http://www.amu.edu.az
31 mart 2014-ъц ил
6
m
Gicitkən çox qiymətli yem
bitkisi sayılır. onun qarğıdalı,
sorqo, çovdar, vələmir, çuğundur,
kartof, ot ilə birlikdə hazırlanmış
silosu yüksək keyfıyyətə malikdir.
Yarpaqlarının tərkibi çoxlu miq-
darda üzvi turşular, B, B
2
və K
vitaminləri, mikroelementlər, aşı və fı-
tonsid maddə-lərlə zəngindir. Onların
tərkibində 200 mq%-ə qədər С vitami-
ni vardır ki, bu da limondakından 2,5,
albalıdakından 7, kartof və almadakın-
dan isə 10 dəfə çoxdur. Karotinin miq-
darı 50 mq%-dir.
Gicitkən çox qədim zamanlardan
başlayaraq müasir dövrədək tərəvəz
bitkisi kimi yeyilir. Ondan hazırlanan
şi, sup, salatlar nəinki dadlı, həm də
orqanizm üçün çox faydalıdır.
Hazırda bitkinin cavan yarpaq və
zoğlarını erkən yazda toplayıb kətə,
qutab, borş, sup, salat və s. hazırlan-
masında geniş istifadə edirlər. Cavan
zoğlarını duza və turşuya qoyur, yeri
gəldikdə süfrəyə qoyub iştahgətirici
ədviyyə kimi yeyırlər.
Gicitkənin yarpağı çox
qiymətli
polivitaminli
məhsuldur. Odur ki, müa-
sir tibbdə ondan dəmləmə
və duru ekstrakt halın-
da bir sıra xəstəliklərin
müalicəsində
geniş
istifadə edilir. Məsələn,
daxili
qanaxmalar-
da qankəsici, mədə-
bağırsaq xəstəliklərinin
müalicəsində
həzm
prosesi və maddələr
mübadiləsini yaxşılaşdı-
ran, bağırsaqların iltihabının aradan
qaldıran vasitə, eləcə də qanazlığın-
da, vərəm, sinqa raxit, avitaminoz,
qızdırma, mədə yarası, nəfəs yolları,
onikibarmaq bağırsaq xəstəlikləri və
böyrək daşının dərmanı kimi tətbiq
olunur.
Bitki «qanı» adlandırılan xlorofil
bitkinin yarpağında külli miqdarda
olduğundan qanazlığında, orqaniz-
min müqavimətinin artırılmasında
istifadə edilir. Gicitkən sıyığını balla
qarışdırıb, prostat vəzinin adenomi-
yası xəstəliyinə qarşı bir həftə qəbul
etdikdə vəzin şişmə prosesi dayanır
və xəstəlik bir ay müddətində aradan
qalxır.
Gicitkən və qoz yarpağından ha-
zırlanmış sıyığı balla qarışdırıb daxili
orqanlarında xərçəng olan xəstəyə
verdikdə xərçəng hüceyrələrinin inki-
şafı dayanır.
Mədəsi xərçəng xəstəliyinə tutulmuş
qoca qarı hər gün 2-3 stəkan gicitkən
ekstraktı qəbul etməklə özünü sağalt-
mışdır.
Gicitkən yarpaqlarmdan alınan yaşıl
maddə ətriyyat, kosmetika, yeyinti və
tibb sənayesində geniş tətbiq edilir.
Elmi
təbabətdə
gicitkəndən
qankəsici, xroniki mədə yaralarının,
qaraciyərin müalicəsində istifadə olu-
nur.
Xalq təbabətində isə bu bitkidən
daha geniş istifadə edilir. Belə ki,
gicitkəndən hazırlanmış cövhəri ürək,
böyrək, qaraciyər xəstəlikləri, qan azlı-
ğı, qastrit zamanı daxilə qəbul etməyi
məsləhət görürlər. Onun ekstraktı ilə
başı yuduqda tüklərin dibini bərkidir
və tökülməsinin qarşısını alır.
Gicitkən qan dövranını tənzimləyir,
saçın möhkəmliyinə, tökülməməsinə
və
uzanmasına
səbəb
olur.
Qalxanabənzər vəzinin normal in-
kişafıni
aktivləşdirir,
ürək-damar
fəaliyyətinə, nəfəs borusuna yaxşı təsir
edir. O, mədə-bağırsaq, daxili qanax-
ma, dişdibi ətləri xəstəliklərinin müa-
licəsində əhəmiyyətlidir. Gicitkənin
həlimini, dəmləməsini içmək və onu
bişirib tünd sarımsaqlı qatıqla yemək
bütün daxili xəstəliklərə, şişlərə, ba-
ğırsaqlardakı qurdların tokülməsinə
müsbət təsir göstərir. Yazda gündə
üç dəfə yeməkdən yarım saat əvvəl
onun bir stəkan həliminə bir çay qaşığı
süd əlavə edib içmək orqanizm üçün
çox xeyirlidir. Qara yel, son dərəcə
şiddətli oynaq ağrıları xəstəliklərindən
əziyyət çəkənlərə yatmamışdan əvvəl
hər axşam gicitkəni qaynadıb suyunda
çimmək və ya yarım saat vanna qəbul
etmək məsləhətdir. Bu, bədəni yum-
şaldır, ağrıları aradan qaldırır.
Müalicə məqsədləri üçün gicitkən
yarpaq, kök və kökümsovlarını may-
iyun aylarında hələ üstündə çiçəkləri
olan zaman toplayırlar. Çiçək açıb
qurtardıqdan
sonra
tərkibindəki
maddələr öz bioloji xüsusiyyətlərini
itirir. Gicitkənin yarpaq, kök və kö-
kümsovlarından hərarətin aradan
qaldırılmasında, mədə yaralarının
müalicəsində geniş istifadə edilir.
Bunun üçün gicitkənin kökündən sa-
rımsaqla birlikdə bərabər miqdarda
götürüb 1:5 nisbətində suya tökün, 7
gün dəmlədikdən sonra süzüb ağrıyan
nahiyələrə sürtün. Gündə 3 dəfə bir
xörək qaşığı qəbul edin.
Nübar HəKİMovA,
Biologiya üzrə fəlsəfə doktoru
Dərman bitkiləri
Müasir dövrdə qloballaşma cəmiyyətində
oxucuların
informasiya
tələbatının
ödənilməsində internet və elektron kataloq-
ları da mühüm rol oynayır.
Bundan əlavə çoxsaylı beynəlxalq infor-
masiya mənbələrindən istifadə edilməsi də
universitet əməkdaşlarının və tələbələrin
elmi informasiyaya olan tələbatlarının
ödənilməsi üçün əsas amillərdən hesab
olunur.
Oxucular kitabxanamızda yaradılmış xü-
susi internet zalında müxtəlif elektron kitab-
xanalardan, o cümlədən
http:// searsh.ebscohost.com
http:// www.springerlink.com
http:// www.clinicalkey.com
http:// www.webofknowledge.com
http// www.journals.cambridge.org
http:// www.bioone.org
və digər sayt-
ların çoxsaylı materiallarından yetərincə
istifadə edirlər.
Oxucuların informasiyaya olan tələbatını
daha yüksək səviyyədə ödənilməsi üçün ki-
tabxana fondunun elektron kataloquna sa-
lınması işi hazırda davam etdirilir. İl ərzində
İRBİS-64 elektron kataloq bazasına 4000
nüsxədən çox kitab salınmışdır. “
Kitab.az”
(Kitab.orq)
elekton kataloquna isə 249
nüsxə biblioqrafik təsvir salınmışdır.
2013- ildə kitabxanaya vahid oxucu bileti
üzrə gələnlərin sayı 11.175 nəfər olmuşdur.
Bütünlüklə struktur bölmələri üzrə kitabxa-
naya gələnlər 123.464 nəfər təşkil etmişdir.
Əsaslı Kitbaxananın bütün xidmət
şöbələrində oxuculara 695.680 nüsxə
ədəbiyyat verilmiş, hər bir oxucunun infor-
masiyaya olan tələbatına diqqətlə yana-
şılmış, onlar istədiklıəri ədəbiyyatla təmin
edilmişlər.
Kitabxanalararası abonement vasitəsi ilə
oxuculara 35 nüsxə ədəbiyyat verilmiş, 15
nüsxə isə alınmışdır.
Ötən il 10.500 nəfər internetdən istifadə
etmiş, onlara 7.250 arayış (20 yazılı, 7230
şifahi) verilmişdir. 72 elektron kitab, mövzu
üzrə isə 95 internet axtarışı aparılmışdır.
Əsaslı Kitabxananın poçtuna
(E-mail: amu-
lib@mail.ru)
və kompyuterlərə gündəlik
nəzarət edilmişdir.
2013- cü ildə dissertasiya və avtoreferat-
lar şöbəsinə 46 dissertasiya, 92 avtoreferat
qəbul edilmişdir. İl ərzində bu şöbəyə 220
nəfər oxucu müraciət etmiş, onların infor-
masiyaya olan ehtiyacları 402 dissertasi-
ya və 768 avtoreferatla təmin olunmuşdur.
Həmçinin kompyuterdə qəbul edilmiş dis-
sertasiyalara kartoçkalar yazılmış, bu kar-
toçkalara 92 UOT indeksi verilmişdir.
Tələbə abonementi şöbəsində də oxu-
culara nümunəvi xidmət göstərilmişdir.
Bu şöbədən 8.371 oxucu istifadə etmiş-
dir. Kütləvi kitab verilişi zamanı kitab-
xananın əməkdaşları, o cümlədən ATU
Gənclər və Tələbə Həmkarlar Təşkilatının
nümayəndələri də iştirak etmişlər.
Bu şöbəyə müraciət edənlərin sayı
33.484 nəfər olmuş, onlara 401.808
nüsxə kitab verilmişdir. Bu şöbənin yeni
ədəbiyyata olan ehtiyacı da vaxtında təmin
edilmişdir. İl ərzində 1.842 nüsxə kitab da-
xil olmuş, 1.302 nəfər tələbənin dövriyyə
vərəqəsinə imza atılmışdır.
Komplektləşdirmə şöbəsində də işlər
uğurla həyata keçirilmişdir. Şöbəyə ötən
il 3.006 nüsxə ədəbiyyat daxil olmuş-
dur. Bunun 2.767 nüsxəsi elmi və tədris
ədəbiyyatı təşkil edir. Bunun 2.536 nüsxəsi
Azərbaycan, 470 nüsxəsi də xarici dillərdə
olan ədəbiyyatdır. Jurnalların sayı isə 101
nüsxədir.
Kitabxanaya Universitet rəhbərliyindən,
əməkdaşlardan və digər təşkilatlardan xeyli
sayda ədəbiyyat hədiyyə edilmişdir.
Kütləvi işlərin həyata keçirilməsi də
kitabxananın fəaliyyətində əsas rol oy-
nayır. 20 yanvar – Şəhidlər gününə, Xo-
calı soyqırımına, 8 Mart Beynəlxalq Qa-
dınlar Gününə, Novruz Bayramına, Ulu
öndər Heydər Əliyevin və akademik Zərifə
Əliyevanın 90 illiyinə, 28 May Respublika
Gününə, Dövlət Bayrağı Gününə, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününə
həsr olunmuş sərgilər, foto – stendlər, yı-
ğıncaqlar belə tədbirlərdəndir.
Biblioqrafiya şöbəsi tərəfindən kitabxa-
naya daxil olan yeni nəşrlərin “Biblioqrafik
məlumat” siyahısının hazırlanıb 15 abonentə
paylanması da uğurlu nəticələrdən biridir.
Bu buraxılış 145 nəşri əhatə edir.
Elmi kitabişləmə və kataloqlaşdırma
şöbəsində də işlər keyfiyyətlə həyata ke-
çirilmişdir. İl ərzində kataloqa 2.454 nüsxə
kartoçka düzülmüşdür. Həmçinin əlifba ka-
taloquna 135, sistemli kataloqa 36 yeni ay-
rıc qoyulmuşdur.
Hazırda İRBİS-64 proqramı layihəsi üzrə
elektron kataloqunun yeni versiya ilə təmin
olunması və digər informasiya xidmətlərinin
daha da səmərəli təşkili üçün yeni texnolo-
giyalarla təmin olunmuşuq. Bunlar hamısı
universitet rəhbərliyinin diqqəti və qayğısı
sayəsində həyata keçirilmişdir.
Əminik ki, bu il də Əsaslı Kitabxanada
qarşıda duran vəzifələr layiqincə həyata
keçiriləcək, oxucu tələbatının ödənilməsinə
daha da qayğı ilə yanaşılacaqdır.
Z.EMİNovA,
Əsaslı Kitabxananın direktoru, tarix
elmləri üzrə fəlsəfə doktoru
Ötən il oxuculara nümunəvi
xidmət göstərilmişdir
b
u gün informasiya - kommunika-
siya texnologiyaları cəmiyyətin,
mədəniyyətin bütün sahələrinə
nüfuz etdiyi kimi, kitabxanalar da
elmi informasiya xidmətinin yerinə
yetirilməsində mühüm rol oynayır. Elekt-
ron kataloqun, elektron kitabxananın
yaranması və fəaliyyəti informasiya
cəmiyyətinə dəyərli bir hədiyyədir.
Gicitkən
31 mart 2014-ъц ил
http://www.amu.edu.az
7
Görmə
qüsurlarına
ölkəmizdə çox rast gəlinir.
Göz qüsurlarınında genetik
təsirin ciddi bir rol oynadığı-
nı düşünsək, uşaqların da bu
riski daşıdığı bir gerçəkdir.
Bu baxımdan uşaqların iki
yaşında göz müayinəsindən
keçirilməsi məsləhətdir.
Uşaqların mütləq 2 ya-
şına qədər göz həkiminə
aparılması lazımdır. Görmə
qüsurlarından başqa erkən
müəyyən olunmalı başqa
xəstəliklər də var. Ancaq
təəssüf ki, uşaqlar ancaq
məktəbə başladıqdan sonra
problemləri ortaya çıxdıq-
da həkimə müraciət edilir.
Daha erkən yaşda uşaqların
həkimə gətirilməsi şüuru-
nun ailələrə təbliğ edilməsi
şərtdir.
Göz pozğunluqlarının
diaqnozu
Miyop,
hipermetropiya
və astiqmatizmə uşaqlarda
daha çox rast gəlinir. Məktəb
dövründə yazı taxtasını
yaxşı görməmək, dərslərdə
müvəffəqiyyətsizlik
kimi
şikayətlərlə ailələr uşaqlarını
həkimə aparma ehtiyacı du-
yurlar.
Görmə qüsurlarının
müalicəsi
Miyop
Miyopun uşaqlıq dövründə
erkən diaqnozuı mümkün-
dür, ancaq irəliləməsini
da yandırmaq
mümkün
deyil.
Təkrarlanan
göz
müayinəsiylə miyop diaqno-
zu qoyula bilər. Amma mi-
yopu dayandırmaq mümkün
deyil. Uşağın boyu necə uza-
nırsa, gözü və göz nömrəsi də
böyüyür. Müalicədə məqsəd
gözün funksiyası olan yaxşı
görməyi təmin etməkdir.
Hipermetrop
Hipermetrop zamanı uşaq-
lar çox tez-tez göz qırpır
və baş ağrısından şikayət
edirlər. Ailələr uşaqlarında
bu əlamətləri gördükləri za-
man mütləq həkimə müraciət
etməlidir. Uşaqlarda çəplik
yoxdursa, kiçik nömrələrdən
başlayıb gözlüyə alışması-
na fürsət yaradılır. Zamanla
gerçək göz nömrəsinə dönü-
lür. Eynək taxmanın məqsədi
qırma qüsurunu yox etmək
deyil, yalnız daha yaxşı və
keyfiyyətli görməyi təmin
etməkdir. Ancaq bəzi hi-
permetrop xəstələrdə illər
keçdikcə nömrələrdə azalma
ola bilər.
Astiqmat
Astiqmat uşaq həm uzaq-
da, həm yaxında baxdığı
cisimləri dəqiq olaraq görə
bilmir. Bu da yenə başağrısı,
gözağrısı, göz qırpması kimi
şikayətlərə səbəb olur. Diaq-
nozu təkrarlanan müayinə ilə
asanlıqla təyin edilə bilər.
Göz tənbəlliyinə diqqət
!
Göz tənbəlliyi zamanın-
da
diaqnozu
qoyular-
sa, müalicəsi ən asan
xəstəliklərdən biridir. Uşaq-
ların 7-8 yaşından sonra
həkimə aparılması səbəbiylə
müalicədə çətinliklər yara-
nır. Göz tənbəlliyinin səbəbi
bir gözün digərindən daha
yaxşı görməsidir. Miyop,
hipermetrop və astiqmat
kimi qüsurlar zamanı iki
gözün fərqli nömrələrdə ol-
ması göz tənbəlliyinə səbəb
ola bilər. Nömrələri daha
aşağı olan gözün görünü-
şü daha dəqiq olacağı üçün
beyin tərəfindən o gözün
görünüşü seçilir. Pis görən
gözdən beynə gedən görü-
nüş bir müddət sonra qəbul
edilmir, həmin göz istifadə
edilməyərək tənbəlləşir. İb-
tidai məktəbin əvvəlində
uşaq həkimə gəlsə, bir qədər
düzəlir. 9-10 yaşından sonra
yaxşılaşma təəssüf ki, baş
vermir. Tənbəllik tamamilə
görmə qüsuru ilə əlaqədar
bir problemdirsə, yaxşı görən
gözün bağlanmasına və pis
görən gözün işlədilməsinə
yönəlmiş müalicə tətbiq
olunur. Az görən gözün
işlədilməsi üçün yaxşı görən
göz bağlanır.
baharda infeksiyalar
artır
Göz allergiyasına xüsusilə
bahar aylarında daha çox rast
gəlinir. Uşaqların gözlərini
tez-tez ovuşdurmaları bu
vəziyyətin başlıca səbəbidir.
Uşaqların gözlərində şişmə
və ya qızarmanın fərqinə
varan valideynlər mütləq
həkimə müraciət etməlidirlər.
Uşağınızın gözlərinin ağın-
da qırmızılıq, qapaqlarında
şişkinlik görürsünüzsə və
son günlərdə qaşınmala-
rı varsa, uşağınızı həkimə
göstərməlisiniz.
qadın.net
Göz tənbəlliyi, çəplik, miyop, hipermetropiya
və astiqmatizm uşaqlarda ən çox görünən göz
problemləridir. bu problemlərin həlli üçün də erkən
diaqnoz şərtdır. əks halda, görmə pozğunluqlarının
dərəcəsi yaşa bağlı olaraq artır.
Uşaqların göz sağlamlığı
u vatikan venesuelada kütləvi etirazlar nəticəsində yaranmış
böhranın tənzimlənməsi üçün vasitəçi rolunda çıxış etməyə hazırdır.
Bu barədə Venesuela KİV-ləri xəbər verir.
Venesuelanın elektron KİV-ləri Müqəddəs Taxt-tacın mətbuat xidmətinin
rəhbəri Federiko Lombardinin bu sözlərini sitat gətirir: “Həm Müqəddəs
Taxt-tac, həm də dövlət katibi Pyetro Parolin Venesuelada sülh və asayiş
naminə mümkün olan hər bir tədbiri görmək istəyir və bunu etməyə
hazırdır”.
KİV-lər xatırladırlar ki, Parolin keçən il avqust ayına qədər Karakasda
nunsi olmuşdur və Venesuelanı çox gözəl tanıyır.
Cənubi Amerika Millətləri İttifaqının Komissiyası bu həftə Venesuelaya
səfər etmiş və ölkədə vəziyyəti öyrənmək üçün iki gün Karakasda
işləmişdir.
Komissiyanın üzvləri yekun sənədində prezident Nikolas Maduronu
“çoxtərəfli dialoqa kömək edəcək xoşməramlı nümayəndənin namizədliyini
dəstəkləməyə” çağırmışlar.
Venesuela Prezidenti Nikolas Maduro cümə axşamı çıxış edərək
bildirmişdir ki, o, ölkədə asayiş yaratmaq üçün vasitəçinin namizədliyinə
etiraz etmir. Dövlət başçısı demişdir: “Qoy Vatikanın bizdə səfiri olmuş
dövlət katibi Pyetro Parolin gəlsin”.
Venesuelada iğtişaşlara çevrilmiş iri miqyaslı etiraz nümayişləri fevralın
12-də başlanmışdır. Rəsmi məlumata görə, o vaxtdan bəri 37 nəfər, o
cümlədən 29 mülki şəxs və asayişi mühafizə orqanlarının 8 nümayəndəsi
həlak olmuş, iğtişaşlar zamanl 559 nəfər yaralanmışdır.
u Adı Ginnesin rekordlar kitabına düşən Kim Unq–onq
planetin ən ağıllı adamı hesab olunur.
Onun intellektinin əmsalı 210-a bərabərdir, halbuki intellekt əmsalı 140
olanlar dahi hesab edilirlər.
1962-ci ilin mart ayında Koreyada anadan olan Kim Unq–Yonq artıq
6 aylığında danışa bilmiş, 3 yaşda isə Koreya, yapon, alman, ingilis
və portuqal dillərində fikrini izah etməyə başlamışdır. Hər hansı dili
mənimsəmək üçün ona 1 ay kifayət edirdi. Dahi uşaq riyazi təfəkkürünə
görə də seçilirdi. Beş yaşında ikən o, mürəkkəb differensial bərabərlikləri
həll edir, şeir yazır və rəsm çəkirdi.
Səkkiz yaşlı Kim Unq–Yonq NASA təqaüdünə layiq görülərək, ABŞ-a
köçür. Kolorado Universitetini 15 yaşında bitirən koreyalı gənc fizika üzrə
elmlər doktoru dərəcəsini alaraq, elmi fəaliyyətlə məşğul olur və 100-ə
yaxın elmi məqalənin müəllifidir.
Niderlandın “PAL-V Europe NV” şirkətinin mütəxəssisləri dünyada
ilk dəfə olaraq “Qelisikl” adlanan uçan avtomobili uğurla sınaqdan
çıxarmışlar.
İki yerlik “Qelisikl” klassik vertolyotla 3 təkərli avtomobili özündə
birləşdirən hibriddir. Nəqliyyat vasitəsinin üstün cəhətlərindən biri də
odur ki, o çox asanlıqla mövcud uçuş - enmə zolaqlarından və yollarından
istifadə edə bilir. Yəni avtomobil üçün ayrıca yol çəkməyə ehtiyac qalmır
və rahat idarə olunur.
Vertolyot - maşının texniki göstəriciləri də yüksəkdir. O, 8 saniyədə 100
kilometr sürət yığa bilməklə, bir dəfəyə 350-500 kilometrədək məsafə
qət etmək iqtidarındadır. Avtomobil benzinlə yanaşı, biodizel və bioetanol
işlədir.
Hazırda dünyada analoqu olmayan “Qelisikl”in satış qiyməti 295 min
ABŞ dollarıdır.
Böyük Britaniyalı 11 yaşlı Kiron Uilyamson 10 dəqiqəyə çox asanlıqla 100 min
funt sterlinq pul qazanmışdır.
Məsələ ondadır ki, 5 yaşından rəssamlıqla məşğul olan istedadlı uşaq
impressionizm stilində kətan parça üzərində möcüzələr yaradır. Onun əsərləri
London auksionunda əlbəəl gəzir.
Dünya dahi rəssamı ilk dəfə 2009-cu ildə, 19 rəsm əsəri 36 min ABŞ dollarına
satılandan sonra tanımışdır. Daha sonra 26 əsəri 20 dəqiqə ərzində 360 min
dollara alınan Kiron Uilyamson hətta tanınmış rəssamları belə mat qoymuşdur.
Hazırda onun bir əsərinə 3 min 500 dollardan 30 minədək qiymət qoyulur.
Yaxın zamanda baş tutacaq növbəti auksionda dahi rəssamın əsərlərinin
başlanğıc qiymətinin 150 min dolların olacağı bildirilir.
Vatikan Venesuelada böhranın tənzimlənməsi
üçün vasitəçi rolunda çıxış etməyə hazırdır
Koreyalı planetin ən ağıllı adamıdır
Uçan avtomobili almaq da olar
Dünyanı mat qoyan istedadlı rəssam