“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəçilik nəzəriyyəsinin metodu



Yüklə 0,54 Mb.
səhifə4/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   2   3   4   5   6   7   8   9   ...   57
referat 3390

1.4. Dövlət idarəçilik nəzəriyyəsinin metodu
Metod hər hansı bir baza prinsiplərə istinad edərək yeni elmi hipotezlərin formalaşdırılması, reallıqların dərk olunması, çıxarılmış nəticələrin sübut edilməsi üçün istifadə olunan müxtəlif fəndlərin, üsul və vasitələrin məcmusudur.
Dövlət idarəçilik nəzəriyyəsinin və onun metodoloji əsasının kompleks xarakteri onun siyasi-sosial, siyasi-hüquqi və sosial-iqtisad reallığın öyrənilməsinin obyektiv və subyektiv, sosial-siyasi və ümumi-elmi, nəzəri və təcrübi metodları kompleksinin olmasını tələb edir. Bu hamılıqla qəbul olunsa da hələlik obyektiv səbəblərə görə yalnız dövlət idarəçilik nəzəriyyəsinə aid etmək olan unikal tədqiqetmə, öyrənmə metodu demək olar ki, yoxdur.
Başqa elm sahələrində dərk və izahetmə metodlarının tarixən formalaşdığını nəzərə alaraq demək olar ki, dövlət idarəçiliyi nəzəriyyəsində də təkmil, özünəməxsus tədqiq metodunun formalaşması mümkündür və yəqin ki, tədricən belə olacaqdır. Yalnız bir əsas metodoloji məsələ - obyektiv və subyektiv metodların bir-birini qarşılıqlı tamamlaması prinsipi dövlət idarəçilik nəzəriyyəsinə xas olan metod kimi geniş yayılmışdır, onun həllinə yanaşma metodlarında isə fərqlər yenə qalır. Dövlət idarəçiliyi öz təbiətinə və quruluşuna görə özündə obyektiv və subyektiv istiqamətləri, yanaşmanı birləşdirir. Obyektiv yanaşma metodu ondan ibarətdir ki, dövlət həmişə özünə, fəaliyyətinə, cəmiyyətin təlabat və istəyinə kənardan baxmalı, cəmiyyətin vəziyyətini, onu narahat edən hadisələri və əhalinin istəyini obyektiv olaraq qiymətləndirməyi bacarmalıdır. Subyektiv metod dövlətin və onun idarəetmə sisteminin cəmiyyətə daxilən baxması – cəmiyyətin problem və istəyini bütün reallığı ilə dərk etməsi və öz idarəçiliyində nəzərə alması metodudur. Bunlar bir-birinə nə qədər yaxın olsa, üst-üstə düşməyə yaxınlaşsa, dövlət idarəçiliyinin müvəffəqiyyəti bir o qədər böyük ola bilər.
Dövlət idarəçiliyi nəzəriyyəsində bilavasitə ona məxsus digər xüsusi tədqiqat metodları işlənib hazırlanmadığından hələlik çoxsaylı məsələlərin tədqiqi üçün ümumi elmi metodlardan və dövlət idarəçiliyinin aid olduğu ictimai elm sahələrində tətbiq olunan xüsusi metodlardan özünəməxsus formalarda istifadə olunur.
Bu ümumi elmi metodlar içərisində analiz və sintez mühüm yer tutur. Bunun köməyilə fənnin predmetinə aid ayrı-ayrı məsələlər təhlil edilir, ümumiləşdirilir və dövlət idarəçiliyinə aid ümumi nəticələr çıxarılır. Misal üçün, dövlət idarəçiliyinin strukturunda qanunverici, icraedici və məhkəmə orqanları müəyyən edilir və onların sintezdən ölkənin vahid dövlət idarəçilik aparatı formalaşdırılır.
Dövlət idarəçiliyində məntiqi mühakimə metodundan da istifadə olunur. Onun köməyi ilə zəkada müxtəlif ümumiləşdirmələr, rəylər, qərarlar formalaşır, sonra lazım gələn hallarda müvafiq sənədlərdə və praktikada öz əksini tapır.
Dövlət idarəçiliyində formalizə etmək metodu müəyyən qədər yayılmışdır. Onun köməyilə dövlətçilikdə və dövlət idarəçiliyində hər hansı institutun (orqanın) strukturu, fəaliyyətinin əsas istiqamətləri müəyyən edilir.
Müqayisə metodu dövlət idarəetmə sistemində ən çox yayılmış metodlardan biridir. Ümumiyyətlə, dövlətçilikdə, dövlət idarəçiliyinin nəzəri və praktiki məsələlərinin həllində müqayisə metodunun tətbiqinin vacibliyini hamı qəbul edir, burada ciddi fıkir ayrılığı yoxdur. Lazımi materialı toplamaq, sistemləşdirmək, ən vacib məsələləri müəyyən etmək və başlıca diqqəti həmin məsələlərin həllinə yönəltmək - bunlar düzgün idarəetmənin mühüm şərtidir. Lakin hansı faktları toplamaq, hansıları necə müqayisə etmək, hansı faktların dövlət idarəçiliyi üçün vacibliyini qəbul etmək məsələlərində fıkir ayrılığı mövcuddur. Həm də bu təkcə dövlət idarəçiliyinə aid deyil. Belə ki, müqayisə bütün elm sahələrində vacibdir və istifadə olunur. Çünki konkret bir nəticəyə gəlmək üçün faktların, hadisələrin kəmiyyət və keyfıyyət tərəflərinin müqayisəsi bütün elmlər üçün vacibdir.
Kəmiyyət metodu, o cümlədən, statistik təhlilproqnozlaşdırma metodu - bunlar idarəetmədə ən geniş yayılmış vasitələrdir. İdarəetmə qərarlarının qəbulunda təkmilləşmənin verə biləcəyi iqtisadi, sosial və siyasi nəticələrin müəyyənləşdirilməsində, idarəetmənin təşkilati strukturunun təkmilləşməsində statistik kəmiyyət təhlili və proqnozlaşdırma metodlarından geniş istifadə olunur.
İdarəetmədə ekstrapolyasiya və modelləşdirmədən də metodoloji vasitə kimi istifadə olunur. Ekstrapolyasiya - idarəetmədə hər hansı bir müsbət və ya mənfı meylin, əlamətlərin oxşar idarəetmə orqanlarına yayılmasıdır. Modelləşdirmə hər hansı idarəetmə orqanının, idarəetmə strukturunun, idarəetmə prosesinin, əməliyyatın modelinin işlənib hazırlanması və tətbiqidir.
Müxtəlif elmi-praktiki eksperimentlər (təcrübələr) aparılması. Bu və ya digər idarəetmə institutlarının yaradılmış şərait daxilində fəaliyyətinin yoxlanması, yaxud vəziyyəti öyrənmək, müəyyən bir təklifi hazırlamaq üçün eksperimentlər aparılması metodundan istifadə olunur. Eksperiment yolu ilə əldə olunan məlumatların düzgünlüyü, obyektivliyi bütün zəruri tələblərə əməl edildiyi şəraitdə (eksperiment üçün obyektin, şəraitin düzgün seçilməsi, həlli vacib olan problemin düzgün müəyyən edilməsi) təmin edilmiş ola bilər.
Dövlət idarəçilik nəzəriyyəsində tətbiqi xarakterli tədqiqatlar ayrı-ayrı konkret şəraitlərdə ayrı-ayrı liderlərin çıxışlarına, hərəkətlərinə, ayrı-ayrı konkret şəraitdə dövlətin tədbirlərinə rəyi soruşulanların münasibətini öyrənməyə kömək edir. Bu cür tədqiqatlar dövlət idarəetmə sistemi haqqında dolğun məlumat verməsə də dövlət idarəçiliyi sahəsində nəzəri ümumiləşdirmələr aparmaq, nəticələr çıxarmaq üçün faktiki material əldə olunması və toplanması üçün vacib vasitə rolunu oynayır.
Dövlət idarəetməsində tarixi-məntiqi metod, yəni hadisələrin əmələ gəlməsi və inkişafına tarixi səpgidə yanaşma (müəyyən bir xüsusiyyət nə vaxt yaranıb, hansı inkişaf mərhələsi keçib, indi nə vəziyyətdədir), konkret sosioloji metod və fəndlər (konkretləşdirmə, müsahibələr), sosial-keyfıyyət dəyişikliklərinin tədqiqat metodları geniş tətbiq olunur. Sosioloji metodlar dövlət idarəçiliyində özünün daha geniş tətbiqini tapmışdır. Sosioloji metod idarəetmə sistemilə cəmiyyət arasında əlaqə və əks-əlaqə yaranmasında, dövlət institutlarının qərarlarına qarşı əhalinin müəyyən qrupunun münasibətinin öyrənilməsində, dövlət siyasətinin sosial səmərəliliyinin aşkara çıxarılmasında mühüm rol oynayır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin