T əLƏBƏ: Şamil Abbasov MÜƏLLİM: Əhliman Verdiyev



Yüklə 76,55 Kb.
səhifə1/3
tarix11.04.2022
ölçüsü76,55 Kb.
#55162
  1   2   3
ucqun hadisesi


T
ƏLƏBƏ: Şamil Abbasov


MÜƏLLİM: Əhliman Verdiyev

FAKÜLTƏ: Sabah Qrupları

FƏNN: Mühəndisi – geologiya qruntlar mexanikası

MÖVZU: Uçqun hadisəsinin mühəndisi-geoloji qiymətləndirilməsi

Bakı-2022

Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir.

Mühəndisi geologiya tədqiqatlar əsasında:

a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti;

b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti;

c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi;

Ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı;

d) su hövzəsi sahillərinin yuyulması;

e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti;

ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir.

Azərbaycanın dağlıq və düzənlik vilayətlərində uçqun hadisəsi ilə bağlı müxtəlif həcmli relyef formaları əmələ gəlmişdir. Dağlıq vilayətlərdə uçqunlar dik yamaclarda daha çox təkrarlanmaqla, bütün çay hövzələrində müşahidə edilir. Dağətəyi və düzənliklərdə isə uçqunlar çay dərələrinin və yarğanların dik yamaclarında baş verir.

Ayrı-ayrı dağlıq sahələrdə uçqunların yayılmasının müqayisəli xarakteristikası gösterir ki, bu hadisəyə görə də Böyük Qafqaz vilayəti qalan dağlıq vilayətlərdən irəlidədir. Böyük Qafqaz vilayətində ən fəal uçqun sahələri Şahdağ, Qızılqaya massivləri və süxurların yatımı asılı vəziyyətdə olan dağ yamacları, dabanı çay suları ilə yuyulan yamaclardır.

Şahdağ və Qızılqaya massivinin kənarlarında mezozoyun qalın əhəngdaşı qatlarının nəhəng kəsəkləri tektonik çatlar üzrə qopub dik yamacın ətəyində, xüsusilə Qusarçayın köndələn kanyonvari dərəsində qalaqlanır. Bu uçqunlar əksər hallarda seysmik hərəkətlərin te’siri altında baş verir.
Kiçik Qafqaz dağlarında seysmotektonik uçqunlara ən tipik misal Xll əsrin otuzuncu illərində baş vermiş Gəncə zəlzələsi zamanı Kəpəz dağının böyük hissəsinin uçub dağılmasıdır.

Uçqun materialları Ağsuçayın dərəsində qalaqlanaraq relyefdə ciddi dəyişiklik əmələ gətirmişdir. Çay dərəsində uçqun materiallarının toplandığı sahələr arasında yaranan böyük və kiçik çökəklərdə toplanan sular öz estetik gözəlliyi ile məşhurlaşmış gölləri, o cümlədən Azerbaycan təbiətinin gözəllik rəmzi Göygölü əmələ gətirmişdir.
Azerbaycanın arid-denudasion alçaqdağlığında inkişafda olan yarğanların yamaclarında da (Ceyrançöl, Acınohur, Qobustan, Naxçıvan çökəkliyi) qalın gillicə qatlarında kiçik, be’zen hətta böyük sahəli uçqunlara rast gəlmək mümkündür. Orta kür dərəsinin olduqca dik şimal və cənub yamaclarında uçqun hadisəsi daha geniş sahələrdə baş verir. Bunun əsas səbəbi Kür çayının sahillərini intensiv yumasıdır. Kür çayının Quynıqcnçi antiklinalına sıxıldığı meandrları sahəsində uçqun nəticəsində çox qanşiq qırışıqlıqlar əmələ gəlmişdir (Xatınlı və Xuluf qırışıqları sahəsində).
Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar abraziya prosesinin te’siri altında bir sıra yerlərdə sahilin (xüsusən Lənkəran və Cənub-Şərqi Şirvan sahillərində) uçulması prosesi də fəallaşmışdır. Abraziya te’siri altında az-çox böyük uçqunlar Abşeron yarımadasının şimal sahilində əhəngdaşı laylarından əmələ gəlmiş dik yamaclarda müşahidə edilir. Keçmişdə uçqunların buna bənzər növü Beşbarmaq tirəsinin şərq yamacında da baş vermişdir.

 Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir digəri çox qısa zamanda meydana gəlməsi və son olaraq da başladıqdan sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir.

Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar. Amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilvasitə olaraq görülür.

Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir.

Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır.

Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar.




Yüklə 76,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin