Uşaqların göz
sağlamlığı
Ötən il oxuculara nümunəvi
xidmət göstərilmişdir
Z
irvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə
minnətdarlığını bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom
Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə
təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın
iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə
təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi
səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların
çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesa-
batını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd
etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq
terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.
Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə
toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində
tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər
göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartla-
ra uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını
vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk “Dəniz
Təhlükəsizliyi Strategiyası”nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma
vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.
Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və
azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur.
“Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla
Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır...”
Ãÿçåò
1933 - úö èëäÿí ÷ûõûð.