Törəmə QK - əsas (ilkin) fond QK-ın qiymətinin dəyişməsi ilə əlaqədar yaranan mülkiyyət (əmlak) hüququnun ifadə formasıdır.
Törəmə QK - əsas (ilkin) fond QK-ın qiymətinin dəyişməsi ilə əlaqədar yaranan mülkiyyət (əmlak) hüququnun ifadə formasıdır.
Məqsədi- əsas fond QK-ın məzənnəsinin dəyişməsindən (tərəddüd etməsindən) mənfəət əldə etməkdir.
Törəmə QK- ilkin fond QK-la müqavilə müddətlərində əqdlərin bağlanmasına dair maliyyə əqdləri, daha dəqiq isə müddətli əqdlər kimi de səciyyələndirilə bilər. Müddətli əqdlərin bir neçə növü mövcuddur:
Şərtləri əqdlər (opsion)
Qəti əqdlər (forvard, fyuçers)
Törəmə QK-ın başlıca xüsusiyyəti aşağıdakılardır:
Törəmə QK-ın başlıca xüsusiyyəti aşağıdakılardır:
Onların qiyməti əsasında duran aktivin qiymətinə əsaslanır
Onların alqı-satqısı digər QK-la müqayisədə daha az investisiya etməklə mənfəət əldə etməyə imkan verir, çünki bu zaman investor aktivin bütün dəyərini deyil, yalnız zəmanət haqqını ödəyir
Onların fəaliyyət müddəti ilkin fond QK-la müqayisədə məhduddur.(maksimum bir neçə ay)
Onların tədavülünün zahiri forması əsas QK-kı ilə eynidir.
Müddətli əqdlər olan törəmə QK-ın bir neçə növü məlumdur:
Müddətli əqdlər olan törəmə QK-ın bir neçə növü məlumdur:
Fyuçers əqdləri
Opsion əqdləri
Forvard əqdləri
Svoplar
Fyuçers əqdlərində - iki iştirakçı öz üzərinə müqavilədə göstərilən müddətdə əmtəənin əqdin bağlandığı ana olan qiymətlə müvafiq olaraq alınması və satılması üzrə öhdəlik qəbul edir və aşağıdakı parametrləri əhatə edir:

Fyuçers əqdlərinin ilkin və ofset növləri fərqləndirilir.
Opsionlar- öz sahibinə əvvəlcədən təyin edilmiş qiymətlə və müəyyən edilmiş muddət ərzində birja aktivini, o cümlədən də fyuçers kontraktını, almaq yaxud satmaq hüququnu ( öhdəliyini deyil) verən standart birja kontraktıdır.

Opsion konraktında üç tərəf iştirak edir:
Kontraktı əvvəlcədən şərtləndirilmiş qiymətlə müəyyən dövr ərzində icra etmək hüququna görə haqq ödəyən alıcı
Kontraktı əvvəlcədən şərtləndirilmiş qiymətlə müəyyən dövr ərzində icra etmək öhdəliyini üzərinə götürdüyünə görə haqq alan satıcı
OPSİON KOLL – opsionun alıcısına aktivi müəyyən gələcək anda əvvəlcədən şərtləşdirilmiş qiymətlə opsionu buraxmış şəxsdən almaq hüququ verir.
OPSİON PUT – opsionun satıcısına aktivi müəyyən gələcək anda əvvəlcədən şərtləndirilmiş qiymətlə opsionu buraxmış şəxsə satmaq hüququ verir.
İcra müddətinə görə:
Amerika opsionu – müddəti bitənə qədər istənilən anda icra edilə bilər.
Avropa opsionu – ancaq onun başa çatdığı tarixə icra edilə bilər.
Forvard əqdləri – aktivlərin təyin olunmuş müddətdə təsbit edilmiş qiymətlə təqdim edilməsi haqqında müqavilədir.
Forvard əqdləri – aktivlərin təyin olunmuş müddətdə təsbit edilmiş qiymətlə təqdim edilməsi haqqında müqavilədir.
Onlar fyuçers kontraktlarına yaxındır. Forvard istənilən ilkin aktiv üzrə bağlanıla bilər. Hır bir forvard kontraktı üzrə onun əsasında duran aktivin real (fiziki) təqdim edilməsi baş verir. Fyuçersdən fərqli olaraq, forvardın likvidliyi həm məhduddur, həm aşağıdıdır, çünki onlar üzrə hər cür risk reallaşa bilər və riskin səviyyəsi müştərinin kredit reytinqindən asılıdır. Forvard kontraktları üzrə zəmanət haqqı adətən olmur və kontrkatlar bazar və dövlət orqanları tərəfindən az tənzimlənir.
Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki tərəf arasında bağlanılan razılaşmadır.
Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki tərəf arasında bağlanılan razılaşmadır.
Svop üzrə mübadilə obyekti kimi dəyişməz və dəyişən faiz dərəcəli borc öhdəlikləri, valyuta vəsaitləri və valyuta faizləri, həcmi müəyyən əmtəənin qiymətindən asılı olan dəyişməz və dəyişən ödəmələr və maliyyə alətləri çıxış edə bilər
Törəmə qiymətli kağızların əsas növləri ilə yanaşı digər növləri də mövcuddur: varrant və depozitar qəbzləri. Bu qəbildən irəli gələn digər qiymətli kağız növlərinə isə anbar şəhadətnaməsi, order, kupon , sertifikatı misal gətirmək olar.