Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA GƏMİNİN YARARLI OLMASI



Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
1   2   3   4   5   6

11. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA GƏMİNİN YARARLI OLMASI 

HAQQINDA SƏNƏDLƏR  

  

11.1.  Təhlükəli  yüklərin  daşınması  üçün  təyin  olunmuş  gəmilər  Registr  tərəfindən 



verilmiş  dənizdə  insan  həyatının  mühafizə  edilməsinə  dair  1974-cü  il  Beynəlxalq 

Konvensiyasına  (SOLAS-74)  1981-ci  il  Düzəlişlərinin  11-2-ci  fəslindəki  54-cü  Qaydanın 

tələblərinə  gəminin  konstruksiyasının  və  texniki  təminatının  uyğun  gəlməsi  haqqında 

Şəhadətnaməyə malik olmalıdır. 

11.2. Təhlükəli yüklərin daşınması üçün təyin olunmuş gəmilərə 11.1-ci bənddə nəzərdə 

tutulan Şəhadətnaməyə əlavə olaraq, təhlükəli yüklərin daşınmasına gəminin uyğunluğunu, 

habelə  gəmidə  və  konkret  yük  anbarlarında  (yerlərində)  yüklərin  kateqoriyalarına  əsasən 

onların  yerləşdirilməsi  şərtlərini  (şəraitini)  müəyyənləşdirən  Texnoloji  Akt  verilməlidir. 

Həmin akt dəniz gəmiçiliyi, yaxud bu gəmidən istifadə edən digər gəmi sahibləri tərəfindən 

verilir. 

Texnoloji  akt  DTYD  BM  Qaydaları

1

 (3.4.11—19-cu  bölmələr,  5-ci,  15-ci,  16-cı  əlavələr) 



əsasında,  10  nömrəli  əlavədə  verilmiş  forma  üzrə  gəmiçiliyin  rəisinin  (müəssisənin 

rəhbərinin)  əmri  ilə  texniki  şöbənin,  daşınmaların  texnologiyası  şöbəsinin,  dəniz 

üzgüçülüyünün  təhlükəsizliyi  xidmətinin,  hərbiləşdirilmiş  mühafizə  dəstəsi,  yanğın 

əleyhinə  texniki  xidmətinin,  əməyin  mühafizəsi  və  təhlükəsizlik  texnikası  xidmətinin 

(şöbəsinin)  və  gəmi  rəhbərliyinin  nümayəndələrindən  ibarət  təyin  olunmuş  komissiya 

tərəfindən tərtib edilir. Gəmi sahibinin tapşırığı ilə komissiyanın vəzifələri təhlükəli yüklərin 

daşınması üzrə ixtisaslaşdırılmış komissiyaya verilə bilər. 

Aktın qüvvədə olma müddəti 4 ildir. 

Akt aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir: 

a) onun fəaliyyət müddəti başa çatdıqdan sonra; 

b) qəzadan sonra; 

c) yük anbarlarının (yerlərinin) yanğın əleyhinə, qurutma və ventilyasiya sistemlərində, 

elektrik avadanlığı və kabel xətləri, istilik mənbələrinin istiliyinin izolyasiyası, qazanların və 

mühərriklərin  tüstü  və  qazburaxıcı  boru  kəmərləri  qurğularının  qığılcımsöndürənləri, 

göyərtələrin  və  arakəsmələrin  odadavamlı  konstruksiyaları  da  daxil  olmaqla,  yük 

anbarlarının  texniki  təminatında  konstruktiv  dəyişikliklər  edildikdə  və  ya  onlar  sıradan 

çıxdıqda. 

Aktda  bitişik  yaşayış  xidməti  otaqlarının  və  maşın  şöbələrinin,  habelə  istilik 

mənbələrinin  yerləşdiyi  yer  göstərilməklə,  yük  anbarlarının  (yerlərinin)  sxemlərini  əlavə 

etmək tövsiyə olunur (7 nömrəli əlavə). 

  

12. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA GƏMİLƏRİN SEÇİLMƏSİ VƏ 

HAZIRLANMASI  

  

12.1.  Registrin  ixtisas  şəhadətnaməsində  müvafiq  qeydə  (yazıya)  malik  olan  gəmilər 

təhlükəli  yüklərin  həmin  qeydə  əsasən  razılaşdırılmış  tam  və  ya  bəzi  dərəcələrini  və 

Dövdağmədəntexnəzarət Komitəsinin verdiyi xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş 

şərtlərin tələblərinə uyğun olaraq maneəsiz daşıya bilər. 


12.2.  12.1-ci  bəndə  müvafiq  surətdə  sənədlər  verilmiş  gəmilərdə  təhlükəli  yüklərin 

daşınmasına icazə verilir. 

12.3.  Təhlükəli  yüklərin  daşınması  üçün  gəmilərin  seçilməsi  aşağıdakılar  nəzərə 

alınmaqla həyata keçirilməlidir: 

a)  yüklərin  daşınması  nəzərdə  tutulan  yük  anbarının  (yerinin)  kateqoriyası  ilə 

daşınmaların  texnoloji  rejim  xəritəsində  (9  nömrəli  əlavə)  (DTRX)  həmin  yük  üçün 

müəyyənləşdirilmiş kateqoriyanın uyğun gəlməsi; 

b)  həmin  yük  üçün  tövsiyə  edilən  odsöndürücü  vasitənin  stasionar  yanğınsöndürmə 

sistemlərində olması; 

c)  uyğunlaşmayan  yüklərin  ayrılması,  habelə  yüklərin  yerləşdirilməsinin  DTRX-də 

müəyyənləşdirilmiş şərtlərə (şəraitə) riayət olunmasının mümkünlüyü; 

d)  1-ci  və  7-ci  sinifli  yüklər  üçün  təhlükəsiz  məsafələrin  təmin  olunmasının 

mümkünlüyü; 

e)  zəruri  hallarda,  gəmidə  xüsusi  odsöndürücü  vasitələrin  tətbiq  edilməsinin 

mümkünlüyü. 

12.4.  Gəminin  rəhbərliyi  və  gəmi  həkimi  təhlükəli  yüklərin  yüklənməsinə  başlamazdan 

əvvəl aşağıdakıları yerinə yetirməlidirlər: 

a)  yüklərin  nəql  edilmə  təhlükəliliyi,  xassələri  və  xarakteristikası,  DTRX-nin  və  əməyin 

təhlükəsizliyi üzrə tələbləri ilə yanğın əleyhinə tədbirlərlə və qəzanın ləğv edilməsi üsulları 

ilə tanış olmaq, əlavə təhlükəlilik növləri ilə səciyyələnən yüklərin daşınması dövründə isə 

müvafiq sinifə aid olan yüklərin nəql edilmə təhlükəliliyi, xassələri və xasiyyətnaməsi ilə də 

tanış olmaq; 

b) gəmi heyətinin bütün üzvləri, gəmidə daşınacaq yüklərin adları, xassələri, növləri və 

təhlükəlilik  səviyyəsi,  onların  qablaşdırılması,  markalanması  və  yerləşdirilməsi,  texniki 

təhlükəsizliyin tələbləri, fərdi mühafizə vasitələri və zərərçəkənlərə ilkin yardım göstərilməsi 

tədbirləri barədə təlimatlandırmaq; 

c) daşınmağa qəbul edilən təhlükəli yüklərin xassələri nəzərə alınmaqla, yanğın əleyhinə 

operativ mübarizə planına düzəlişlər etmək; 

ç) gəmi heyətinin bütün üzvlərini operativ plandakı düzəlişlərlə qabaqcadan tanış etmək; 

d) Fövqəladə  Hallar  Nazirliyinin  müvafiq  nəzarət  müfəttişliyi liman  idarəsi,  zəruri 

hallarda isə hərbiləşdirilmiş mühafizə dəstəsinin yanğın əleyhinə texniki xidmətinin (HMD 

YTX)  nümayəndələri  və  sanitar  nəzarəti  orqanları  ilə  də  yük  əməliyyatlarının  aparılması, 

rabitə və qəza vəziyyətlərində birgə fəaliyyət göstərilməsi qaydalarını razılaşdırmaq;

 [6]

 

e)  liman  tərəfindən  tərtib  olunmuş  və  zəruri  hallarda Fövqəladə  Hallar  Nazirliyinin 



müvafiq  nəzarət  müfəttişliyi,  HMD  YTX  sanitar  nəzarəti  orqanları  ilə  razılaşdırılmış  ilkin 

yük planını təsdiq etdirmək. 

Xüsusi təhlükəsizlik tədbirləri gəmi üzrə verilmiş əmrlə elan edilməlidir. 

12.5.  Kapitanın  böyük  və  ikinci  köməkçisindən,  ikinci  mexanikdən,  elektrik 

mexanikindən və bosmandan ibarət tərkibdə yaradılmış gəmi komissiyası gəmi sistemlərinin 

texniki vəziyyətini, texniki təminatını və təchizatını, yük anbarlarının (yerlərinin) vəziyyətini 

yoxlamalı və əmin olmalıdır ki: 

a) 


yük 

anbarları 

(yerləri) 

daşınan 


yüklərin 

qalıqlarından, 

yanacaq-sürtgü 

materiallarından, tozlardan, zibillərdən diqqətlə təmizlənmiş, zəruri hallarda isə yuyulmuş, 

qurudulmuş və havası dəyişdirilmişdir; 

b) çirkab suların quyuları qurudulmuş, təmizlənmiş və qapaqlarla örtülmüşdür; 

c)  qurutma  sistemi  işlək  vəziyyətdədir  və  yük  anbarlarının  (yerlərinin)  qurudulması 

zamanı maşın şöbəsinə çirkab suların düşməsinə yol verilmir



ç)  yük  anbarlarında  (yerlərində)  yanğının  aşkar  edilməsi  sistemi  yoxlanılmış  və  işlək 

vəziyyətdədir; 

d) yanğın əleyhinə sistemlər işlək vəziyyətdədir, gəmi odsöndürücü zəruri vasitələrə və 

onların normal qaydada işləməsini təmin edən qurğulara malikdir; 

e)  yük  anbarlarının  (yerlərinin)  ventilyasiya  sistemləri  işlək  vəziyyətdədir, 

nizamlanmışdır, hava yolları tozdan təmizlənmişdir, ventilyatorların işçi vəziyyətdə olması 

yoxlanılmışdır; 

ə) istilik mənbələri səthinin istiliyinin izolyasiya edilməsi pozulmamışdır; 

f)  yük  anbarlarındakı  (yerlərindəki)  10.8-ci  yarımbəndin  tələblərinə  cavab  verməyən 

elektrik  avadanlığı  şəbəkədən  ayrılmışdır,  kabel  xətlərinin  vəziyyəti  normaldır  (bu  cür 

tələbləri, həmçinin DTRX-də müəyyənləşdirilən yüklərin daşınması dövründə); 

g) lifli yüklərin və oksidləşdiricilərin daşınması zamanı yük anbarlarına (yüklərinə) lyük 

örtükləri  hidravlik  sistemi  mayesinin  düşməsinin  qarşısının  alınmasına  dair  tədbirlər 

görülmüşdür; 

ğ) tüstü və qazburaxıcı borulardakı qığılcımsöndürənlər işlək vəziyyətdədir; 

h) təhlükəli yüklərin yüklənməsi zonası istiqamətindəki qapılar, lyüklər və illüminatorlar 

bağlanmışdır; 

x)  radiostansiyanın  və  RLS-in  işlədilməsinə  icazə  verilməmişdir  (1.4  «S»  qrupundan 

başqa, 1-ci dərəcəli yüklərin boşaldılması-yüklənməsi zamanı); 

ı)  yükləmə  işləri  ilə  əlaqəsi  olmayan  şəxslərin  yük  əməliyyatları  zonasına  girməsi 

qadağan  edilmişdir,  siqaret  çəkmək  yeri  göstərilmiş,  14-cü  bəndə  əsasən,  texniki 

təhlükəsizlik tələbləri, müvafiq sinif yüklər üçün texniki təhlükəsizliyə və təhlükəli yüklərin 

daşınması  üçün  Dövdağmədəntexnəzarət  Komitəsindən  alınmış  xüsusi  razılığın 

(lisenziyanın) şərtlərinə dair əlavə tələblər yerinə yetirilmişdir

i)  qəza  şəraitində  təhlükəli  yüklərlə  işləmək  üçün,  gəmi  əlavə  olaraq  sıxılmış  hava  ilə 

işləyən  dörd  komplekt  (dəst)  fərdi  mühafizə  vasitələri  və  iki  avtonom  tənəffüs  aparatı  ilə 

təchiz  edilmişdir  (DTRX-də  müəyyənləşdirilən  yüklərin  daşınması  zamanı  təyin  olunan 

təchizat). 

Təhlükəli  yüklərin  daşınmasında  gəmilərin  hazır  olması  gəmi  jurnalında  qeyd 

edilməlidir. 

12.6.  Yükləməyə  başlanmazdan  əvvəl,  təhlükəli  yüklərlə  işləyən  zaman  zərərçəkənlərə 

yardım  göstərilməsi  üçün,  gəmi  lazımi  dərman  preparatları  və  antidotlarla,  işləyənləri, 

müvafiq  yüklər  üçün  tövsiyə  edilən  fərdi  mühafizə  vasitələri  ilə  odsöndürücü  xüsusi 

vasitələrlə,  habelə  təhlükəli  yüklər  dağıldıqda,  yaxud  səpələndikdə  onların  yığılması  və 

dezaktivasiyası (passivləşdirilməsi) üçün vasitələrlə (qablar, sorbentlər, qum, kizelqur və s.) 

təchiz edilməlidir. 

12.7. 1-ci sinif yüklər, alışan qazlar və tez alışan mayelər (3.3-cü yarımsiniflərdən başqa) 

daşıyan  gəmilərdə  sürtünmə,  yaxud  qırılma  zamanı  qığılcım  əmələ  gətirən  burazlarından 

yük göyərtəsində istifadə olunmasına yol verilmir. Bu tələblər həmin yüklərin vaqonlarla və 

vaqon-sisternlərlə gəmi-bərələrində daşınmasına aid edilmir. 

  

13. LİMANLARDA YÜKLƏMƏ ƏMƏLİYYATLARI VƏ TƏHLÜKƏLİ YÜKLƏRİN 

SAXLANILMASI 

13.1. Ümumi tələblər  

13.1.1.  Təhlükəli  yüklərin  limanlarda  ykləmə  əməliyyatları  və  saxlanılması,  bu 

Qaydalara,  yüklərin  yüklənməsi  və  saxlanılmasını  nizamlayan  digər  normativ  sənədlərə 

müvafiq qaydada aparılmalıdır. 



13.1.2. Liman  idarəsi bu  Qaydaları  və  dəniz  nəqliyyatında  qüvvədə  olan  başqa  normativ 

sənədləri rəhbər tutaraq, yüklərin xüsusiyyətindən, onların qablaşdırılmasından və limanın 

yerli  şəraitindən  asılı  olaraq,  təhlükəli  yüklərin  təhlükəsiz  şəraitdə  yüklənməsinə  və 

saxlanılmasına  yönəldilmiş  texnoloji  xəritələr,  təlimatlar,  əmrlər  şəklində  əlavə  texnoloji  və 

texniki-təşkilati  tədbirlər  hazırlamalıdır.  Hazırlanmış  sənədlərdə  aşağıdakılar  müəyyən 

olunmalıdır:



 [7]

 

a)  limanın  anbarında  saxlanılmağa  verilən  (liman  tərəfindən  boşaldılan)  təhlükəli 



yüklərin nomenklaturası  (siniflər,  yarımsiniflər, kateqoriyalar,  qruplar  və  ya  adlar  üzrə)  və 

miqdarı; 

b) limanda birbaşa boşaldılmış təhlükəli yüklərin nomenklaturası (siniflər, yarımsiniflər, 

kateqoriyalar, qruplar və ya adlar üzrə); 

c)  qəza  vəziyyəti  yarandıqda, gəmi  rəhbərlərinin  və  liman  idarəsinin,  eləcə  də  lazım 

gəldikdə dəmir yolu nəqliyyatı orqanları, yükgöndərən və yükalanlarla qarşılıqlı fəaliyyət və 

rabitə yaradılması qaydaları;

 [8]

 

ç)  yükgöndərənin  bu  Qaydaların  tələblərini  yerinə  yetirməməsi  nəticəsində,  daşınmaya 



(yükləməyə)  qəbul  edilməyən  yüklərin limanın  ərazisindən  və  akvatoriyasından çıxarılması 

qaydası;


 [9]

 

d)  yüklərin  yenidən  qablaşdırılması,  yük  və  iriləşdirilmiş  yük  vahidlərinin,  eləcə  də 



nəqliyyat  vasitələrinin,  qabların  zədələnməsinin  aradan  qaldırılması  üçün  xüsusi  yerlər  və 

qaydalar; 

e)  qəza  vəziyyətinin  ləğvindən  sonra  təhlükəli  yüklərin  qalıqlarının  saxlanılması  üçün 

xüsusi yerlər, istifadə olunması və ya basdırılması üçün daşınma qaydaları. 

13.1.3. Aşağıda göstərilən yüklərin limanlarda saxlanılmasına yol verilmir: 

a) konteyner-sisternlərdə olan 2.2 və 2.4 yarımsinif yüklər (11 nömrəli əlavə); 

b) 415—418, 521—523 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə); 

c) konteyner-sisternlərdə olan yüksək təhlükə dərəcəli yüklər (13 nömrəli əlavə); 

ç) konteynerlərdə olan yüksək təsirli zəhərli maddələr

d) dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan yüklər; 

e) kabotaj və tranzit yüklər. 

1-ci  sinif  təhlükəli  yükləri  saxlamağa  yalnız  ixtisaslaşdırılmış  limanlarda  və  ya 

ixtisaslaşdırılmış istehsalat yükləmə komplekslərində icazə verilir. 

13.1.4.  13.1.3  bəndində  göstərilməmiş  yüklərin  saxlanması  bu  Qaydaların  tələblərinə 

uyğun olaraq onların saxlanılması üçün münasib anbarları olan limanlarda icazə verilir. 

Əlavə  təhlükəlilik  növünə  malik  olan  başqa  sinif  yüklərin  saxlanması  şərtləri  bu  sinifə 

aid yüklər üçün müəyyən olunmuş şərtlər nəzərə alınmaqla təyin olunmalıdır. 

13.1.5.  Limanda  saxlanılması  qadağan  olunmuş  yüklər,  eləcə  də  liman  bu  yüklərin 

saxlanılması  üçün  müvafiq  anbarlara  malik  olmadıqda,  bu  yüklər  birbaşa  variant  üzrə 

yüklənməlidir. 

13.1.6.  Qablarda  ədədi  və  paketləşdirilmiş  təhlükəli  yüklər,  bir  qayda  olaraq, 

ixtisaslaşdırılmış  örtülü  anbarlarda  saxlanılır.  Belə  yüklərin  saxlanılmasına  qonşu 

bölmələrdən  yanğınadözümlü  arakəsmələrlə  ayrılmış  odadavamlı  ümumi  təyinatlı  örtülü 

anbarlarda, eləcə də 13.1 cədvəlinə müvafiq olaraq çəpərlənmiş və qorunan açıq anbarlarda 

icazə verilir. 

Saxlanılan  yüklərin  icazə  verilən  kütləsi  (həcmi)  üzrə  göstərişlər  13.2  bəndində 

verilmişdir. 

13.1.7.  Bağlı  konteynerlərdə  bütün  sinifli  yüklərin  (13.1.3  bəndinə  müvafiq  olaraq 

limanlarda  saxlanılması  qadağan  edilən  yüklər  istisna  olunmaqla)  ixtisaslaşdırılmış 


konteyner yükləmə kompleksli açıq anbarlarda, çəpərlənmiş və qorunan universal yükləmə 

kompleksli meydançalarda saxlanılmasına icazə verilir. 

13.1.8.  Limanlarda  təhlükəli  yüklərin  ixtisaslaşdırılmış  konteynerlərdə  saxlanılmasına, 

qablarda ədədi şəkildə olduğu kimi icazə verilir. 

13.1.9.  Təhlükəli  yüklərin  qalıqlarından  təmizlənməmiş  boş  yük  vahidlərinin 

saxlanılması  və  yüklənilməsi,  həmin  qablarda  daşınan  axırıncı  təhlükəli  yükün  şərtlərinə 

uyğun olaraq aparılır. 

13.1.10.  Hər  anbar  və  yükləmə-boşaltma  meydançası  üçün  saxlanılan  və  yüklənilən 

təhlükəli  yüklərin  xüsusiyyətini  və  miqdarını  nəzərə  almaqla,  yanğının  və  başqa  qəza 

vəziyyətinin  ləğv  edilməsi  üzrə  əməli  plan  hazırlanmalıdır.  Əməli  planın  bir  nüsxəsi 

anbarda və yükləmə-boşaltma meydançasında asılmalıdır. 

13.1.11. Bu Qaydalarla daşınmasına icazə verilməyən və ya onların nəqliyyat vasitələrinə 

qablaşdırılması  üçün  istifadə  olunan  iriləşdirilmiş  yük  vahidləri,  eləcə  də  yükdaşınma 

sənədləri  bu  Qaydaların  tələblərinə  uyğun  gəlmədikdə,  təhlükəli  yüklərin  limana 

gətirilməsinə yol verilmir. 

13.1.12.  Təhlükəli  yüklərin  liman  ərazisinə  gətirilməsinə, liman  idarəsinin və Fövqəladə 

Hallar  Nazirliyinin  təhlükəli  yüklərin  daşınmasına  nəzarət  edən  müfəttişliyinin,  yükün 

daşınma qaydası, vaxtı və yeri göstərilmiş yazılı icazəsi alındıqdan sonra yol verilir.



 [10]

 

Yanğın  təhlükəli  yüklərin  gətirilməsinə  icazə  qabaqcadan  limanın  yanğın  əleyhinə 



texniki  xidməti  (YTX)  ilə,  yoluxucu,  zəhərli və  radioaktiv  yüklər  üçün isə  Dövlət  Sanitar 

Nəzarəti orqanları ilə razılaşdırılmalıdır.

[11]

 

Birbaşa  variant  üzrə  gəmilərə  yüklənən  təhlükəli  yüklərin  limana  gətirilməsinə 



yalnız liman idarəsinin teleqrafla təsdiq edilmiş rəyinə uyğun olaraq icazə verilir. 

13.1.13. Təhlükəli yüklərin anbara qəbulu və ya birbaşa variantla daşınmaq üçün, onların 

limana  gətirilməsi  zamanı, liman  idarəsi və  texniki  təhlükəsizlik  üzrə  xidməti  tərəfindən 

aşağıdakılar yoxlanılmalıdır:



 [12]

 

a) yükün limana gətirilməsinə liman idarəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq 



orqanı tərəfindən verilmiş icazənin olması;

 [13]

 

b) yükgöndərən tərəfindən daşınma sənədlərinin düzgün tərtib olunması; 



c)  anbarda  və  ya  yükləmə-boşaltma  meydançasında  hər  hansı  konkret  yükün 

xüsusiyyətlərini nəzərə almaqla, yanğınla mübarizə və qəza vəziyyətinin ləğv edilməsi üzrə 

təsdiq edilmiş planın və bunun üçün lazımi vasitə və qurğuların olması; 

ç) rabitə vasitələrinin sazlığı. 

Qablaşdırmalar,  markalanmalar  və  ya  yük  daşıma  sənədləri  bu  Qaydaların  tələblərinə 

uyğun gəlmədikdə, eləcə də limanda nasazlığın aradan qaldırılması mümkün olmayan yük 

vahidləri aşkar edildikdə, yük dərhal limanın ərazisindən və akvatoriyasından çıxarılmalıdır.

 [14]

 

13.1.14.  Güclü  təsirə  malik  olan  zəhərli  maddələrin  anbara  qəbulu Fövqəladə  Hallar 



Nazirliyinin,  yükgöndərənin  və  (və  ya)  Dövlət  Sanitar  Nəzarəti  orqanlarının 

nümayəndələrinin iştirakı ilə aparılır. 

13.1.15.  Anbarların  quruluşu,  yerləşdirilməsi  və  avadanlığı  qüvvədə  olan  tikinti 

normaları  və  qaydalarının, limanların layihələşdirilməsi  üzrə  texnoloji  və  texniki 

təhlükəsizlik normalarının və bu Qaydaların tələblərinə uyğun olmalıdır. Elektrik avadanlığı 

və elektrik şəbəkələri, yüklərin yanacaq materialları kimi təsnifatını nəzərə almaqla, elektrik 

qurğularının qurulması üzrə qaydaların tələblərinə uyğun olmalıdır.

 [15]

 

1-ci, 2-ci, 3-cü, 8-ci sinif, 4.2, 4.3, 5.2 və 6.1 yarımsinif yüklərin saxlanılması üçün örtülü 



anbarlar birmərtəbəli olmalıdır. Qalan siniflərdən (yarımsiniflərdən) olan təhlükəli yüklərin 

çoxmərtəbəli anbarın birinci mərtəbəsində saxlanılmasına yol verilir. 



Məhlullar, eləcə də yanğın vaxtı əriyə bilən bərk maddələr saxlanılan anbarlar məhlulun 

və ya ərintilərin sərbəst axmasını məhdudlaşdıran qurğularla təchiz olunmalıdır. 

Təhlükəli  maye  yüklərin  saxlanılması  üçün  açıq  və  talvarlı  anbarlar,  limanın 

yaxınlığındakı ərazidə yerləşən anbar və köməkçi binaların səviyyəsinə nisbətən daha aşağı 

səviyyədə olan sahələrdə yerləşdirilməlidir. 

Anbarların  partlayış-yanğın  və  yanğın  təhlükəliliyi  üzrə  kateqoriyaları,  texnoloji 

layihələndirmə və texniki təhlükəsizlik üzrə normaların tələblərinə uyğun olmalıdır. 

13.1.16.  Anbar  və  yükləmə-boşaltma  meydançaları  təhlükəli  yüklərin  xüsusiyyətlərinə 

uyğun olaraq, qüvvədə olan normalar üzrə yanğınsöndürmə və qəza vəziyyətlərini ləğvetmə 

vasitələri  ilə  təchiz  olunmalıdır.  Hər  bir  anbar  (meydança)  telefon  rabitəsi  ilə  təmin 

olunmalıdır. 

1-ci, 3-cü, 4-cü, 5-ci sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması üçün istifadə olunan 

örtülü anbarlar avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalıdır. 

13.1.17.  Örtülü  anbarların  qapıları  siyirmə,  qaldırılan  və  ya  çölə  açılan  olmalıdır. 

Qaldırılan  qapılar  əl  ilə  hərəkətetdirmə  mexanizmi  ilə  təchiz  olunmalıdır.  Pəncərələr 

şüşələnməli və içəri tərəfdən metal tor ilə qorunmalıdır. 

13.1.18. 1-ci, 3-cü, 4-cü sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması və ya yüklənməsi 

üçün  açıq  və  talvarlı  anbarların,  yükləmə-boşaltma  meydançalarının  işıqlandırma və  başqa 

elektrik  avadanlığı,  eləcə  də  hava  elektrik  xətləri  yük  qalaqlarından,  üfqi  vəziyyətdə,  5 

metrdən az olmayan məsafədə yerləşdirilməlidir. 

13.1.19. Təhlükəli yükləri konteynerlərdə, eləcə də qablarda ədədi və paketlənmiş şəkildə 

yanğın  və  partlayış  təhlükəli  yüklərin  açıq  və  talvarlı  anbarlarda  saxlanılması  zamanı,  bir 

bölmənin  (qalağın)  sahəsi  13.2  yarımbölməsində  müəyyən  olunmuş  yük  üçün 

göstəricilərdən  artıq  olmamalıdır,  sahəsi  müəyyən  olunmayıbsa,  bu  sahə  300  kv.metr 

götürülür. Qalaqlar arasında yanğından mühafizə üzrə məsafə 6 metrdən az ola bilməz. 

13.1.20.  Təhlükəli  yüklər  yerləşdirilməzdən  əvvəl  anbarlar  orada  saxlanılmış  yüklərin 

qalığından  və  onların  qablarından,  bərkitmə  hissələrindən  və  separatorla  ayırma 

qalıqlarından,  yanacaq  və  yanacaq-yağlama  materialların  axıntısından,  eləcə  də  zibildən 

tamamilə təmizlənməlidir. Lazımi hallarda çirklənmiş yerlər yuyulmalı və qurudulmalıdır. 

13.1.21. Təhlükəli yüklər örtülü anbarlarda, qalaqların arasındakı keçidin eni 2,0 metrdən 

və anbarın divarlarından 0,7 metrdən az olmamaqla yığılır. Eninə və uzununa keçidlərin eni 

istifadə olunan mexanikləşdirmə vasitələrindən asılı olaraq 3,5 metrdən az olmamalıdır. 

13.1.22. Təhlükəli maye yüklə doldurulmuş qablar, anbarlara yığılarkən, tıxacları yuxarı 

vəziyyətdə yerləşdirilməlidir. 

13.1.23. Təhlükəli yüklər anbarlarda onların texniki, fiziki-kimyəvi və yanğın təhlükəliliyi 

xüsusiyyətlərinin eyniliyi prinsipi ilə yerləşdirilir. Bu məqsədlə örtülü anbarlar, bir-birindən 

yanğın dözümlü arakəsmələrlə izolyasiya edilmiş ayrı-ayrı otaqlara (bölmələrə) ayrılmalıdır, 

açıq  və  talvarlı  anbarlar  isə  13.1.25  bəndində  göstərilən  kimi  təyin  olunmuş  məsafədə 

olmalıdır. 

13.1.24. Anbarlarda və yükləmə-boşaltma meydançalarında yastı altlıqla paketlənmiş və 

qablarda ədədi yığılmış 3-9 sinifli təhlükəli yüklərin qalağının hündürlüyü 3  metrdən artıq 

olmamalıdır.  Göstərilmiş  siniflərdən  topla  və  ya  parça  kisələrdə  qalaqlanmış  yüklərin 

hündürlüyü 4 metrə qədər olmasına yol verilir. 

3-9 sinifli yüklərin qalağının hündürlüyü, yükgöndərən tərəfindən yüksək hündürlüklü 

qalaqlanmada,  qablaşmanın  möhkəmliyini  təsdiq  edən  sınaq  aktını  təqdim  etdikdə  artırıla 

bilər. 


3-9 sinifli yüklə doldurulmuş ədədi qablar və ya paketlənmiş konteynerlər hündürlüyü 4 

yarusdan artıq olmayan qalaqla yığılır. Şüşə qablarda olan korroziyalaşdıran mayelərlə (8-ci 

sinif) konteynerlər qalağının aşığı yarusunda yerləşdirilməlidir. 

3-9 sinifli təhlükəli yüklərlə yüklənmiş konteyner-sisternlər hündürlüyü 3 yarusdan çox 

olmayan qalaqlarla yığılmalıdırlar. 

Konteynerlər  yerləşdirildikdə,  qalağın  qəza  vəziyyətində,  onun  tez  ləğvi  imkanı  və 

konteynerlərin  təhlükəsiz  yerə  keçirilməsi,  eləcə  də  universal  konteynerlərin  qapılarının 

açılması imkanı nəzərə alınmalıdır. 

Konteynerlər qalaqlarda texnoloji bağlamalarla bərkidilməlidir. 

  


Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə