Ad: Mardan
Soyad: Mammadov
Fakulte: Malye ve muhasibat
Qrup: 601
Kurs: 1
Fenn: Azerbaycan dili ve nitq medeniyyeti
Muellime: Samire Ehmedova
Azərbaycan dilində vurğunun uç növü var:
1.Heca vurğusu
2.Məntiqi vurğu
3.Həyəcanlı vurğu
Heca və vurğusu
Sözdə hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli deyilməsinə vurğu deyilir.
Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğulu heca vurğusuz hecalardan iki əlamətə görə fərqlənir:
1. Yüksək səs tonuna malik olur.
2. Qüvvətli tələffüz olunur.
Hər hansı sözdə vurğunu tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır.Yadda saxlamaq lazımdır ki,sözü hecalara ayıranda bütün hecalar eyni vurğu altında deyilir. Bu halda vurğunu müəyyənləşdirmək olduqca çətinləşir. Vurğunu asan tapmaq üçün sözü sərbəst tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Bu cür tələffüz olunma zamanı hansı halda vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşürsə, bu zaman vurğulu heca həmin hecadır. Yazılışda vurğunu göstərmək üçün (¢) işarəsindən istifadə olunur. Bu işarə vurğu qəbul etmiş hecanın sait səsinin üzərinə qoyulur.
Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı', danla', danışıq', Eldəni'z və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var: dü'nən, bi'ldir, sa'nki, ne'cə, ni'yə, a'ncaq, ba`yaq, la'kin, ye'nə, ya'lnız və s. İlk hecasına m,p,r,s samitlərinin qoşulması ilə yaranan sifətin çoxaltma dərəcəsində olan sözlərdə də vurğu əvvələ düşür. Məs:qa'pqara, bo'mboz, bü'sbütün, tə'rtəmiz və s. Bitişik yazılan mürəkkəb sözlərdə çox zaman vurğu son hecalara düşür. Ancaq bəzi mürəkkəb sözlər var ki, vurğusu əvvələ düşür.Məs:A'ğdaş, A'ğdam, Gö'yçay və s.
Alınma sözlərdə isə vurğu çox zaman əvvəlinci hecalara düşür. Məs:sta'nsiya, fi'rma,a'vqust və s.
Qeyd: Vurğusu son hecaya düşən sözlərin hamısı milli sözlər deyil. Dilimizdə yetərincə vurğusu son hecaya düşən alınma sözlər var. Məs: defi's, dialo'q, kati'b, enerji' və s.
Dilimizdə söz kökünə şəkilçi artırılarkən vurğu da sözün sonuna doğru istiqamətlənir: ya¢z, yazı¢, yazıçı, yazıçılı¢q və s. Dilimizdə bəzi şəkilçilər də var ki, vurğu qəbul etmir.
Cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Məntiqi vurğu altına düşən söz, əsasən, felin yanında işlənir. Məs: Mən sabah kəndə gedəcəyəm. Mən sabah kəndə gedəcəyəm. Mən kəndə sabah gedəcəyəm. Sabah kəndə mən gedəcəyəm.
Həyəcan vurğusu hiss və həyəcanları ifadə etmək üçün cümlədə və ya abzasda sözün, yaxud ifadənin həyəcanlı deyilməsinə deyilir.
Yadda saxla!
Uzun tələffüz olunan sait səslərlə vurğu qəbul etmiş sait səsi qarışdırmaq olmaz. Uzun tələffüz olunan sait səs vurğu qəbul etmir:Tahi'r, laməka'n və s. Elə sözlər var ki, onlar istisna təşkil edir: bə'zi, bə'zən, so'nra və s.
Sözlər xitab kimi işləndikdə vurğunun yeri dəyişilə bilər. Məs:Tahi'r sabah rayona gedəcək. Ta'hir, sabah rayona gedərsən. Göründüyü kimi, bu uzun tələffüz olunan sözlərə də aiddir.
Bəzi sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişir. Məs: di'şlə-dişl'ə, a'zdır-azdı'r, a'lma-alma' və s.
İntonasiya
Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir.
İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır.
İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.
Dostları ilə paylaş: |