Və funksi yalari südabə Hüseynova



Yüklə 339,69 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix03.05.2023
ölçüsü339,69 Kb.
#106467
  1   2   3   4   5   6


67
Elm və İnnovativ Texnologiyalar jurnalı
HÜQUQİ ŞÜURUN STRUKTURU 
VƏ FUNKSİ YALARI
Südabə Hüseynova
Fəlsəfə İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil edən ictimai 
varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və 
nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən kütləvi 
forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə 
fərdlərin əldə etdikləri konkret biliklərə, təsəvvürlərə, insan birgəyaşayışına, milli və 
etnoqrafi k xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə, həyat şəraitinə aid 
olan şüur səviyyəsidir. Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən 
sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar 
vasitəsilə ifadə olunur. 
Şüur əvvəldən verilmış, yaxud mövcud olan beyin potensialı və bu potensialın 
düzgün istiqamətləndirilməsi ilə bağlıdırsa, ictimai şüur daha çox tərbiyə və cəmiyyət 
həyatında
mövcud olan həyat tərzi ilə bağlıdır.
Şüur amili ictimai şüur üçün əhəmiyyətli 
rol oynayır. Lakin ictimai şüur daha çox fərdin ictimailəşməsi, yaxud sosiallaşması ilə 
bağlıdır. Belə ki, sosiallaşmayan yüksək səviyyəli fərdi şüur daha çox zərər verə bilər. 
Sosiallaşmış, yaxud ictimailəşmiş şüur isə həm lokal, həm də universal əhəmiyyətli 
şüurdur. İctimai şüuru gündəlik həyatla, bu həyatın aşıladığı empirik, adi, yaxud kütlə 
şüurundan fərqləndirmək lazımdır. Bu baxımdan ictimai varlığın yaratdığı şüur heç də 
hələ ictimai şüur deyil. Adi, empirik, yaxud kütlə şüurudur. Bu şüurun tərkibində olan 
ictimailik elementləri isə adət-ənənə, arxetipiklik və mentalitetlə bağlıdır. Hərçənd 
bunlar heç də həmişəlik sabitliyə malik deyillər. Ya onların məzmununda tarixən bu və 
ya digər dəyişiklik əmələ gəlir, ya da bütövlükdə dəyişirlər. Buna görə nə adət-ənənəni, 
nə də mentaliteti və ona uyğun olaraq arxetipliyi mütləqləşdirmək, toxunulmaz bir şey 
kimi qəbul etmək olmaz (13).
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürək kəb-
ləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəti cəsində bərqərar 
olmuşdur. Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar: 


Südabə Hüseynova
68
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara 
(əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm). 
Hüquqi şüur – adamların, sosial qrupların, sinifl ərin hüquqa, qanunçuluğa, ədalət 
mühakiməsinə münasibətini, onların nəyin hüquqi və nəyin hüquqazidd olması haqqında 
təsəvvürlərini ifadə edən görüşlərin, ideyaların məcmusudur. İctimai şüur forması 
kimi hüquqi şüur hüquqi ideologiya, müəyyən sosial və elmi mövqelərə əsaslanan 
hüquqi görüşlər sistemidir. Adamların hüquqi hadisələrə münasibətdə vərdişləri, 
hissləri, emosiyaları hüquqi şüurun psixoloji cəhətidir. Hüquqi şüur ictimai şüurun 
ümumi inkişaf qanunauyğunluqlarına tabedir. Hüquqi şüur cəmiyyətin, sinifl ərin və 
fərdlərin ictimai istehsal sistemində və sosial-siyasi quruluşda vəziyyətinin spesifi k 
ifadəsidir. İctimai şüurun digər formaları, ilk növbədə siyasi şüur və əxlaq, habelə 
ictimai psixologiya da hüquqi şüura mühüm təsir göstərir (4, s.72).
İctimai şüurun əsas formalarından olan hüquqi şüurun struktur və funksiyalarının 
müəyyənləşdirilməsi üçün şüurun strukturu və funksiyalarını nəzərdən keçirmək 
lazımdır. 
Əlbəttə, nəzərdən qaçırmaq olmaz ki, geniş məzmunlu elmi anlayış kimi şüur 
ilk növbədə psixologiya elminin ayrı-ayrı sahələrində, eləcə də fəlsəfə elminin müxtəlif 
sahələrində araşdırılır və onun elmi mahiyyəti açılır. Lakin hüquq psixologiyasında 
şüur anlayışının ümumi fəlsəfi aspektlərindən çox onun psixoloji məzmununa, 
fərdi şüurun inkişaf səviyyəsinə və təzahür xüsusiyyətlərinə diqqət yetirilir. Hüquq 
psixologiyasında bu cəhətə xüsusi diqqət yetirilməsi həm də şüurun ali idrak prosesi 
kimi əsas funksiyaları ilə əlaqədardır

Şüur - psixi inikasın və özünütənzimlənmənin yüksək səviyyəsi olub, yalnız ictimai-
tarixi varlıq olan insana xasdır. Empirik səviyyədə şüur fasiləsiz olaraq dəyişən hissi 
və əqli təsəvvürlər kompleksi, həmçinin subyektin şəxsi təcrübələrinin təzahürü kimi 
çıxış edir (10, s.264). Şüurun əsas xüsusiyyətləri aşağıdakı kimi müəyyənləşdirilir:
1) Şüur xarici aləm haqqında biliklərin məcmusundan ibarətdir;
2) Şüurun mühüm bir cəhəti mənlik şüuru ilə bağlıdır: insan özünü dərk edir
“mənini”, “qeyri-məndən” ayırır, öz əməllərini və bütövlükdə özünü şüurlu surətdə 
qiymətləndirir;
3) İnsan qarşısına məqsəd qoyur və öz fəaliyyətini həmin məqsəd əsasında tənzim edir;
4) İnsanın münasibətləri şüurun mühüm bir cəhətini təşkil edir: şüurda intellektual 
olan affektiv olanla üzvü surətdə birləşir (2, s.30). 
Şüurun strukturu sosial mədəni xarakterə malikdir. Fərdin şüurunun strukturu erkən 
yaş dövrlərində uşağın böyüklərlə ünsiyyəti prosesində formalaşır. İnsanların birgə 
fəaliyyəti fərdi şüurun strukturunu inkişaf etdirir. Şüurun strukturunun mahiyyəti 



Yüklə 339,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin