Landşaftın strukturu



Yüklə 42,24 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü42,24 Kb.
#39199
  1   2   3   4   5   6   7   8   9
Landşaft must


Landşaftın strukturu

Landşaftın strukturu dedikdə onun daxilinin təşkili nəzərdə tutulur. Landşaftın daxili təşkilini onun tərkib hissələrinin arasındakı qarşılıqlı əlaqələr müəyyən edir. Landşaftın struktur hissələrinə onun komponentləri ilə yanaşı, həm də morfoloji hissələri daxil edilir.Landşaftların əsas tərkib hissəsi təbii komponentlərdir. Təbii komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi maddə, enerji və informasiya mübadiləsi prosesində yaranır.Bir-birilə qarşılıqlı əlaqədə olan təbii komponentlər landşaftın şaquli strukturunu əmələ gətirir. Bütün landşaftlar şaquli istiqamətdə bir sıra geohorizontlara (landşaft qatlarına) ayrılır. Təbii komponentlərə uyğun gələn bu horizontlar landşaftın şaquli profilində struktur elementləridir.22Landşaftlar ərazidə bir-birini qanunauyğun olaraq əvəz etməklə üfüqi struktur əmələ gətirir. Landşaftın üfüqi strukturunu bəzi tədqiqatçılar landşaftın morfoloji strukturu da adlandırırlar. Landşaftın morfoloji strukturunun elementləri məhəl, mərz və fasiyadır.Landşaftın morfoloji strukturunun ən kiçik elementar vahidi fasiya qəbul olunur. Fasiya terminini coğrafi elmi ədəbiyyata L.Q.Ramenski (1938) gətirmişdir. Sonralar isə N.A.Solntsev landşaftın morfologiyasını, o cümlədən onun bölünməz hissəsi olan fasiyanı daha dəqiq aydınlaşdırmış və dolğun təyinatını vermişdir.Fasiya mezorelyefin bir elementində və ya bir mikrorelyef formasında yaranır. Fasiya daxilində eyni suxurlar, eyni nəmlənmə şəraiti və bir biosenoz saxlanılır. Fasiya tam homo- genliyi ilə seçilən bir morfoloji vahiddir. Məsələn, qobunun dibi və yamacları sərbəst fasiyalar kimi qəbul oluna bilər.Üfüqi istiqamətli maddə və enerji axınları vasitəsilə bir-biri ilə əlaqədə olan fasiyalar daha böyük vahidlər əmələ gətirir. Fasiyalararası əlaqələr yan və ya lateral əlaqələr adlanır. Fasiyal əlaqələr onların relyefin bir mezoforması daxilində yerləşmələri ilə bağlıdır. Fasiyalararası əlaqələr hava kütlələrinin hərəkəti, qravitasiya qüvvəsi, kimyəvi elementlərin miqrasiyası və s. amillərlə bağlı ola bilər.Genetik, ərazi və funksional cəhətdən əlaqəli olan fasiyalar qanunauyğun birləşərək mərzləri əmələ gətirir. Mərz termini adi danışıq dilindən götürülsə də, onun dəqiq elmi təyinatı var. N.A.Solntsevin fikrincə, mərzər hər hansı bir mezorelyefdə formalaşmaqla landşaftın mühüm tərkib hissəsini təşkil edir.* Barxan, qobu, takır, moren tirəsinin hər biri sərbəst mərzlərdir.Dominant, subdominant və nadir mərzlər də vardır. Dominant mərzlər landşaftın quruluşunda fon yaradır. Subdominant mərzlər isə landşaftın teksturasını (mozaikasını) əmələ gətirir.İstənilən ərazidə landşaftın üfüqi strukturuna onun daxilindəki daha kiçik təbii ərazi komplekslərinin birləşməsi aiddir. Landşaftların üfüqi strukturunun coğrafi modeli landşaft xəritələridir. Landşaft xəritələri ərazinin landşaft vahidləri və onlar arasındakı ierarxiya əlaqəsini əks etdirən qiymətli kartoqrafik təsvir formasıdır. Landşaft xəritələrinin legen- dasına əsasən landşaftın komponentlərarası şaquli əlaqəsini müəyyənləşdirmək mümkündür. Landşaft xəritələrinin hərtərəfli təhlili onun strukturunu tam Şəkildə öyrənməyə imkan verir.Şaquli və lateral əlaqələr landşaftların bütövlüyünü təmin edir. Buna görə də landşaft-ekoloji tədqiqatlarda bu əlaqələrin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.Landşaftın strukturuna onun komponentəri və morfoloji hissələrindən başqa, həmçinin, mövsümi ritmliyi də aid edirlər. S.V.Kolesnikin fikrincə, landşaftın strukturuna onun üç xüsusiyyətinin məcmusu daxildir:1. Komponentlərarası qarşılıqlı əlaqələrin xarakteri;2. Morfoloji hissələrin birləşməsinin xarakteri;3. Mövsümi ritmiliyin mühüm əlamətləri.Landşaftın strukturunun formalaşmasında onun ayrı-ayrı komponentlərinin xüsusi rolu vardır. İqlim və geomorfoloji kompleks xarici zonal və azonal amillərin təsirinə məruz qalan ilk komponentlərdir. Digər komponentlərə isə xarici amillər iqlim və bərk özül vasitəsilə təsir göstərir. Bu komponentlər landşaftların ərazi diferensasiyasında və sərhədlərinin formalaşmasında mühüm rol oynayır. Landşaftla-rın fundamenti olan litogeomorfolji şərait landşaftın daha dayanıqlı konservativ komponentidir. Litologiyanın tərkibinin çox mürəkkəb olması landşaftların kontraslığının əsas səbəbi və landşaftın daxili morfoloji differensasiyasının əsas amilidir. Landşaftların inkişafı prosesində onun daha dinamiki komponentləri aparıcı rol oynayır. Belə bir dinamiki komponent isə canlı maddədir. Landşaftların morfoloji diferensasiyasında biosenozların rolu daha böyükdür. Biosenozlar özlərinə yerli iqlim və mikroiqlim formalaşdırır, axıma, eroziyaya və digər proseslərə təsir edir.Müasir landşaftlar təbii - antropogen sistem olmaqla onun strukturunda antropogen komponentlər də geniş yer tutur. Butəbii və antropogen struktur vahidlərinin səmərəli təşkili landşaftlardan istifadəni optimallaşdırmağa imkan yaradır. Landşaftın təbii potensialının və ekoloji tarazlığının qorunub saxlanması onun antropogen və təbii struktur elementlərinin müvafiq nisbətinin yaradılmasından çox asılıdır.Landşaftların şaquli strukturunun pozulması komponent- lərarası əlaqələrin pozulması kimi təzahür edir. Həm şaquli, həm də üfüqi strukturun pozulması nəticədə landşaftların ekoloji vəziyyətinin gərginləşməsinə gətirib çıxarır. Buna görə də komponentlərarası əlaqələrin pozulmasına imkan yaradan hadisə və proseslərin aradan qaldırılması landşaftların optimallaşmasınm zəruri vasitələrindən biridir..


Yüklə 42,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin