Xəbər bülleteni №23


Dövlət komitəsi məlumatların elektron açıqlanması sistemini işə salıb



Yüklə 464,64 Kb.
səhifə6/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   23

Dövlət komitəsi məlumatların elektron açıqlanması sistemini işə salıb


12.02.2016

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) məlumatların elektron açıqlanması sistemini (MEAS) işə salıb. Transparency.az-a verilən rəsmi açıqlamaya görə, MEAS qiymətli kağızları kütləvi təklif edən və tənzimlənən bazarda ticarətə buraxan emitentlərin qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatları qəbulu, mərkəzləşdirilmiş qaydada saxlaması və ictimaiyyətə açıqlaması üzrə vahid məlumat resursudur.

Komitə bildirir ki, emitentlər üçün vahid məlumat resursu olan MEAS-ın istifadəyə verilməsi maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqini genişləndirmək məqsədi daşıyır: “MEAS qiymətli kağızlar bazarında şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investorlara dəqiq və dolğun informasiyanın təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanması və proseslərin elektronlaşdırılması üçün yaradılıb.

Məlumatların açıqlanması və əldə edilməsi www.disclosure.az internet səhifəsi ilə həyata keçirilir. Emitentlər QKDK-ya müraciət etməklə və ya asan imza vasitəsilə MEAS-da qeydiyyatdan keçməklə məlumatları açıqlaya bilər. Asan imzanı (www.asanimza.az) dəstəkləyən MEAS-da onlayn rejimdə qeydiyyatdan keçib məlumatları elektron şəkildə sistemə yükləmək mümkündür. Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanan məlumatların əldə edilməsinə görə heç bir ödəniş tələb edilmir”.


Mərkəzi Bank 10 banka 33,6 milyon dollar satıb


12.02.2016

amb 1Fevralın 12-də Mərkəzi Bank valyuta hərracı keçirib, 200 milyon ABŞ dolları məbləğində vəsaiti satışa çıxarıb. Rəsmi məlumata görə, hərracda iştirak edən 10 bankın məcmu tələbi 33,6 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin olunub.

10 gün əvvəl Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqlayıb. Hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir.

Ötən il yanvarın 31-də valyuta ehtiyatları 12 milyard 680 milyon 800 min dollar idi. Bir ildə 8 milyard 282 milyon 300 min dollar azalma qeydə alınıb.

Avtobusla sərnişin daşımağa yaş senzi qoyuldu


12.02.2016

avtobus
Fevralın 12-də Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliyə səs verib. Dəyişikliyə əsasən, qanunun 27.1-ci maddəsi yeni redaksiyada verilir. İndən belə avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan şəxslər buraxılacaq.

“DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ isə yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülərə verilir.


Kollecləri birləşdirən qərar müəllimlərin fəaliyyətinə təsir göstərəcəkmi?


12.02.2016

metbuat konfransi
Fevralın 12-si Təhsil Nazirliyində orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı mətbuat konfransı keçirib. Rəsmi məlumata görə, mətbuat konfransında bildirilib ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabinetinin 3 fevral qərarı ilə 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, həmçinin müvafiq maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb. Mətbuat konfransında qeyd olunub ki, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalacaq, qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək.

Transparency.az bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulur.

Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılır.

Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adı alır.

Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşulur. Yeni kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılır.


16,5 milyard dollarlıq ixracın 1,5 milyardı qeyri-neft məhsullarıdır


12.02.2016

dsk 1Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Hesabatda bildirilir ki, 2015-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 147 ölkədən məhsul alınıb.

Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,2 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 25 milyard 781 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 16 milyard 559,6 milyon dollar, idxalın həcmi 9 milyard 221,4 milyon dollar təşkil edib, nəticədə 7 milyard 338,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7 faiz artaraq 1 milyard 581,2 milyon dollar olub.




Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə