Kitab vahid ümumbəşəri sivilizasiya ideyasına, Şərq və Qərb sivilizasiyaları, habelə lokal sivilizasiyalar arasında qarşılıqlı əlaqəyə, onların toplanması və ya qarşıdurması hallarının araşdırılmasına həsr olunmuşdur.
Əsərdə müxtəlif sivilizasiyaların üstün əlamətləri, onlar üçün spesifik olan ictimai təşkilatlanma formaları, coğrafi-siyasi və mədəni-mənəvi müəyyənlik məsələləri nəzərdən keçirilmişdir.
Kitab ictimai-siyasi elmlərin nümayəndələri, diplomatlar və müvafiq sahədə ixtisaslaşan tələbələr üçün nəzərdə tutulmuşdur.