TəLİmat №7 Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik



Yüklə 65,95 Kb.
səhifə1/2
tarix07.01.2024
ölçüsü65,95 Kb.
#209743
növüQaydalar
  1   2
Yanğın təhlükəsizliyi tədbirləri


ZEYTUN PHARMACEUTİCALS” MMC



Təsdiq edirəm”
Zeytun Pharmaceuticals” MMC – nin
Baş direktoru ______________ B.Ə. Şirəliyev
Yanğın təhlükəsizliyi tədbirləri və
Yanğından mühafizə qaydaları
TƏLİMAT № 7

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik

üzrə şöbə rəisi ___________ R.R. Rustamov

Yanğın təhlükəsizliyi tədbirləri və yanğından mühafizə qaydaları
TƏLİMAT № 7
İş yerlərində sağlam və təhlükəsizlik iş şəraitinin təminatı yalnız bütün işçilərin ciddi əmək intizamı, təhlükəsizlik texnikası norma və qaydalarının yerinə yetirilməsi zamanı mümkündür. Bu tələblərə riayət etmədən ən təkmilləşdirilmiş texnika və texnologiya belə istehsalatda təhlükəsiz iş şəraiti yaratmaq imkanına malik deyil.
İşçilər texnoloji və ixtisas biliklərindən əlavə iş yerində davranış təcrübəsinə malik olmalı, öz vəzifələrini yerinə yetirərkən təhlükəli davranışlara yol verməməlidirlər. Bu hallar yarandıqda onların aradan qaldırılma yollarını bilməlidirlər.
Hər bir işçi öz əmək vəzifəsini yerinə yetirərkən çox diqqətli olmalıdır və bu təlimatın tələblərini, həmçinin işin təhlükəsiz aparılması haqqında olan digər qayda və təlimatları yerinə yetirməlidir.

  1. Müəssisənin ərazisi (sahə) daim təmiz saxlanılmalıdır. İş qurtardıqdan sonra ərazi və iş sahələri anbar və məişət tullantılardan səliqə ilə təmizlənməlidir. Tullantılar müntəzəm qaydada müəssisə sahəsindən yığılıb bunun üçün müəyyən edilmiş yerlərə toplanılmalı və oradan da daşınmalıdır.

  2. Yanğından mühafizə avadanlıqlarına, alətlərinə, tərtibatlarına və digər vasitələrə aparan yollar, keçidlər, girəcəklər yararlı vəziyyətdə və boş olmalıdır. Qış vaxtı yollar, keçid və girəcəklər buzdan və qardan təmizlənməlidir.

  3. Yanğınsöndürmə vasitələrinin (avtomaşınlar) keçməsi üçün maneə törədən yolların müəyyən hissəsinin bağlanması haqda aidiyyatı yanğından mühafizə xidmətinə məlumat verilməlidir. Yolların təmiri ərzində təmir olunan sahə ilə əlaqədar müvafiq istiqamətləri göstərən nişanlar, işarələr qoyulmalıdır.

  4. Müəssisənin ərazisində xüsusi ayrılmış yerdə siqaret çəkmək olar. Siqaret çəkilən yerdə zibil qabları quraşdırmalı, təyinatına uyğun yanğınsöndürən balon qoyulmalı və “Siqaret çəkmək üçün yer” sözləri yazılmış lövhə asılmalıdır.

  5. Müəssisənin ərazisində və otaqlarda nəzərə çarpan yerlərdə müvafiq işarələr və ya “Siqaret çəkmək qadağandır” sözləri yazılmış lövhə asılmalıdır.

  6. Yanacaqlardan ayrılan qazların və buxarın toplandığı quyularda, rezervuarlarda yalnız müvafiq qaydalara riayət etməklə tərtib edilmiş “naryad-icazə” əsasında işləmək olar. Belə yerlərdə açıq alovdan istifadə qadağandır.

  7. Müəssisənin ərazisində qadağandır:

  • binaların arasında köməkçi tikintilərin aparılması, həmçinin belə tikintilərdən müxtəlif materialların, avadanlığın, qabların saxlanılması üçün və avtomobil nəqliyyatının dayanacağı kimi istifadə etmək;

  • tonqalların yandırılması, tullantıların qablaşdırma materiallarını yandırmaq;

  • təyin olunmamış yerlərdə siqaret çəkmək.

  1. Təyinatından asılı olaraq bina və qurğular ildırımötürücülərlə təmin olunmalıdır.

  2. Qaynaq və başqa odlu işlər yalnız yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi əməl olunmaqla icra edilməlidir.

  3. İş paltarları onların saxlanması üçün müəyyən edilmiş otaqda saxlanılmalıdır. İş paltarlarının cibində silgi materialları və yağlı parçaların saxlanılması qadağandır.

  4. Anbarlarda, istehsalat sahələrində və idarəetmə binalarında qadağandır:

  • müəyyən olunmuş qaydada layihə olunmuş otaqlarda müvafiq qurumlarla razılaşdırmadan yenidən layihələşdirmə işləri aparmaq;

  • benzin, kerosin və başqa yanacaq materiallarından istifadə edərək otaqların döşəmələrinin təmizlənməsi;

  • otaqlarda, zirzəmilərdə partlayıcı maddələrin, balonlarda qaz, plastik və polimer materiallar, yanarkən zəhərli qazlar ayrılan maddələr, materiallar, yanar mayelərin, həmçinin partlayış və yanğın təhlükəli maddələr və materialların saxlanılması;

  • binaların pilləkənlərindən (pilləkənin meydançalarından), anbar və başqa təyinatlı otaqlardan, qaz borularının keçirilməsi, tezalışan yanacaq maddələri, eyni zamanda adamların hərəkətinə maneçilik törədən avadanlıqların yerləşdirilməsi;

  • elektrik şəbəkəsinə qoşulmuş qızdırıcı cihazların və yanar sobaların nəzarətsiz qalması;

  • buzlamış boruların qızdırılması üçün lehimləmə lampalarından və ya açıq alov mənbəyindən istifadə etmək;

  • pəncərələrdə metaldan hazırlanmış çərçivələrin quraşdırılması (anbar otaqlarında əl ilə çıxarıla bilən çərçivələrin quraşdırılması istisna olmaqla);

  • yanacağın, yanacaq materiallarının qablaşdırıldığı, yanar materialların saxlandığı yerlərə qığılcım söndürən qurğuları olmadan nəqliyyat vasitələrinin daxil olması və belə sahələrdə hərəkəti.

  1. Müəssisə və təşkilatların bütün otaqlarında ilkin yanğınsöndürən alətlər, tərtibatlar və digər vasitələr olmalıdır.

  2. Elektrik şəbəkəsindən və elektrik avadanlıqlarından müəssisə ərazisində, iş otaqlarında və anbarlarda istifadə olunması, yalnız “Elektrik qurğularının Texniki istismar qaydaları” və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”-nın tələblərinə müvafiq olmalıdır.

  3. İstiliklə təmin edilmə mövsümü başlamazdan qabaq qazanxana otaqları və avadanlıqları, buxar qazanları, kolorifer qurğuları və isitmə cihazları diqqətlə yoxlanmalı, təmir edilməli və onların istismara hazır olması haqda akt tərtib olunmalıdır. Nasaz elektrik qurğularını istismar etmək qadağandır.

  4. İstilik qurğularına və avadanlığına xidmət edən heyət yanğından mühafizə təlimi keçməli və bu sahədə bilikləri yoxlanılmalıdır.

  5. İstehsalat otaqlarında, anbarlarda və s. yerlərdə standartlara uyğun olmayan (zavod istehsalı olmayan) elektrik cihazlarından, qazla, kerosinlə işləyən məişət məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmuş qurğulardan, otaqları qızdırmaq və yemək hazırlanması məqsədilə istifadə olunması qadağandır.

  6. İstilik cihazları və qızdırıcı cihazlar elə yerləşdirilməlidir ki, onlara sərbəst, rahat yaxınlaşmaq və təmizləmək mümkün olsun.

  7. Ventilyasiya kameraları, hava təmizləyici qurğular (siklonlar, süzgəclər), hava ötürücüləri müntəzəm təmizlənməlidir.

  8. Ventilyasiya sisteminin işini tənzimləyən (blokirovka) qurğuları, avtomatik yanğın həyəcanı siqnalları və yanğınsöndürmə sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır.

  9. Ventilyasiya sisteminin istismarı zamanı ventilyasiya kanallarından tüstüötürücü kimi istifadə etmək, alovsaxlayıcı qurğunun çıxarılması və ya işləməsinin dayandırılması, havasorucu kanalların, deşiklərin və çərçivələrin bağlanılması, ventilyasiya kameralarının qapılarının açıq vəziyyətdə saxlanılması, hava ötürücülərinin bütövlüyünü pozmaq qadağandır.

  10. Yanğını söndürmək üçün istifadə oluna biləcək su anbarlarına, rezervuarlara adamların və nəqliyyat vasitələrinin giriş-çıxış yolları boş olmalıdır.

  11. Yanğın kranı şkafının üstündə aşağıdakı yazılar və işarələr olmalıdır:

“YK” hərflərinin işarəsi, yanğın kranının sıra nömrəsi, ən yaxın məsafədə yerləşmiş yanğınsöndürmə hissəsinin telefon nömrəsi.

  1. İlkin yanğınsöndürən vasitələrin yerləşdirilməsi üçün xüsusi stendlər, şkaflar və ya vasitələri quraşdırmaq üçün lövhələr düzəldilməlidir. Bu vasitələrin üstündə yığcam şəkildə aşağıdakılar yerləşdirilməlidir: kürək, ling, yanğınsöndürən qum və ya keçədən hazırlanmış örtük, yanğınsöndürmə hissəsinin telefon nömrəsi, yanğın təhlükəsizliyinə cavabdeh (məsuliyyət daşıyan) şəxsin soyadı, adı və tutduğu vəzifəsi. Yanğından mühafizə lövhələri nəzərə çarpan, rahat, asan, yaxınlaşmaq mümkün olan yerlərdə quraşdırılır. Belə lövhələrin binanın və otaqların çıxışlarında yerləşdirilməsi məsləhətdir.

  2. Azbest, kobud yun parçadan və keçədən hazırlanmış örtüklərin ölçüləri 100x100 sm olmalıdır. Bu lövhələr metal örtüyün içərisində yerləşdirilməli və fasilələrlə hər üç ayda bir dəfə qurudulmalı və tozdan təmizlənməlidir.

  3. Yanğınsöndürmə texnikasının və avadanlığının təsərrüfat, istehsalat, təlim işləri ilə əlaqəsi olmayan məqsədlər üçün və yanğınsöndürmə işlərindən başqa işlərdə istifadə olunması qadağandır.

  4. Yanğınsöndürmə vasitələri günəş şüaları birbaşa düşməyən və başqa istilik mənbələrindən uzaqda yerləşdirilməlidir. Odsöndürənlər elə yerləşdirilməlidir ki, onun gövdəsində olan təlimat yazıları kənardan görünsün.


Yüklə 65,95 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin