“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsasları



Yüklə 0,54 Mb.
səhifə3/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   2   3   4   5   6   7   8   9   ...   57
referat 3390

1.3. Dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsasları

Dövlətin meydana gəlməsilə dövlətçilik, dövlət idarəçiliyi və onun metodoloji əsasları da meydana gəlmişdir. Metodologiya deyəndə, ümumiyyətlə bu və ya digər həqiqəqti dərk etmək üçün istifadə olunan metodların və ümumi prinsiplərin məcmusu nəzərdə tutulur. Metodologiya dərketmə prosesinin müəyyənedici başlanğıcı, elmi dərketmənin və sosial həqiqətlərin obyektlərinin izahının konkret metodlar və vasitələr kompleksində reallaşan ümumi nəzəri tələbidir. Başqa elm sahələri kimi dövlət idarəçilik nəzəriyyəsinin də metodoloji əsasını müvafiq dövlət idarəetmə sisteminin dünyanın və onun inkişaf meyllərinin izah olunmasına fəlsəfi yanaşması təşkil edir.


Müasir siyasi və sosial elmlərdə real vəziyyətin təhlili və dərk olunmasına, o cümlədən dövlət idarəçiliyinə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Buna misal olaraq marksist, siyasi-sosioloji, sistemli təhlil, struktur-funksional, konfliktoloji, kulturoloji, kibernetik yanaşmaları göstərmək olar. Bu yanaşmaların müəlliflərinin dunya görüşü əsaslarının uyğun gəlməsinə, hamısının özünəməxsus həqiqəti dərk etmə nöqteyi-nəzəri olmasına baxmayaraq, onların hamısı obyektiv həqiqəti əks etdirməyə istiqamətlənmişdir, hamısı siyasi-sosial reallığı izah etməkdə obyektivliyə can atır ki, bu da onları bir-birini inkar edən konsepsiyalar kimi yox, bir-birini qarşılıqlı sürətdə tamamlayan konsepsiyalar kimi qəbul etməyə əsas verir. Bu yanaşmalar çoxsaylı və müxtəlif olsa da, onların əsasında dövlət idarəçiliyinin müxtəlif mülkiyyət münasibətlərinin qorunub saxlanması və inkişafına xidmət etməli olması durur və bu baxımdan onların metodoloji əsası bitir.
Metodoloji yanaşmaların dövlət idarəçilik nəzəriyyəsinə tətbiqi minimum aşağıdakı üç tələbə əməl olunmasını nəzərdə tutur;

  1. Dövlətə sosial sistem kimi, onun idarəetmə fəaliyyətinə isə sosial idarəetmənin bir növü kimi yanaşmaq;

  2. Dövlət idarəetmə fenomenini obyektləşdirilmiş səmərəli (düşünülmüş) fəaliyyət kimi qəbul etmək, başqa sözlə, siyasi-sosial reallığın, təşkilati-idarəetmə strukturlarının, siyasi-hüquqi aktların, mərkəzi dövlət hakimiyyəti orqanları ilə partiya və ictimai biliklər arasında idarəetmə münasibətlərinin müxtəlif formalarının olduğunu qəbul etmək;

  3. Dövlət idarəetməsinin nəzəri təhlilində konkret tarixi yanaşma prinsipini nəzərə almaqla qurmaq.

Bu prinsiplərin dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsası kimi qəbul edilməsi onu göstərir ki, dövlət idarəçilik nəzəriyyəsi dövlətə və onun idarəetmə sisteminə həmişə inkişafda olan bir kateqoriya kimi yanaşmalı və hər bir sosial-siyasi quruluşun özünəməxsus dövləti və dövlət idarəetmə sistemi olduğunu qəbul etməlidir.
Dövlət idarəçilik nəzəriyyəsinə sistemli yanaşma dövlət idarəçiliyində mövcud olan və vahid bir sistem yaradan qarşılıqlı əlaqələrin əlamətlərinin sistemli təhlilidir. Sosial-siyasi elmlərdə bu metodoloiyanın nəzəri əsaslandırılması T.Parsonun, D.İstonun əsərlərində öz geniş əksini tapmışdır. D.İstonun sistem modeli özündə ümumi sistem nəzəriyyəsinin siyasi təhlilə prinsipial tətbiqini birləşdirir, o cümlədən, dövlət idarəçiliyi nəzəriyyəsinə sistemli təhlil nəzəriyyəsinin əsasını müəyyən edən “siyasi sistem”, “davamlılıq”, “tarazlıq”, “funksiya”, “əks-əlaqə” və.s. kimi anlayışları siyasi elmlərə, o cümlədən, dövlət idarəçiliyi nəzəriyyəsinə də daxil edilmişdir.
Dövlət idarəçiliyinin bir sistem kimi öyrənilməsi öncə funksional-struktur yanaşmanı nəzərdə tutur. Burada “struktur” və “funksiya” anlayışları daha universal anlayışın içərisindən çıxarılır və diqqət mərkəzinə çəkilir. Struktur-funksional təhlil bütövlükdə sistemin (dövlət idarəçilik sisteminin) mövçudluğu və qorunub saxlanması problemlərinin həllinə tabe edilir. Müasir idarəçilik nəzəriyyəsinə struktur-funksional yanaşma iki istiqaməti – struktur və funksional istiqamətləri birləşdirir. Öz növbəsində struktur istiqaməti bu sistemi təşkil edən komponentlərin aydınlaşdırılmasıvə onların qanunauyğun əlaqələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Funksional istiqamət isə sistemin sistemin elementlərinin daxili fəaliyyət mexanizmlərinin, eləcə də sistemin xarici mühitlə əlaqəsinin, yaxud xarici fəaliyyət funksiyalarının öyrənilməsini əhatə edir. Daxili fəaliyyət mexanizminin öyrənilməsi sistemin saxlanmasına yönəlmiş fəaliyyətin istiqamətini açır, eləcə də özünün daxil olduğu sistemə münasibətdə əsas funksiyasının reallaşmasını təmin edir.
Xarici fəaliyyətin təhlili kibernetik anlayışlardan istifadə etməklə həyata keçirilir. Hər bir ictimai sistemin girişi və çıxışı olan kibernetik model formasında təsəvvür etmək olar. Ona idarəetmə təsiri girişdə göstərilir, nəticə çıxışda qeydə alınır. Giriş və çıxışın qarşılıqlı təsirinin, onlar arasında asılılığın təhlili müəyyən konkret şəraitdə sistemin durumunu proqnozlaşdırmağa və idarə etməyə imkan verir.
Son illərdə siyasi elmlərdə siyasi-kulturoloji yanaşma tətbiq olunmağa başlamışdır. Belə yanaşma bu və ya digər cəmiyyətə xas olan siyasi mədəniyyətə görə siyasi sistem, dövlət-hüquq institutlarının xarakteri, onların idarəetmə fəaliyyəti və dövlət idarəetmə münasibətləri haqqında fikir yürütməyə əsas verir.
Hər hansı metodologiyanın tətbiqinin səmərililik ölçüsü obyektiv həqiqətin əldə olunması və praktiki fəaliyyətin səmərəliliyinə nail olmaqdır. Lakin buna nail olmaq imkanı bu vaxt mövcud olan şəraitin imkanları ilə məhdudlaşır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin