Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
Təhsildə İKT
HTML-in əsasları
kursu üzrə
VƏSAİT
Tərtib edənlər: Abdulla Qəhrəmanov
İlahə Cəfərova
Hörmətli oxucu!
Bu Azərbaycan dilində "HTML-in əsasları" kursu üzrə hazırlanmış ilk vəsaitlərdən (bəlkə də yeganə) biridir.
Bu vəsaiti hazırlayarkən çoxlu sayda mənbələrdən istifadə olunmuşdur. Bu vəsait adı çəkilən kursa baxışlardan biridir və burada düzgün olmayan fikirlər, terminlər ola bilər.
Vəsait gələcəkdə təkmilləşdiriləcək. Ona görə təkliflərinizi və qeydlərinizi aşagıdakı ünvana göndərsəniz çox məmnun olarıq.
agahramanov@hotmail.com
və ya
g_ilaha@hotmail.com
Dərin hörmətlə,
Abdulla Qəhrəmanov
Ilahə Cəfərova
HTML – in əsasları haqqında qısa məlumat
Salam. Mənim adım Cırtdandır və mən Sizi Web Page (Web səhifə) yaratmağın əsasları ilə tanış edəcəyəm. Sizə xatırladıram ki, bu işdə istəmək və istəyi həyata keçirmək üçün əzm göstərmək lazımdır.
Siz bunun sadədən də sadə olduğuna əmin olduqdan sonra sevinəcəksiniz. Əsas ideya bundan ibarətdir – Web Page sadəcə mətn fayldır, özü də HTML faylıdır. Dəqiq olmalıdır. Bu ona görə HTML adlanır ki, Web Page sənədləri olan faylların tipi .html və ya .htm olur. HTML Hyper Text Mark-up Language (Hiperaktiv Mətn Marker Dili) sözünün abbreviaturudur. Bu dil çox sadədir, Onun brauzer tərəfindən kompilə edilən kodu ASCII formatda yazılmış mətndən ibarətdir. Müracıətlər, siyahılar, başlıqlar, şəkillər və formalar HTML dilinin elementləri adlanır.
Hipermətn sənədi
Hipermətn sənədi deyəndə digər sənədlərə müraciət olan sənəd başa düşülür. Bütün bunlar hipermətni ötürən HTTP (HyperText Transfer Protocol) protokolu vasitəsilə həyata keçirilir. Web sənədlərdəki informasiyanı onun daxilindəki sözə görə axtarıb tapmaq olar. Bu o deməkdir ki, hər bir Web brauzeri müəyyən müraciətlərə malikdir. Hipermüraciət adlanan bu müraciətlər milyonlarla Internet istifadəçisinə bütün dünyada mövcud olan informasiyanı axtarmağa imkan verir.
Hipermətn dili məlumatı yalnız oxumaq imkanı verir. Bu o deməkdir ki, Web-səhifədə dəyişikliyi adi Şəbəkə istifadəçisi yox, yalnız onu yaradan şəxs apara bilər.
Web-dizayn
Web-səhifəni bir neçə üsulla yaratmaq olar – sıfırdan başlamaq və ya mövcud şablon əsasında yaratmaq. Hər 2 halda yaratdığınız sənədin işləməyini adi WWW brauzeri vasitəsiə yoxlamaq olar.
Əgər Sizdə şəkil, fon, marker və digər müxtəlif dizayn elementləri kolleksiyası varsa, onda Web-səhifə yaratmaq maraqlı bir məşğuliyyətə çevrilir. Və nəhayət yadda saxlayın ki, Sizə adi mətn faylını HyperText Markup Language formatına çevirmək üçün SOFT (proqram) lazımdır.
Web-səhifələr üçün yaxşı redaktor bir tərəfdən HTML kodu redaktə etməlidir, digər tərəfdən isə ona birbaşa baxmaq imkanı verməlidir.
Əgər Siz sıfırdan başlayırsınızsa, əvvəlcə mətni daxil və ya importə etməli, abzası formatlaşdırmalı, şəkli yerləşdirməlisiniz. Bütün şəkil və mətnlər bir qovluqda saxlanılır. Sonda bütün bunlar Sizə İnternet xidməti göstərənin sərt diskinə (HDD) göndərilir.
INTERNETdə saytı iki cür yaradırlar:
-
Hazır proqramlar vasitəsi ilə.
-
HTML vasitəsi ilə.
Hazır proqramlar vasitəsi ilə yaradılan sənədin müsbət cəhəti odur ki, bu proqramları istifadə etməklə tez bir zamanda WEB-səhifə yaratmaq olar, amma mənfi cəhət ondadır ki burada səhv çıxdıqda onu tapmaq çətin olur.
HTML sənədindən istifadə etdikdə isə səhvin harda olduğunu artıq bilirsən, lakin bu sənəddə WEB-səhifə yaratmağa vaxt çox gedir. Ona görə də HTML-i öyrənib sonra hazır proqramlardan istifadə etmək lazımdır. Hazır proqramlara misal olaraq Java Script Bylder, FrontPage və s. proqramları göstərmək olar.
Biz burada HTML-i öyrənəcəyik. Gəlin başlayaq. Əgər Sizin HTML redaktorlar haqqında təsəvvürüz varsa, bu çox yaxşıdır. Əks halda eyb etməz. Belə halda HTML-i öyrənmək üçün ən yaxşı alət nədir? Əlbəttə ki, Notepad mətn redaktoru.
* QEYD: Notepad nədir və onu harada axtarmalı?
A: Notepad Windows sistemlərinin hamısına daxil olan standart mətn redaktorudur. Əksər Windows sistemlərində onu növbəti əməliyyatları aparmaqla yükləmək olar: Start düyməsini sıxın və əvvəl Programs sonra Accessories seçin. Açılmış menyudan Notepad-i yükləyin. Siz .html (.htm) tipi olan fayllarla işləyən istənilən redaktoru alət kimi götürə bilərsiniz.
|
Sizə yaratdığınız səhifəyə baxmaq üçün digər alət, hər hansı bir brouzer, məsələn Internet Explorer və ya Netscape Navigator lazımdır. Hansı brouzeri seçməyi Sizin öz öhdənizə buraxıram. Şəxsən mən Internet Explorerə üstünlük verirəm.
HTML-də sənədi yazmaq üçün əvvəlcə Notepad və ya Wordpad-i çağırırlar. Sənədin HTML faylı olması üçün onu yaddaşda saxlayarkən faylın genişlənməsini HTM və ya HTML kimi yazmaq lazımdır.
Rənglər
Web-səhifələri yaradanda rənglərdən geniş istifadə olunur. Həm Web-səhifənin fonunu, həm də şriftləri rəngləmək olar.
HTML-sənədlərdə rənglər RGB-indeks (Red, Green, Blue) vasitəsilə verilir. İşıq nəzəriyyəsinə görə müxtəlif rənglər 3 rəngin Qırmızı (Red), Yaşıl (Green) və Göy (Blue) rənglərin qarışığından alınır. RGB-indeks hər hansı bir rəngin altı rəgəmli 16-lıq say sistemində yazılmış kodudur və aşağıdakı struktura malikdir:
RRGGBB
Burada RR, GG və BB 00 FF diapazonunda dəyişir.
RR – qırmızı rəngin,
GG – yaşıl rəngin və
BB – göy rəngin
qarışıq həcmini bildirir.
Minimal kod 000000, maksimal kod isə FFFFFF-dir.
RGB-indeks rənglərin kodunun 16 milyon variantını verir. Lakin brauzer bu rənglərin hamısını göstərmir. Ona görə də təhlükəsiz rənglər adlanan və görünməsinə tam təminat verilən 256 rəngdən ibarət palitradan istifadə etmək məsləhətdir. Əks halda Siz verdiyiniz kodu brauzer palitradakı daha yaxın koda dəyişəcək.
Aşağıdakı kodları yadda saxlamaq məsləhətdir:
000000 - Black (Qara)
FFFFFF - White (Ağ)
FF0000 - Red (Qırmızı)
00FF00 - Green (Yaşıl)
0000FF - Blue (Göy)
-
Təhlükəsiz RGB rənglər
|
Red
|
Green
|
Blue
|
00
|
00
|
00
|
33
|
33
|
33
|
66
|
66
|
66
|
99
|
99
|
99
|
CC
|
CC
|
CC
|
FF
|
FF
|
FF
|
HTML-sənədlərdə rənglərin kodu əvəzinə onun adını göstərmək olar. Məsələn: FF0000 əvəzinə Red.
Şəkillərlə iş
Bu günki günə qədər GIF (Graphics Interchange Format) – qrafik formatı Internet-də ən əsas sayılır. Bu onunla əlaqədardır ki, GIF formatda saxlanan şəkil faylları yığcam olur. GIF qrafik faylı çox sıxır və sıxılma şəklin keyfiyyətinə praktiki təsir göstərmir.
GIF-in rəqibi olan JPEG formatının yalnız bir üstünlüyü var: JPEG nəinki 256 rənglə (GIF-də rənglərin sayı 2 ilə 256 arasında ola bilər), hətta 16 milyon rəngi olan tam rəngli şəkillərlə də işləyə bilir.
Bundan başqa standart rənglər üçün JPEG formatı məsləhət deyil, çünki bu format qammanın bütün dolğunluğunu yadda saxlamır.
GIF daha bir üstünlüyə malikdir. Bu qrafik format şəkildə şəffaf rənglər təyin edə bilər, yəni şəklin bir hissəsi brauzerdə şəffaf olur.
Beləliklə, GIF şəkildir, JPEG isə foto.
HTML nədən başlayır
Mətn faylını HTML-faylına çevirmək üçün onun ".txt" tipini ".html" (və ya ".htm") tipinə çevirmək kifayət deyil. Birinci sətir qaydasına riayət etmək lazımdır:
HTML-in hər hansı versiyasının tələblərinə cavab verən hər bir HTML-sənədi HTML-in versiyasını təqdim edən sətri ilə başlamalıdır. Görünüş adətən belə olur:
Bu sətir brauzerə bildirir ki, HTML 4.0 versiyasının beynəlxalq versiyasına uyğun gəlir.
Birinci sətir informasiya xarakteri daşıdığından onu verməmək də olar.
İstənilən bir işin, tədbirin (bu görüş, konsert, dərs, qonaqlıq və s. ola bilər) başlanğıcı və sonu olmalıdır. Həyatda adi görüşmə prosesini nəzərdən keçirək. Görüşəndə "SALAM" deyirik, vidalaşanda isə "SAĞ OL". "SALAM" sözü görüşün başlanmasına, "SAĞ OL" isə qurtarmasına işarədir. İstənilən fikrin başlanğıcı və sonu olur. HTML təlimatı da ayrı-ayrı təkliflərdən ibarət olur. Hər təklif başlanğıc və sona malik olmalıdır.
İndi isə Notepad proqramını yükləyin və aşağıdakı sətirləri yığın ...
Dostları ilə paylaş: |