Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı


Тяркиби: Qoyun əti – 160 qr. Tənək yarpağı – 50 qr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   13   14   15   16   17   18   19   20   ...   105
Тяркиби:
Qoyun əti – 160 qr.
Tənək yarpağı – 50 qr.  
Yumru düyü – 50 qr.
Soğan – 20 qr.
Keşniş – 500 qr.
Nanə – 100 qr.
Duz
İstiot
Sarıkök


Qarabaü mÿtbÿxi
58 ●
Hazırlanması:
Çəkilmiş  ət düyü, soğan, nanə, keşniş, duz, istiot, sarıkök  əlavə olaraq 
qarışdırılır. Yüyürmüş tənək yarpaqları isti suda pörtlədilir. İçinə ət qoyularaq 
bükülür və qazana yığılır, üstünə az miqdarda sarıkök səpilir, üzərinə su əlavə 
olunur, 1-1,5 saat ərzində bişirilir. 
Xocavwnd
 

Twnwk dolması 
Тяркиби:
Qoyun əti – 1 kq.
Soğan – 300 qr.
Yumru düyü – 200 qr.
Nanə – 1 dəstə
Şüyüd – 1 dəstə
Duz, istiot
Hazırlanması:
Qoyun  əti, soğan,  şüyüd, nanə  ətçəkən maşından keçirilir və qarışdırılır, az 
miqdarda düyü vurulur, təzə tənək yarpağına bükülərək bişirilir.
Cwbrayıl
 

Yarpaq dolması 
Tərkibi:
Soğan – 100 qr.
Qoyun əti – 250 qr.
Yumru düyü – 200 qr.
Yağ (duru) – 60 qr.
Kərə yağı – 150 qr. 
Tomat – 40 qr.
Duz, qara bibər
Bükmək üçün üzüm yarpağı


2.1 Dolmalar
● 59
Hazırlanması:
Yarpaqları əvvəlcə 3-5 dəqiqə qaynar suda yuyuruq. Təzə yarpaqdırsa bunu bir 
az qaynatsaq daha yaxşı olar. Soğanı ət maşınında çəkin. Buna imkan yoxdursa 
xırda-xırda doğrayın və ya rəndənin xırda gözündən keçirin. Yuyulmuş düyünü, 
soğanı, tomatı, duru yağı, duz, istiotu birlikdə qarışdırırıq. Sonra xırda-xırda 
dolmaları bükərək və qazana düzürük.
Füzuli
 

Yarpaq dolması
Tərkibi:
Qoyun əti – 1 kq.
Düyü – 50 qr.
Şüyüd – 50 qr.
Keşniş – 50 qr.
Nanə yarpağı – 20 qr.
Soğan – 300 qr.
Üzüm yarpağı – 500 qr.
Duz, istiot
Su – 300 qr.
Qatıq – 300 qr.
Hazırlanması:
Yağlı qoyun əti ət maşınında çəkilir, düyü, şüyüd, keşniş, nanə yarpağı, soğan, 
istiot  əlavə olunur. Qarışdırılır üzüm yarpağına bükülür. Sonra üzərinə su 
əlavə olunur və 40-50 dəqiqə bişirilir. Stola verilərkən yanında sarımsaq 
qarışdırılmış qatıq olsa daha ləzzətli olur.
Qubadlı
 

DWN dolma (yarpaq dolması)
Tərkibi: 
Ət – 1 kq
Maş – 200 qr.
Kartof – 200 qr.


Qarabaü mÿtbÿxi
60 ●
Şüyüd – 2 dəstə
Göy soğan – 2 dəstə
Keşniş – 1 dəstə
Düyü – 200 qr. (yumru)
Yağ – 200 qr.
Duz – 20 qr.
Sarıkök, istiot 
Üzüm yarpağı – 300 qr.
Hazırlanması:
Əvvəlcə bir maşı qaynadır və  ət maşınından keçiririk. Sonra yuxarıda sadalanan 
gö yərtilər və soğan xırda-xırda doğranaraq bütün lazımi  ərzaqlarla yaxşı-yaxşı 
qarışdırılır. Sonra həmin qarışıq suda azca pörtlədilmiş yarpaqlara bükülərək qaza-
na yığılır. Üstünə çıxana qədər su əlavə edərək vam odun üzərində bişirilir. Bişənə 
ya xın üzərinə bir qədər yağ əridilib əlavə edilir. 5-10 dəqiqədən sonra yemək hazır dır.
Süfrəyə sadə qatıqla, yaxud sarımsaqlı qatıqla verilir.
Nəticə:
Yarpaq dolmasının hazırlanma qaydası bütün rayonlarda demək olar ki
eynidir. Qarabağ zonasına daxil olan rayonların bəzi yerlərində yarpaq dolma-
sına den dolmada deyilir ve fərqlərdə var. Xocalıda yarpaq dolmasına darçın 
əlavə olunur. Xocalıda çəkilmiş ətə bəzən isladılmış noxud ləpəsi də qatılır. 
Ağdamda yarpaq dolmasına sarıkök, keşniş, nanə əlavə olunur. Xocavənddə 
dolmaya şüyüd əlavə olunur. Qubadlıda yarpaq dolmasına maş əlavə olunur 
və bu da digər rayonlardan fərqlənir. Kəlbəcərdə yarpaq dolması digər rayon-
lardan fərqli olaraq üzüm yarpaqlarından deyil, dəvədabanı  və bağayarpağı 
bitkisinin yarpaqlarından hazırlanır.
Cwbrayıl
 

Hinduşka wtindwn dolma – 10 nwfwrlik
Тяркиби:
Sümüksüz ət – 1 kq.
Ağ üzüm yarpağı – 1 kq.
Yağ – 500 qr.
Soğan – 400 qr.


2.1 Dolmalar
● 61
Düyü – 400 qr.
Qatıq – 400 qr.
Duz, istiot zövqə görə 
Hazırlanması:
Hinduşka  əti  ət maşınından keçirilir, üzərinə yarı bişmiş düyü, qovrulmuş 
soğan, duz, istiot vurularaq qarışdırılır. Təzə üzüm yarpağı yuyulur, saplaqdan 
təmizlənir və yarpaqların üzərinə hazırlanmış qarışıq qoyulub bükülür. 
Dolmalar bükülərək qazana yığılır və üzərinə az miqdarda su tökülür, ağzı 
bağlı halda bişirilir, süfrəyə qatıqla birlikdə verilir.
Cwbrayıl
 

Kwlwm dolması – 15 nwfwrlik

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin