Xülasə Məqalədə informasiya müharibəsi ilə əlaqədar müəyyən terminlər şərh olunur, e-dövlətə qarşı informasiya



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix07.03.2023
ölçüsü0,91 Mb.
#86950
növüXülasə
  1   2   3   4   5
27I.Alakberova



Elektron dövlətdə informasiya müharibəsinin 
bəzi modelləri haqqında 
İradə Ələkbərova 
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 
airada.09@gmail.com
 
Xülasə
– Məqalədə informasiya müharibəsi ilə əlaqədar 
müəyyən terminlər şərh olunur, e-dövlətə qarşı informasiya 
müharibəsinin məqsəd və hədəfləri göstərilir. İnformasiya 
müharibəsidə istifadə olunması nəzərdə tutulan bəzi modellər 
analiz olunur.
Açar sözlər - e-dövlət, informasiya hücumu, kritik infrastruktur, 
informasiya müharibəsi modeli, psixoloji təsir, kibermüharibə
I.
GIRIŞ 
E-dövlət 
müasir 
informasiya 
kommunikasiya 
texnologiyalarından (İKT) istifadəyə əsaslanan yeni dövlət 
tipidir. E
-dövlətin formalaşmasında əsas şərt kimi 
vətəndaşların özünəxidmət imkanlarının dəstəklənməsi və 
genişlənməsi, seçicilərin dövlətin idarə olunmasında 
iştirakının təmin olunması, onların coğrafi məhdudiyyətləri 
ilə əlaqədar yarana biləcək problemlərin aradan 
qaldırılmasıdır ki, bu şərtləri müasir İKT vasitəsi ilə təmin 
etmək mümkündür. Üstünlüyü münasibətlərdə şəffaflıq, 
yüksək rahatlıq, korrupsiya hallarının qarşısının alınması və 
xərclərin azalmasıdır. 
İnformasiya cəmiyyətinin (İC) formalaşması, e-dövlət 
quruculuğunda istifadəsi nəzərdə tutulan layihələrin 
çoxalması və təkmilləşdirilməsi nəticəsində dövlət 
strukturlarına aid kompüter şəbəkələrinin və virtual məkanın 
təhlükəsizliyinə tələbat çoxalmaqdadır. Müxtəlif illərdə İP 
protokolunun universallığından ortaya çıxan imkanlar, veb-
texnologiyalarının inkişafı və onlardan geniş istifadə 
nəticəsində real təhlükələr artmışdır. Bu baxımdan e
-
dövlətin idarə olunmasında əsas şərt onun təhlükəsizliyidir. 
II.
İNFORMASIYA
MÜHARIBƏSI
ILƏ
BAĞLI
ANLAYIŞLAR 
E-dövlətin formalaşması və informasiyanın rolunun 
cəmiyyətdə həddən artıq artması nəticəsində “informasiya 
hücumu” (information attaks), “informasiya qarşıdurması” 
(information confrontation) və “informasiya müharibəsi” 
(information warfare) terminləri insanların gündəlik 
həyatında tez-tez istifadə olunmaqdadır [1].
İnformasiya 
qarşıdurması 
– 
tərəflərin 
xüsusi 
metodlardan, informasiya resurslarına təsir üsulları və 
vasitələrindən istifadə etməklə informasiya resurslarının 
məhvinə 
və 
ya 
nəzarətdə 
saxlanmasına yönəlmiş 
informasiya əməliyyatıdır [2]. İnformasiya hücumu isə icazə 
olmadan istənilən formada informasiyanın köçürülməsi, 
dəyişdirilməsi 
və 
məhvinə, 
həmçinin, 
proqram 
təminatlarına, məxfi informasiyanın saxlandığı texniki 
qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır 
[3]. İnformasiya müharibəsi isə özündə informasiya hücumu 
və qarşıdurması kimi əməliyyatları birləşdirən daha 
təhlükəli informasiya təsiri formasıdır.
İnformasiya müharibəsi qarşı tərəfin informasiyasına, 
informasiya proseslərinə və sistemlərinə zərər vurmaqla 
informasiya üstünlüyü əldə etmək, qarşı tərəfin iqtisadi, 
hərbi potensialını ələ keçirmək uğrunda həyata keçirilən 
məqsədyönlü fəaliyyətdir. İnformasiya 
müharibəsində 
informasiya həm silah, həm də məqsəddir [4].
E-dövlətə qarşı informasiya müharibəsindən danışarkən 
yalnız texniki vasitələrin məhvi və nəzarətdə saxlanması 
deyil, eyni zamanda insan faktoru da nəzərə alınmalıdır. 
Müasir 
informasiya 
müharibəsi 
texnologiyalarının 
yaranması, inkişafı və geniş tətbiqinin müxtəlif izahları var 
[5]: 
1. Hesablama texnikası və kommunikasiya vasitələrinın 
sürətli inkişafı, şəbəkə texnologiyasının təkmilləş-
dirilməsi cəmiyyətdə əsas resurs kimi informasiyanın 
rolunun artmasına səbəb oldu.
2. Effektivliyinə görə informasiya maddi resurslardan 
daha yuxarıda dayandı. Elmi-texniki nailiyyətlər 
hərbi sahədə istifadə edilən ənənəvi silahlarla yanaşı 
bir sıra İKT vasitələrinin kütləvi istehsalına və 
informasiya təhlükəsizliyinin təmini üçün geniş 
istifadəsinə şərait yaratdı. 
3. İnsanların 
beyinlərinin 
və 
davranışlarının 
öyrənilməsində əldə edilən nailiyyətlər insanlara 
müxtəlif istiqamətlərdə psixo-fizioloji təsirlərin 
yollarını və vasitələrini daha yaxşı başa düşməyə 
imkan verdi. 
“İnformasiya müharibəsi” terminini ilk dəfə 1976-cı ildə 
amerikalı mütəxəssis Tomas Rona (Thomas Rona) “Boeing” 
kompaniyası üçün hazırladığı “Silah sistemləri və 
informasiya müharibəsi” adlandırdığı hesabatında istifadə 
etmişdir. Rona hesabatında sübut etmişdir ki, son illərdə 
informasiya infrastrukturu dövlətin iqtisadiyyatının əsas 
komponentinə çevrilmişdir [5].
İnformasiya müharibəsinin ilk tədqiqatçılarından biri, 
ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı Martin 
Libiki (Martin Libicki) 1995-ci ildə yazdığı “İnformasiya 
müharibəsi nədir?” məqaləsində informasiya müharibəsi 
texnologiyalarının təsnifatını vermiş və göstərilmişdir ki, 
son dövrlərdə İKT-nin inkişafı nəticəsində artıq informasiya 
müharibəsində yalnız psixoloji deyil, əsasən iqtisadi və 
hərbi aspektlərə üstünlük verilir İnformasiya müharibəsinin 
mərhələləri [6]: 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin