Hamiləlik ağırlaşmaları və mamalıq
fəsadlarında tibbi yardımın keyyyətinin
qiymətləndirilməsi
ÜST-nin "Ölümlə nəticələnməyən
hamiləlik
ağırlaşmaları və mamalıq
fəsadlarının tədqiqi metodikası
"
Hamiləlik ağırlaşmaları və mamalıq
fəsadlarında tibbi yardımın keyyyətinin
qiymətləndirilməsi
Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq
fəsadlarının tədqiqi metodikası
1.
Ümumdünya Səhiyyə Təşkilatı tərəndən 2011 -ci ildə
Evaluating the quality of care for severe pregnancy complications:
the WHO near-miss approach for maternal health
© Ümumdünya Səhiyyə Təşkilatı, 2011
Bu sənədin tərcüməsi və azərbaycan dilində nəşri üzrə hüquqlar Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru tərəndən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinə verilmişdir. İctimai Səhiyyə və İslahatlar Mərkəzi azərbaycan dilində nəşrə görə tam
məsuliyyət daşıyır.
Hamiləlik ağırlaşmaları. 2.Mamalıq xidmətləri. 3.Hamiləliyin nəticəsi. 4.Ana ölümü. 5.Körpə ölümü.
Ağır hamiləlik və mamalıq fəsadlarında tibbi yardımın keyyyətinin qiymətləndirilməsi: ÜST-nin ölümlə
nəticələnməyən ciddi hamiləlik və mamalıq ağırlaşmalarının tədqiqinə dair yanaşması.
© İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , 2015
Mündəricat
Xüsusi təşəkkürlər ......................................................................................................................... 2
Qısa icmal ...................................................................................................................................... 3
1. Giriş ........................................................................................................................................... 4
2. ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi metodikası”nın tətbiqi (“near-miss case review”) ............................................................. 6
3. Gözlənilən nəticələr ................................................................................................................. 17
4. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikasının şəhər/rayon və ya ölkənin səhiyyə sistemi səviyyəsində tətbiqi .......................... 17
5. Nəticələrin paylaşılması və davamlı fəaliyyət ......................................................................... 19
Biblioqrafiya ................................................................................................................................ 20
Əlavə 1. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarını müəyyən
edən meyarların izahlı lüğəti ....................................................................................................... 22
Əlavə 2. Məlumatların toplanılması üçün sorğu vərəqi .............................................................. 24
Əlavə 3. Cədvəllər və onların interpretasiyası ............................................................................ 25
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
2
Xüsusi təşəkkürlər
Bu məlumat kitabçası ÜST-nin Ana Ölümü və Xəstəliklərin təsnifatı üzərində çalışan İşçi qrupu və ÜST-
nin Ana və Yenidoğulmuşların Sağlamlığının Tədqiqatı Qrupunun Çoxsaylı Ölkələr üzrə Sorğusu
əsasında João Paulo Souza (ÜST), Lale Say (WHO), Robert Pattinson və Ahmet Metin Gülmezoglu
(ÜST) və həmçinin Linda Bartlett, Jon Barret, José Guilherme Cecatti, Bukola Fawole, Anoma
Jayathilaka (ÜST, Şri Lanka), Pisake Lumbiganon, Rintaro Mori, Idi Nafiou və Mohamed Cherine
Ramadanın əməkdaşlığı ilə hazırlanmışdır. ÜST Ailə Sağlamlıq Bürosunun heyətinə, Şri-Lankanın
Səhiyyə Nazirliyinə və Braziliyanın Ağır Mamalıq Xəstəliklərinə Nəzarət Şəbəkəsinə öz minnətdarlığını
bildirir. Kitabçanın əvvəlki variantlarına öz rəyini bildirdiyinə görə Antonio Francisco Oliveira Neto və
Özge Tunçalpa da dərin təşəkkürlərimizi bildiririk. ÜST-nin Analıq və Yenidoğulmuşların Sağlamlıq
Tədqiqatı protokolunun Çoxsaylı Ölkələr üzrə Tədqiqatının nəticəsi olan bu kitabça haqqında Olufemi T.
Oladapo tərəfindən rəy verilib və protokol Braziliya, Qana və İraqda təcrübədən keçirilib. Bu iş USAİD
və BMTİP/BMTƏF/ÜST və Dünya Bankının Xüsusi Tədqiqat, İnkişaf və İnsan Nəsilartırılmasına dair
Araşdırma Təlimi tərəfindən maliyyələşdirilmişdir. Nəşrdən əvvəl mətnin redaktəsi Jitendra Khanna
(ÜST) tərəfindən həyata keçirilmişdir.
ÜST-nin Ana Ölümü və Xəstəliklərin Təsnifatı üzrə İşçi qrupu
ÜST-nin Ana Ölümü və Xəstəliklərin Təsnifatı üzrə İşçi qrupunun fəaliyyətində aşağıdakı mütəxəssislər
iştirak etmişdir: Jon Barret, Linda Bartlett, Nynke van den Broek, José Guilherme Cecatti, Veronique
Filippi, Rogelio Gonzalez, Ahmet Metin Gülmezoglu (ÜST), Anoma Jayathilaka (ÜST Şri Lanka),
Affette McCaw-Binns, Robert C Pattinson, Mohamed Cherine Ramadan, Cleone Rooney, João Paulo
Souza (ÜST), Lale Say (ÜST), Mary Ellen Stanton və Buyanjargal Yadamsuren.
ÜST-nin Ana və Yenidoğulmuş Sağlamlığının Tədqiqatı qrupunun Çoxsaylı Ölkələr üzrə
Sorğusu
ÜST-nın Ana və Yenidoğulmuş Sağlamlığının Tədqiqatı qrupunun Çoxsaylı Ölkələr üzrə Sorğusunda
regional və ölkə səviyyəli əlaqələndiriciləri, xarici məsləhətçiləri və ÜST-nin heyətindən aşağıdakı
şəxslər iştirak edib: Anthony Armson, Vicente Bataglia, Katherine Ba-Thike (ÜST), Eduardo Bergel
(ÜST), Liana Campodonico, Guillermo Carroli, José Guilherme Cecatti, Nomita Chandhiok, Kannitha
Cheang (ÜST Kamboca), Caroline Crowther, Cristina Cuesta, Bukola Fawole, Daniel Giordano, Ahmet
Metin Gülmezoglu (ÜST), Bernardo Hernandez, Hoang Thi Bang (WHO Viet Nam), Carol Hogue,
Kapila Jayaratne, Anoma Jayathilaka (ÜST Şri Lanka)), Malinee Laopaiboon, Gunilla Lindmark, Pisake
Lumbiganon, Matthews Mathai (ÜST), Syeda Batool Mazhar, Mario Merialdi (ÜST), Suneeta Mittal,
Rintaro Mori, Yvonne Mugerwa, Mir Lais Mustafa, Idi Nafiou, Juan Manuel Nardin, Alberto Narváez,
Isilda Neves, Nguyen Thi My Huong (ÜST), Eduardo Ortiz-Panozo, Laxmi Raj Pathak, Robert Pattinson,
Deepthi Perera, Ricardo Pérez- Cuevas, Zahida Qureshi, Tung Rathavy, Zenaida Recidoro, Malabika
Roy, Pang Ruyan, Lale Say (ÜST), Naveen Shrestha, João Paulo Souza (ÜST), Mary Ellen Stanton,
Surasak Taneepanichsku, Nguyen Viet Tien, Ganchimeg Togoobaatar, Eliette Valladares, Maria Julia
Vaz Grave, Wang Yan, Jean-José Wolomby-Molondo, Buyanjargal Yadamsuren, Khalid Yunis və Nelly
Zavaleta.
3
QISA İCMAL
Hamiləlik dövründə ciddi kəskin ağırlaşmaları
olan qadınlarda oxşar patoloji və gözlənilməyən
təsadüfi faktorlar qeydə alınır. Bu qadınların
bəziləri arasında ölüm halları baş versə də,
həmin qadınların bir qismi ölümdən qurtulmuş
olur. Baş verən ağır mamalıq fəsadlarının
(hamiləliyin ölümlə nəticələnməyən ciddi
ağırlaşmaları və ana ölümü) tədqiqi vasitəsi ilə
hamilə qadınlara göstərilən qayğı (və ya onun
çatışmazlığı) barəsində müvafiq məlumatlar
əldə etmək mümkündür. Bu məlumat kitabçası
səhiyyə işçiləri, proqram menecerləri və tibb
müəssisələrində və ya səhiyyə sistemi
çərçivəsində hamilələrə göstərilən tibbi
xidmətin keyfiyyətinin təmin edilməsi sahəsində
qərar qəbul edən şəxslər üçün nəzərdə
tutulubdur. Burada hamilələrə göstərilən tibbi
xidmət zamanı əsas müdaxilələrin həyata
keçirilməsinə nəzarətin təşkilini özündə ehtiva
edən ÜST-nin “Ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi metodikası” təsvir olunur və tibbi
xidmətin keyfiyyətinin sistemli
qiymətləndirilməsi üzrə müvafiq təkliflər
verilir.
ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” 3 standart mərhələ üzrə həyata
keçirilir: (1) ilkin qiymətləndirmə (ya təkrar
qiymətləndirmə); (2) vəziyyətin təhlili və (3)
səhiyyənin təkmilləşdirilməsi ilə əlaqədar
tədbirlər. İlkin qiymətləndirmə səhiyyə
müəssisələrində və ya hər hansı şəhər və ya
rayonun səhiyyə qurumu çərçivəsində və
həmçinin ölkənin bütöv səhiyyə sistemində
tətbiq oluna bilər.
Bu yanaşmanın uğurlu tətbiqi tədqiqatın
aparılması üçün hamiləliyin ölümlə
nəticələnməyən ciddi ağırlaşmalarına daxil
edilən halların müəyyənləşdirməsidir. Bütün
müvafiq qadınların tədqiqatdan kənarda
qalmaması üçün hamiləliyin ölümlə
nəticələnməyən ciddi ağırlaşmalarının tədqiqi
metodikasını tətbiq edən komanda tərəfindən
bütün iştirak edən tibb müəssisələrinin növləri
və xüsusiyyətlərini əks etdirən plan
hazırlanmalıdır. Tədqiqat üçün lazım olan bütün
məlumatlar seçilmiş xəstələrin xəstəlik
tarixlərindən və ambulator kartlardan əldə edilir.
Hər qadınla bağlı aşağıdakı məlumatlar toplanır;
hamiləliklə bağlı ciddi ağırlaşmalar və baş
vermiş ağır mamalıq fəsadları, müxtəlif klinik
müdaxilələrin (invaziv və qeyri-invaziv, habelə
farmakoloji) aparılması və intensiv terapiya və
ya reanimasiya şöbəsinə qəbul edilmə.
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi”nə dair yanaşmanın praktikada
tətbiqinin nəticələri tibb müəssisəsində mamalıq
xidmətlərinin keyfiyyətini müəyyən etməyə
imkan verir. Yanaşmanın tətbiqi ilə aşağıdakı
nəticələr əldə edilir: ana ölümü, hamiləlik və
doğuşdan sonrakı 42 gün ərzində qadınlar
arasında xəstələnmə halları və onların
xüsusiyyətləri, xəstələrin yönəldilməsi (qadın
məsləhətxanaları, təcili tibbi yardım
müəssisələri, poliklinikalar və s.) sisteminin
fəaliyyətində güclü və zəif tərəflər, klinik və ya
digər müdaxilələrin aparılması.
Şəhər və ya rayon səviyyəsində mamalıq
xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi
üçün doğuş keçirən və ya hamiləliklə bağlı
ağırlaşmaların müalicəsini həyata keçirən bütün
müəssisələr qiymətləndirilməyə daxil olmalıdır.
İkinci və üçüncü səviyyəli səhiyyə xidmətləri
göstərən tibb müəssisələri qiymətləndirmə
prosesinə daxil edildikdə, onların
qiymətləndirilməsi ilkin səhiyyə xidməti
göstərən tibb müəssisələrində olduğu kimi
aparılır.
Mamalıq xidmətlərinin davamlı
təkmilləşdirilməsi məqsədi ilə məsləhət görülür
ki, ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmalarının tədqiqi ilə bağlı metodika
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
4
yuxarıda təsvir olunmuş üç mərhələ üzrə yerinə
yetirilsin. Tibbi xidmətin keyfiyyətinin
qiymətləndirilməsində bu cür standartlaşdırılmış
yanaşmanın tətbiqi müxtəlif müəssisələrdən
toplanan məlumatların gələcəkdə müqayisəli
təhlilinə imkan verir. Həmçinin həmin
məlumatların ölkələr arasında müqayisəli
təhlillərinin aparılması üçün istifadəsi də
mümkündür.
ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” əsasında aparılmış təhlillərin
ümumiləşdirilmiş nəticələri geniş ictimaiyyət
üçün açıq olmalıdır. Bu cür məlumatlar hamilə
qadınlara göstərilən tibbi qayğının
yaxşılaşdırılması məqsədilə geniş ictimai
vəkillik fəaliyyətinin aparılmasında vətəndaş
cəmiyyəti və peşəkar cəmiyyətlərin səfərbər
olunması üçün xüsusilə faydalıdır. Həmçinin
keyfiyyətli məlumatların paylaşılması mamalıq
və perinatal xidmətlərin yaxşılaşdırılması üçün
xarici donorların cəlb edilməsində yardım edə
bilər. Bundan əlavə ÜST və digər təşkilatlar
həmin məlumatları sistemli təhlillərdə istifadə
edərək dünyada mamalıq xidmətlərinə olan
ehtiyacları daha düzgün qiymətləndirə bilər.
1. GİRİŞ
Minilliyin İnkişaf Məqsədlərindən biri olan ana
ölümünün azaldılması prosesi əzəldən ana
ölümü yüksək olan əksər ölkələrdə çox ləng
gedir və bu qlobal problemin təcili şəkildə
həllinə ehtiyac vardır (1). Bu səbəbdən ÜST və
digər təşkilatlar doğuş zamanı yaranan
ağırlaşmaların effektiv müayinə və müalicəsi
məqsədilə bütün doğuşların təcrübəli tibb
mütəxəssisi tərəfindən aparılmasını tövsiyə edib
(2). Bunun nəticəsində daha çox ölkə doğuşun
tibbi müəssisələrində keçirilməsini təşviq edən
milli siyasətlərini formalaşdırmışdır. Lakin
aşağı və orta gəlirli ölkələrdə maliyyə
resurslarının azlığı və peşəkar tibbi
mütəxəssislərin çatışmazlığı səbəbindən bu cür
siyasətlərin tətbiqi tibb müəssisələrinin həddən
artıq yüklənməsinə gətirib çıxara bilər və
göstərilən xidmətlərin keyfiyyətinə ciddi təsir
edə bilər. Həmçinin bir çox aşağı və orta gəlirli
ölkələrin bütün doğuşların tibb müəssisələrində
aparılmasına qısa və orta müddət ərzində nail
ola biləcəyi real görünmür və maliyyə resursları
baxımından əlçatmazdır. Daha səmərəli və
maliyyə tutumu daha az olan yanaşmalardan biri
hamilə qadınlara göstərilməsi tələb olunan tibbi
xidmətin gecikdirilməməsi ilə bağlı tədbirlərin
görülməsi ola bilər (3).
Hamiləlik zamanı ciddi ağırlaşmalarla
qarşılaşmış qadınlar arasında oxşar patoloji və
subyektiv faktorlar mövcuddur. Bu halların bir
qismi hamilə qadınların ölümü ilə nəticələnsə
də, digər bir qismi ölümdən qurtulmuş olur.
Ağır mamalıq fəsadları ilə nəticələnmiş klinik
halların, o cümlədən ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və ana ölümlərinin
tədqiqi hamilə qadınlara göstərilən tibbi
xidmətin mövcud durumunu və ya
çatışmazlıqlarını qiymətləndirməyə imkan verir
(4-6). Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmalarının standart tərifinin və diaqnostik
meyarlarının müəyyən edilməsi məqsədi ilə
2007-ci ildə ÜST tərəfindən ginekoloqlar,
mamalar, epidemioloqlar və ictimai səhiyyə
mütəxəssislərindən ibarət texniki işçi qrupu
yaradılmışdır. Məlumatların toplanılmasında
potensial çətinlikləri və toplanmış məlumatla
onun keyfiyyəti arasında balansın təmin
olunmasını nəzərə alaraq, həmin işçi qrup yalnız
ən ağır mamalıq hallarını, əsasən də orqanların
çatışmazlığı ilə müşahidə olunan halları
nəzərdən keçirmişdir. İşçi qrup tərəfindən
ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmalarının tərifi və diaqnostik meyarları
sonradan müxtəlif səviyyələrdə sınaqdan
keçirilmişdir. Həmin sınaqlarda bu meyarların
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
5
etibarlılığı və çox faydalı məlumat əldə etməyə
imkan verdiyi təsdiq edilmişdir.
ÜST-nin texniki işçi qrupu, həmçinin səhiyyə
sistemi və ya fərdi tibbi müəssisəsi çərçivəsində
tibbi xidmətlərin keyfiyyətini qiymətləndirməyə
imkan verən göstəriciləri (indikatorları) də
müəyyən etmişdir. Həmin göstəricilər
(indikatorlar) müəssisənin daxili fəaliyyətini
qiymətləndirməyə yardım edir. Onların köməyi
ilə bütöv səhiyyə sisteminin qadınların müvafiq
xidmətlərlə təmin edilməsi məqsədilə mövcud
ləngimələri aradan qaldırmaq və ya digər tibb
müəssisələrinə yönəltməklə bağlı fəaliyyətini
dəyərləndirmək mümkündür. Ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmalarının
tədqiqi ilə tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsinin hərtərəfli aparıldığına
əmin olmaq üçün xüsusi proses indikatorları
(prosesin aparıldığını müəyyən edən
göstəricilər) da tərtib edilib. Həmin proses
indikatorları klinik audit və ya xəstəlik
tarixlərinin araşdırılması metodikasına
əsaslanaraq təklif edilmişdir (9). Bu proses
indikatorları hamiləlik və ya doğuşla bağlı baş
verən ciddi ağırlaşmaların profilaktikası və
müalicəsi prosesində yüksək effektivliyə malik
müdaxilələrin cari və optimal istifadəsi
arasındakı boşluqları qiymətləndirməyə imkan
verir.
1.1. Metodik təlimatın məqsədi və
hədəf qrupu
Bu metodik təlimat hamilə qadınların sağlamlığı
və mamalıq xidmətlərinin keyfiyyətinə
cavabdeh olan səhiyyə işçiləri, proqram
rəhbərləri və səhiyyə siyasətinin
formalaşdırılmasına məsuliyyət daşıyan
mütəxəssislər üçün nəzərdə tutulub. Burada
hamilə qadınların sağlamlığı, habelə mamalıqda
istifadə edilən mühüm müdaxilələrin tətbiqinin
monitorinqi və xidmətlərin keyfiyyətinin
sistemli qiymətləndirilməsi təsvir olunur.
Bütövlükdə bu təlimatda təqdim edilmiş
metodlar və prosedurlar ÜST-nin “Ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi metodikası”nı
təşkil edir. Bu yanaşmanın milli səhiyyə
sistemləri daxilində göstərilən tibbi xidmətlərin
qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün
istifadəsi tövsiyə edilir (8). Bu yanaşmanın
səhiyyə xidmətləri səviyyəsində tətbiqi
aşağıdakılara nail olmağa imkan verir:
ağır mamalıq fəsadları, ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
ana ölümü hallarının rast gəlinmə tezliyini
müəyyənləşdirmək;
ağır mamalıq fəsadları ilə müşahidə olunan
halların azaldılmasında tibb müəssisələri və
ya bütövlükdə səhiyyə sisteminin
(yanaşmanın tətbiq edildiyi səviyyədən asılı
olaraq) fəaliyyətini qiymətləndirmək;
hamiləlik və doğuşla əlaqədar baş verən
ağır fəsadların qarşısının alınması və
müalicəsi məqsədi ilə əsas müdaxilələrin
tətbiqinin tezliyini müəyyənləşdirmək və
hamilələrin sağlamlığı və mamalıq
xidmətlərinin keyfiyyətinə dair geniş
maarifləndirmə aparmaq və onların
təkmilləşdirilməsinə təkan vermək.
1.2. Əsas mülahizələr və prinsiplər
Bu metodik təlimat meyarlara əsaslanan klinik
audit və ya xəstəlik tarixlərinin təhlili
konsepsiyasına əsaslanır. Onun hazırlanmasında
aşağıdakı prinsiplərə riayət olunub: istifadədə
asan olması, tətbiqə yol açan nəticələr və
maliyyə tutumluluğunun az olması.
Metodikanın əsaslandığı mühüm fərziyə ondan
ibarətdir ki, bütün ana ölümü halları həyat üçün
təhlükə törədən ən azı bir pozuntu (orqanların
çatışmazlığı) ilə müşayiət olunur. Həmçinin
güman edilir ki, həyat üçün təhlükə törədən
pozuntusu olan qadınların bir qismi hamiləliklə
bağlı ciddi ağırlaşması olan (məs., ağır
postpartum və ya zahılıq dövrünün qanaxması,
ağır pre-eklampsiya, eklampsiya, sepsis və ya
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
6
uşaqlığın cırılması) və ya intensiv terapiya və ya
digər müdaxilələr almış (məs., qan
transfuziyası, laparotomiya, intensiv terapiya
şöbəsinə qəbul edilmə) qadınlardır.
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” səhiyyə sistemi çərçivəsində
hamilələrə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin qiymətləndirilməsi üçün faydalı
olsa da, onun məhz ayrı-ayrı tibb
müəssisələrində tətbiqi daha məqsədəuyğundur.
İdeal şəraitdə bu metodika səhiyyə sisteminin
gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin
monitorinqi, mühüm klinik müdaxilələrin tətbiq
edilməsinin qiymətləndirilməsi və səhiyyə
sisteminin bütün səviyyələrinin
təkmilləşdirilməsi üçün istifadə edilir.
Hamilə qadınlara göstərilən tibbi xidmətlərin, o
cümlədən mamalıq xidmətlərinin keyfiyyətinin
qiymətləndirilməsi üçün bu metodika yalnız ən
əsas indikatorlar üzərində qurulub. ÜST-nin
texniki işçi qrupunun fikrincə ənənəvi olaraq
sosial, demoqrafik və epidemioloji
qiymətləndirmələr üçün hamilə qadınlara dair
toplanan məlumatlar (məs., ananın yaşı,
doğuşların sayı) tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsi üçün heç də yararlı olmaya
bilər. Həmçinin işçi qrupunun fikrincə tibbi
xidmətlərin qiymətləndirilməsi üçün istifadə
edilən göstəricilərin çox olması məlumatların
toplanmasında çətinliklər yarada və
məlumatların keyfiyyətinə təsir göstərə bilər.
Lakin geniş və əhatəli qiymətləndirmə prosesi
üçün istifadə edilən göstəricilər (indikatorlar)
yerli ehtiyaclara və vəziyyətə uyğunlaşdırıla
bilər. Qeyd olunduğu kimi bu metodika fərdi
tibbi müəssisəsində tətbiq üçün nəzərdə tutulub.
Buna baxmayaraq əgər doğuşların böyük bir
hissəsi (>20%-dən çoxu) icmada, yəni tibb
müəssisələrindən kənarda baş verirsə, bu zaman
tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsi üçün məlumatlar həm fərdi
tibbi müəssisələrindən, həm də bir başa yerli
icma üzvlərindən toplanmalıdır.
“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadlarının tədqiqi metodikası”nın
əsas məqsədi qarşısı alına bilər hamiləlik
ağırlaşmaları, mamalıqla bağlı ağır fəsadlar və
ölüm hallarının profilaktikasına yönəlmiş sübuta
əsaslanan klinik fəaliyyətin yaxşılaşdırılmasıdır.
Buna görə də həmin metodika sübutlu təbabətə
əsaslanan klinik tövsiyələr və təlimatlara (ÜST-
nin tövsiyələri) əsaslanmalıdır.
Dostları ilə paylaş: |