Tələbə: Anar Osmanov İxtisas: Məşqçilik Qrup: 110A11 Fənn: Fiziologiya Fənn müəllimi: Mövzu: İdman növlərinin fizioloji xüsusiyyətləri. İdman oyunları. Boks.
İdman növlərinin fizioloji xüsusiyyətləri Fiziki hərəkətlər yarış xarakteri daşıyırsa və yüksək idman nəticəsi əldə etməyə yönəlirsə, onda bunlar idman hərəkətləri adlanır. İdman hərəkətləri xarici quruluşuna görə iki hissəyə bölünür:
1. Dövri hərəkətlər
2. Qeyri-dövri hərəkətlər
Dövri hərəkətlərdə eyni hərəkət ardıcıl olaraq təkrar olunur və hərəkətlər zamanı orqanizmə təsir edən qıcıqlar daimi olur. Bildiyimiz kimi, bu hərəkətlərə yeriş, qaçış, üzgüçülük, avarçəkmə, velosiped idmanı aiddir. Qeyri-dövri hərəkətlərdə eyni hərəkət təkrar olunmur və təsir edən qıcıqlar sabit deyildir. Bunlara aiddir:
a) sıçrayışla əlaqədar hərəkətlər
b) daimi dəyişkən hərəkətlər- gimnastika hərəkətləri;
c) qeyri-daimi dəyişkən hərəkətlər - idman oyunları və təkmübarizlik hərəkətləri;
d) təkrar fasiləli hərəkətlər - məşqdə və bəzi yarışlarda istifadə olunan hərəkətlərdir.
Dövri hərəkətlər. Bu hərəkətlər oksigen sərfı imkanından asılı olaraq 2 hissəyə ayrıır: aerob-oksigenli, anaeroboksigensiz. V. S. Farfel rekordların təhlili əsasında dövri hərəkətləri onların icra şiddətinə görə 2 qrupa ayırmışdır. Lakin hazırda bu qruplar özləri də bir neçə hissəyə bölünür. Bütün dövri hərəkətlər müəyyən şiddətə malikdir və bu şiddətin yük vahidi fiziki vahidlər - vatt, kq/dəq.-dir.
Anaerob hərəkətlər:
1. Maksimal şiddətli anaerob hərəkətlər;
2. Maksimal yaxın şiddətli anaerob hərəkətlər;
3. Submaksimal şiddətli anaerob hərəkətlər.
Maksimal şiddətli anaerob hərəkətlərin fizioloji səciyyəsi. Bu hərəkətlərə qısa məsafəyə qaçışlar (sprint) aiddir. Burada hərəkətin icrası üçün sərf olunan vaxtın müddəti 10-30 san. qədərdir. İş əsasən anaerob şəraitdə icra olunur. Oksigen borcu 96%-ə qədər olur. Sərf olunan enerji ATF-nin parçalanması nəticəsində alınır.
Yüksək dərəcəli idmançılarda sprint qaçışı zamanı təzahür edilən ən maksimal anaerob şiddət dəqiqədə 120 kkal-yə çatır.
Məsafə boyu vegetativ sistemlərin fəaliyyəti tədricən artır. Anaerob hərəkətlər qısa müddətli olduğuna görə ürək-damar və tənəffüs funksiyaları maksimuma çata bilmir. İşin icrasında idmançı ya nəfəsini saxlayır, ya da bir neçə dəfə tənəffüs edir. Ağciyər ventilyasiyası maksimal dərəcənin 20-30%-ni təşkil edir. Ürək təqəllüsünün sıxlığı işə başlamazdan əvvəl artır (dəqiqədə 140-150 dəfə) və məsafə boyu bu artma davam edir.
Anaerob hərəkətlərin icrasından əvvəl qanda qlükozanın miqdarı bir qədər artır. Burada böyrək üstü vəzin hormonu olan katexolaminlərin də artmasını qeyd etmək olar.