ki, orada bu quşların qidasını qış aylarında da bol olur. çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində "tükcük" deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.
Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki tərəfində uzanan 650 ədəd incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər bitişikdir ki, tüstü üfürüldükdə belə aralarından keçmir. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyilə tüklərini düzəltməsi tüklərin əvvəlki halına düşməsi üçün kifayətdir. Quş tükünün bu quruluşu uçuş üçün son dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.Quş tüklərindəki bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və tükün ilk əmələ gəlməsi əsnasında toplanan piqmentlərlə və ya işıq hərəkətlərilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə qanadlardakı incə quruluşlar da yaradılışdakı üstün sənəti və elmi bizə göstərən dəlillərdəndir.
-
Quşların köçməsi .Quşların köçməsi ildə iki dəfə olur.Yazda yuvalama sahəsinə, qışda isə qışlama sahəsinə köçürlər.Quş köçəndə adi sürətdə uçur, acanda və ya hansısa təhlükəylə qarşılaşanda yerə qonub dincəlir və qidalanır.Quşların yazda köçməsi payıza nisbətən mütəşəkkil baş verir.Uzaq məsafəyə uçan quşlar bədənindəki piy ehtiyatından istifadə edirlər.Yaşlı quş qışlamaq üçün haraya köçsədə nəsil vermək üçün kohnə yuvasına qayıtmağa çalışır.Quş köhnə yuva sahəsini yaxşı tanıyır, sınanmış olur.Lakin cavan quşlar valideynlərinin yuva sahəsindən kənara çixmağa çalışaraq rəqabəti azaldır, nəslin cırlaşmasının qarşısını alır, növün inkişafını təmin edrlər.Quşların miqrasiyasının dəqiq öyrənmək üçün onun ayağıma metal taxırlar.Halqa üzərində onun nömrəsi onun nə vaxt harada taxıldığı qeyd edılır.Brynəlxalq müaviləyə əsasən həmin quş harada ələ keçsə onun ayağındakı halqanın nömrəsi bu işi icra edən elmi müəəsisəyə verilir.Quş köçəndə səmti bilmək üçün onun anadangəlmə instinkti böyük rol oynayır.Lakin təkcə anadangəlmə instinkt kifayət etmir.Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı onurğalılar nümayəndələridir.Yer kürəsində 9800-dən artıq növü yaşayır. Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur.Quşlar yumurta qoymaqla çoxalırlar. Quşların növündən asılı olaraq yumurtalarmüxtəlif rəngdə və ölçüdə olur. Payız və yaz fəsli həm də quşların köçü ilə yaddaşlarda qalıb. Durnalar bu mənada daha məhşurdur.Köçəri quş həyat təcrübəsində adət etdiyi sahənin ümumi görkəmini izləməklə köçmə səmtinə bəzi düzəlişlər verir.Bu işdə təcrübəli fərdlər cavanlara nümunə olur.Təcrübəli fərdlərdən ayrı köçən canaların əsas bələdçisi anadangəlmə instinkdir.
Balıqların ekologiyasına antropogen amillərin təsiri
Bütün tarix boyu insan fəaliyyəti ətraf mühitə təsirlə müşayiət olunur.İstehsalın intensivleşdirilmesi insanın təbiətə təsirini daha da dərinləşdirərək çoxşaxəli etmiş onun bütün komponentlərinə və bütövlükdə biosferə təsirini olduqca gücləndirmişdir.
Sənaye və su nəqliyyatının inkişafı, yeni su hövsələrinin yaradılması və rekonskturkturasiyası, sənaye və məişət suları, turş yağışlar kənd təsərrüfatının intensivləşməsi və bitkiləri mühafizə etmək üçün kimyəvi maddələrin tətbiqi, tarla və gübrələrin tətbiqi dezinfeksiya nəticəsində təbii su hövzələrində demək olar ki, hamsinin rejimi dəyişərək xeyli pisləşmişdir.Nəticədə su hövzələrində canlılar aləminin xüsusən balıqların növlərinin sayı kəskin sürətdə azalmışdır.Qığırdaqlı balıqlara insan təsiri zəifdir.
Neft və neft məhsullarının çirkləndirdiyi sular daha böyük itkilərə məruz qalır.Neftin hətta az kansentrasiyası belə nəinki sudan , hətta balıqdan kəskin neft iyi gəlməsinə səbəb olur.
Bu cəhətdən respublikamızın iqtisadiyyatında böyük əhəmiyyətli olan Xəzər dənizinin vəziyyəti olduqca acınacaqlıdır.O bir neçə mənbədən eyni vaxtda neftlə çirkləndirir.Xəzərə neft daşıyan tankerlərdən, Xəzərətrafı neft emal edən müəssisələrdən, dənizin özündə qazılan və fəaliyyət göstərən neft buruqlarından və çayların gətirdiyi neftli tullantılar vasitəsilə , bu dənizdə 1000 tonlarla neft axıdırlar.
Hesablamalar nəticəsində məlum olmuşdur, Xəzər dənizinə axıdılan sənaye sularının tərkibində zəhərli maddələrin miqdarı 15-20 dəfə, fenolun konsentrasiyası isə normadan 9 dəfə artıqdır.Neft suyun bütün qatlarını-üst səthini pərdə şəklində, dib hissələrini isə ağır franksiyalar çöküntüsü şəklində çirkləndirilir.Məhz bunun nəticəsində onun 200 m dərinliklərində canlıya təsadüf edilmir.
Məməlilərin cinsiyyətə görə qrupları
Məməlilər cinsiyyət münasibətinə görə iki əsas qrupa ayrılır.monoqomlar və poliqom olanlar.Monoqom məməlilər dovşanlar, cücüyeyənlər, gəmiricilər və yırtıcıların bir sıra növləri ayırd edilir.Bu heyvanlar ailə halında yaçayır və hər ailənin yuva sahəsi olur, və onu ailə başçısı qoruyur.Poliqom məməlilər daha çoxdur: bəzi cücüyüyənlər, primatlar,bəzigəmiricilər,balinakimilər,kürəkayaqlılar,təkdırnaqlılar, cütdırnaqlılar və s.Memelilerin çoxu 45°S-ye qeder şaxtaya davam getirir.— 110°S..Bu heyvanların bir erkəyi bir neçə dişini mayalayır.Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Məməli heyvanlar üçün bədənin tükİə örtülü olması, onların bala doğub südlə bəsləməsi, dodaqların əmələ gəlməsi, qulaq seyvanı və ya xarici qulağın olması, alt çənədə əlavə oynağın əmələ gəlməsi və beyin yarımkürələrində yeni qabığın əmələ gəlməsi, ürəkdən təkcə sol aorta qövsünün çıxması, bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması və s. səciyyəvi əlamətlərdir. Dünyada 4500-ə qədər məməli növü vardır.Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır. Doğum zamanı balanın formalaşması məməli növünə görə dəyişir. Kor (və əsasən çılpaq) doğulan və bəzən illərlə anası tərəfindən böyüdülən məməli növləri olduğu kim, doğulduqdan qısa müddət sonra yeriməyə və ya üzməyə başlayan məməl növləri də var. Ancaq ümumilikdə balaların müəyyən müddət ana tərəfindən baxılması məcburidir. Dişi məməlilər balalarını zəngin tərkibli süd ilə qidalandırır. Məməlilər müxtəlif böyüklükdə olur.Poliqom heyvanlar böyük sürülərlə yaşayır.Sürü başçısı sürünü idarə edir.Sürü başçısının əsəb sistemi və hiss orqanları yaxşı inkişafına görə başqalarında fərqlənir, heyvanın stabil fəaliyyətini təmin edir.Sürü başçısı maksimal sağlam , güclü, dözümlü və təcrübəli olması ilə diqqəti cəlb edir.Həmin keyfiyyətlərdən məhrum olub səhv edən sürü başçısı mövqeyini itirir.
Sürünənlərin səmərəli istifadəsi və qorunması
Sürünənlər əsl quru heyvanları olduğu üçün quruya daha yaxşı uyğunlaşmış və müxtəlifliyi yüksəkdir.Sonrada su mühitinə keçmiş və ikinci su heyvanı olan sürünənlərdə az deyildir.Torpaq və suda duzun olub – olmaması sürünənlər üçün əhəmiyyət kəsb etmir.Lakin temperatur sürünənlərin coğrafi yayılmasına əsas ekoloji amildir.Buna görə onların çoxu quru səhra sahələrini daha üstün tuturlar.Bədən temperaturu xarici mühitdən asılı olduğu üçün onlar xarici mühitin isti olan sahələrində daha çox yayılmışlar.Yüksək temperatura davam gətirmirlər , oradan qaçırlar.Sürünənlər bəzən ən isti vaxtlarda yay yuxusuna gedirlər.Məsələn : Orta Asiyada çöl tısbağası.Bir sıra növlər isə gecə həyat şəraitinə keçirlər .Sürünənlərə Antarktida və Arktikadan başqa , bütün iqlim zonalarında rast gəlmək olur.Sürünənlərin həyatında xarici mühit temperaturu mühüm rol oynayır. Sürünənləri ekoloji cəhətdən aşağıdakı qruplara bölmək olar :bərk torpaq , boşanaq qumda ,suda ,yarım su, ağacda və yer altında qazıcı həyat keçirənlər. Bərk torpaqda yaşayan qrupa əsl kərtənkələlər, kələzlər, ilanlar, iquanlar, ayaqsız kərtənkələlər, varanların çoxu ,ilanlar ,hatteriya ,quru tısbağalarının hamısı daxildir .Bu qrupun növlərində ətraf yaxşı inkişaf etmiş və ya ayaqsız olub ilanşəkilli uzunsov bədənə malikdir.Boşnaq torpaqda yaşayan formalarda bir sıra uyğunlaşma əlamətləri vardır.Məsələn : dal ətraflarında dəyirmi dişciklərin olması ayağın boşnaq torpağa batmasının qarşısını alır.Bu cür quruluş girdəbaşlarda , iquanlarda ,daraqbarmaqlı gekkonlarda və s. vardır.Quma batmaqdan qoruyan uyğunlaşmalardan biri də bədənin geniş və yastı olmasıdır .Bu növlər çox asanlıqla qumun içərisinə girə bilirlər .Məsələn :girdəbaşın bədəninin yanları ilə dik pulcuqlar olan xüsusi dəri qatları uzanır ,bunların köməkliyi ilə asanlıqla quma girə bilir.Bəzi ilanlarda da bu cür uyğunlaşmalar vardır.Məsələn : çöl yatağan ilanı qumun altında sürünə bilir .Bu cür növlərdə sifət qalxancığı genişlənir və kənarları iti olur.
Yeraltı həyat keçirən formlarda bədən ilan şəkillidir ,ətraflar ya itmiş və ya qalığı qalmışdır ,gözləri kiçik və ya atrofiya etmişdir ,pulcuq hamardır və ya yoxdur ( Amfisbenlər ), hərəki göz qapaqları yoxdur , qulaq yolu reduksiya etmişdir .Nümayəndə --- kor ilan ,ssinklərin əksəriyyəti.Ağac formalarına iquanların çoxu , bəzi kələzlər , həmiçinin buqələmunların hamısı daxildir .Əsas xüsusiyyətləri bədənləri hündür ,yanlardan sıxılmış ,əksərən yaşıl rəngli , barmaqlarının ucu qüvvətli caynaqlara malik və barmaqları genişlənmiş sormac rolunu oynayır.Ağacda yaşayan kərtənkələlər içərisində süzmə uçuşuna malik olan uçan drakon da bura daxildir .Onlar 20 m-ə qədər bir budaqdan digər budağa süzərək uça bilirlər.
Su sürünənləri - timsahlar ,kərtənkələlərin bəziləri , dəniz ilanları , su tısbağaları və s. aiddir.Suda yaşamaqla əlaqədar olaraq bədənləri yanlardan sıxılmış , kürək rolunu oynayan quyruğa , kürəyə çevrilmiş ətraflara və s. xüsusiyyətlərə malikdirlər .Bunlar uzun müddət su altında qalmağa uyğunlaşmışlar .Yumşaqdərili tısbağalarda və dəniz ilanlarında udlaqla əlavə tənəffüs orqanı ,su tısbağalarında isə dal bağırsaq ilə kloaka arasında cüt anal qovuğu tənəffüs prosesində iştirak edir. Qazıntı halında tapılan sürünənləri öyrənməklə ,təkcə sürünənləri deyil ,ali onurğalılardan quşların və məməlilərin də başlanğıcını öyrənirik.
İlk quruda yaşayan onurğalılar devon dövründə meydana çıxmışdır.Bunlar fırçaüzgəcli balıqlara yaxın olan steqosefallar olmuşdur.Ömürlərinin çox hissəsini suda keçirirlərmiş.Bu dövrdə iqlim dəyişdiyindən quraqlığın düşməsi ilə əlaqədar olaraq müxtəlif su hövzələri tapmaq üçün müəyyən vaxt sudan kənara çıxmaq zərurəti yaranır.Daş kömür dövründə iqlimin pisləşməsi ilə qurunun bir çox sahələrində səhralar əmələ gəlir.Beləliklə ,sürünənlərin yaşaması üçün şərait yaranır .Beləliklə , sürünənlərdə özlərini qurumaqdean mühafizə edən dəri törəməsi ,quruda çoxalma tərzi və amfibilərə nisbətən yüksək inkişaf etmiş beyin əmələ gəlir.Mezozoyun əvvəllərində yeni mühitə uyğunlaşma bilməyən qədim suda – quruda yaşayanların nəsli demək olar ki , kəsilmiş ,əksinə reptililər isə yer üzərində geniş yayımışlar.Reptililərin təkamülü çox sürətlə inkişaf edirdi,permin axırlarında steqosefalların çoxunu sıxışdırıb aradan çıxarmışlar.O vaxtlar quruda başqa heyvanlarla rəqabət olmadığı üçün mezozoy erası “sürünənlər əsri “ hesab oluur.Üst daş kömür qatlarında bütövkəlləlilər və ya kotilozavrlar tapılmışdır. Kotilozavrlar permdə geniş yayılmış triasda məhv olmuşlar.Bunlar müxtəlif ölçülü bəziləri nəhəng , beş barmaqlı heyvanlar olmuşlar. Kəllələri dəri mənşəli bütöv zirehlə örtülü olmuş, yalnız burun, goz və təpə orqanı üçün dəliləri olmuşdur. Kəllənin bu cür quruluşa malik olması onları steqosefallara yaxınlaşdırır və kotilozavrların əcdadı olmasını təstiq edir. Kotilozavrlardan ən kiçiyi aşağı permdə yaşayan seymuriyadır. O kiçik heyvan olub, boyun demək olar ki, olmamış, bir sira fəqərəsi, kəllə isə steqosefalların kəlləsinə oxşar olmuşdur. Koilozavrların ən iri nümayəndəsi 3 metrə yaxın pareyazavr olmuşdur.Bəzi sürünənlər nəqliyyat altında qalıb tələf olur.Odur ki, sürünənlərin bir sıra populyasiyalarının sıxlığı azalmış, bəzi növününü nəslinin kəsilməsi təhlükəsi yaranmışdır.Azərbaycan faunasında sürünənlərin bir sıra növü ölkənin Qırmızı kitabına daxil edilib qorunur: xarabalıq kələzi, girdəbaş kərtənkələ, qızıl mabuya, çöl gürzəsi, quru tısbağası və b. Buniardan başqa faydalı faunaya daxil olan sürünən növlərinin hamısı az-çox qayğı altına alınmışdır.
Bitki ekologiyasında coğrafi anlayışların mahiyyəti
FİTOLOGİYA-bitkinin morfologiyası, anatomiyası, fizologiyası, ekologiyasını öyrənən kompleks elmdir.
FİTONOMİYA- bitkinin mənşəyi və inkişafını öyrənir.
FİTONSİDLƏR-bitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələrdir.Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəliktörədən mikrobları, virusları məhv edir, havanı saflaşdırır.
FİTOPLANKTONLAR-su qatının günəş enerjisi olan hissəsində yayılan olanktonun bitki hissəsi .F su hövzələrində üzvi maddələrin əsas lk produsenti olub onun hesabına su heteretrof orqanizmləri mövcuddur.F.nun biokütləsinin cəmi zooplanltonun biokütləsinə nisbətən kiçikdir, lakin tez parçalandığından Dünya okeanında onun məhsulu 550 mlrd.t təşkil edir.
FİTOPOTOLOGİYA-bitki xassələri , onların proflaktikası və ləğv edilməsi üsullarını öyrənən elm.Ümumi F xəstəlik törədiciləri , onların başvermə səbəbini və şəraitini , inkişaf və yayılma qanunauyğunluqlarını, xəstə orqanizmdə anatomik, fizioloji dəyişkənlikləri, bitki immuniteti və karantini məsələlərini öyrənir.
FİTOPSAMMON-su hövsələrinin qumlu sahilində yaşayan bitkilərin məcmusu ( yosunlar, bakteriyalar)
FİTOSENOGENEZ- bitki qruplaşmalarının formalaşması və inkişafı prosesi.
FİTOSENOTİK PROSES-ətraf mühitdən günəş enerjisinin və qida maddələrinin bitkilər tərəfindən bitki kütləsinə çevrilməsi
FİTOSENOZ- nisbətən oxşar sahədə bir-biri ilə , heyvan və ətraf mühitlə qarşılıqlı əlaqəda olan bitki orqanizmlərinin məcmusu.Bitki növlərinin müxtəlif qruplarının F-dakı rolu eyni deyildir, buna baxmayaraq, F-u yaradan bitkilər öz həyat fəaliyyəti prosesində mühiti dəyişir.Onlar özləri üçün zərruri olan ehtiyatlardan istifadə edir.
FİTOSENOZUN MOZAİKLİYİ-relyefin fitogen, zoogen, ekzogen və antropogem dəyişməsi ilə əlaqədar qruplaşmalarda iki və daha çox parselin bərabər paylaşması nəticəsində müxtəlif tərkibliyin yaranması bəzən dövrü dəyişmələrlə əlaqədar olur.Hər parsial tipi bəzi torpaq xüsusiyyəti daşıya bilər.
FİTOSESİDLƏR- parazit göbələklər və bakteriyaların törətdiyi fırlar, meyvələrlə morfoloji oxşarlığı olur.
FLORİSTİK KADASTR-müəyyən ərazinin florası haqqında çəlumat toplusu.
FLORİSTİKA- botanikanın florasını öyrənən bölməsi
FLOROGENETİKA-müəyyən ərazidə floranın formalaşma tarixini öyrənən botanika elmi.
FOTOSİNTEZ-bitkilərin, yaşıl yosunların, bakteriyaların və fotosintez edən mikroorqanizmlərin vasitəsilə Günəşin şüa enerjisinin üzvi maddələrin kimyəvi enerjisinə çevrilməsi.
FOTOSİNTEZEDƏN ORQANİZMLƏR-sadə qeyri-üzvi birləşmələrdən , işıq enerjisinin hesabına mürəkkəb üzvi birləşmələr yaradan orqanizmlərə yaşıl bitkilər, yosunlar və bəzi bakteriyalar aiddir.
FOTOTAKSİS-ibtidai orqanizmlərin işığa doğru və əksinə hərəkəti.
FRİQANOİDLƏR-kseromorf yarımkollar, kolcuqlardan ibarət müxtəlif seyrək bitki qruplaşmalarının məcmusu.
FRUKTOZA- meyvə şəkəri,hektozalar qrupundan olan karbohidratlar.
FUZARİOZLAR-natamam göbələklər qrupundan Fusarium cinsinə aid növlərin və yabanı bitkilərdə törətdiyi xəstəlikdir.
GENERATİV ORQAN -çoxalma vəzifəsini aparan orqan
GEOBOTANİKA-fitosenologiya bitki qruplaşmaları və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji mühitin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və dəyişdirilməsini öyrənən elm.Geobotanikanın obyekti fitosenozlar,onların yaratdığı bitki örtüyü sayılır.Fitosenozların morfologiyasını, onların biotik əlaqələrini xüsusilə fitosenozların daxili mühitini, tarixi inkişafını və təsnifatını tədqiq edir.
GEOBOTANİKİ ƏYALƏT-zonanın tabeçiliyində olan geobotaniki rayonlaşdırma vahidi.
GEOFİTLƏR-kökləri və ehtiyat qida maddələri torpaqda olan çoxillik bitkilərdir.
GİPSOFİL BİTKİLƏR-əsasən gipslə zəngin olan torpaqlarda bitən bitkilər.
GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİ-bu fəsilə ağac, kol yarimkol, otlrdan ibarətdir.Fəsiləyə 120 cins 3150-dən çox növ daxildir.Azərbaycanda 200-ə yaxın növə rast gəlinir.
GÜLÇÜLÜK-bitkiçiliyim bir sahəsi olub: dekorotiv çiçək bitkilərinin becərilməsi, onların bağ bağça və bulvarda əkilməsi ilə məşğul olur.
GEOKARPİYA-bitkilərin torpaqda, ana fərdlərdən xeyli aralıda meyvə və toxum verib yayılması.
HALOFİTLƏR-duzlu bitmə şəraitinə ,xlorlu və kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər.Bunlardan bir hissəsi ətli-şirəli zoğlari olan sukkulentlər olub səhra və yarımsəhrada qurunt suyu səthə yaxın yerləşən şoran torpaqda bitir.Digər hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan , qurunt suyu bir qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir.Bəzi halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını tənzim edir.Bütün halofitlər bir torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar hesab edilir.Bi rçox halofitlər yarımsəhra otlaqlarının quraqlığa və duza davamlı yem bitkiləridir.
HALOİDOFİTLƏR-şorakət və şor torpaqlarda bitməyə uyğunlaşan bitkilər
HALOKSEROFİTLƏR-duza və quraqlığa davamlı bitkilər.
HELİOFİTLƏR,HELİOTROFLAR-işıqsevən bitkilər olub, fotosintez prosesi tənəffüs prosesindən yalnız yüksək intensiv işıqlanma şəraitində üstünlüyə malik olur.
HEMERAFİT-mədəni bitki.
HEMİNSEROFİTLƏR-arid zonanın yaxşı inkişaf etmiş, kök sisteminə malik olan bitkiləri.Heminserofitlər üçün intensiv transkripsiya səciyyəvidir, odur ki onlar uzunmüddətli solmaya davam gətirmir.
Heyvan ekologiyasında coğrafi anlayışların mahiyyəti
HETEROFİLİYA, MÜXTƏLİF YARPAQLILAR-bir bitkinin eyni yaxud ayrı-ayrı zoğlarında müxtəlif formalı yarpaqların olması.Heterofiliya bir çox su bitkilərində müşahidə edilir.Bunlarin su altındakı yarpaqları formasına görə suyun üstündəkinə yarpaqlardan kəskin fərqlənir.Bu isə yaş dəyişillikləri və funksiyalardakı fərqlərlə əlaqədardır.
HİBRİD TOXUM-müxtəlif forma, sort, növ, cinsə aid bitkilərin hibridləşməsi nəticəsində alınan toxumlar.Hibrid toxum başqa sortlara nisbətən daha yüksək məhsul verir.Səpində yalnız toxumun 1-ci nəslindən istifadə edilir.
HİDATOFİTLƏR-bütünlüklə və ya çox az hissəsi suyun altında olan bitkilər.Bunlardan bəzisi kökləri ilə qrunta bitişmiş, digərləri bitişməmiş olur.
HİDROFİTLƏR- suda yaşayan bitkilər.
HİDROXARİTLƏR-qrunta bərkiyən su bitkiləri
HİDROXORLAR-su ilə yayılan bitkilər.
HİDROXORİYA-meyvə və toxumların su vasitəsilə yayılması
HİQROFİTLƏR-rütubətli yerlərdə bitən bitkilər.Hiqrofitlərin əsas xüsusiyyəti onlarda su sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır.
HİQROMORFİZM-havanın yüksək rütubətlik şəraitində bitən bitkilərin quruluşunun xüsusiyyətləridir.Belə bitkilər üçün transpirasiyanın güclənməsi şəraitinə uyğunlaşmaq qabiliyyəti səciyyəvidir, bu qida məhsullarının zoğıara doğru intensiv hərəkətini təmin edir.
HİPSOFİT BİTKİLƏR-əsasən gipslə zəngin olan torpaqda bitən bitkilər
HEMİKRİPTOFİT-qışda vegetativ üzvləri quruyan, yalnız kökü və boy tumurcuğu xəzəl və qar altında salamat qalan bitkilər.
HERBARİ-bitkilərin müxtəlifliyini əks etdirən elmi kolleksiya
XAÇÇİÇƏKLİLƏR-ikiləpəli bitki fəsiləsi.Otlar, bəzən yarımkollar və ya növbəli düzülüşlü sadə yarpaqlı kollardır.Azərbaycanda 66 cinsi məlumdur.Xaççiçəklilər fəsiləsində çoxlu faydalı bitkilər-tərəvəz,yağlı,ədviyyat,dərman, balverən, boyaq bitkiləri və s.var.Bəziləri geniı yayılmış alaq otlarıdır.
XAŞXAŞKİMİLƏR-ikiləpəli bitki fəsiləsi.Əksəriyyət ot, kol və kiçik ağaclardır.Azərbaycanda 32 növü məlumdur.
XƏZAN, xəzan dövrü-ilin bəzi fəsillərində bitkilərin kütləvi sürətdə yarpaqlarının tökülməsi.Torpaq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və mineral maddələrlə zənginləşməsinə səəbəb olur.
XİRDAYARPAQ MEŞƏ-tozağacı, titrəkyarpaq qovaq və b. Xırdayarpaq ağaclardan ibarət meşə.
XİONOFİT-qarın altında inkişaf edən bitkilər.
XLOROFİL-bitkilərin yaşıl piqmenti.Bunlar vasitəsilə bitki günəş emerjisini tutur və fotosintez prosesini həyata keçirir.
XAMEOFİTLƏRqışda vegetativ üzvlərindən gövdəsi və kökü salamat qalan bitki.
XƏZƏL- bitkilərin yerə tökülən və ölən hissələrinin torpağın üatündə əmələ gətirdiyi təbəqədir: yerə tökülmüş yarpaqlar, meyvələr,çiçəklər, qabıqlar,xırda budaqlar.
XİYABAN-ağacların əhatəsi ilə uzanan küçə
Dostları ilə paylaş: |