Şimalda - Qafqaz dağlarından Dərbənd ətrafı əraziləri əhatə edirdi
Şərqdə - Xəzər dənizinə, qərbdə - Gürcüstan Respublikasına qədər əraziləri əhatə edirdi
Cənubda - Zəncan-Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayını əhatə edirdi
Cənub-qərbdə Oğuz yurdu olan - İrəvan şəhəri daxil olmaqla indiki Ermənistan ərazisini əhatə edirdi
Qədim tayfaların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri də dil sayılır. Hazırda Respublikamızda yaşyan “azsaylı xalqlar” əsrlər boyu Azərbaycanda məskunlaşan İrandilli (tat, talış kürd), Qafqazdilli (udin, ləzgi, xınalıq, buduq) Türkdilli (hun, qıpçaq, xəzər, oğuz ) və başqalarının varisləridir.
Azərbaycan ərazisində məskunlaşmış tayfalar içərisində türk tayfaları üstünlük təşkil edirdi. Qədim və Orta Əsr mənbələrində Azərbaycanda yaşayan çoxsaylı türk tayfalarının adları çəkilir (kimmer, iskit, massaget, xəzər, qıpçaq və.s). Bugünkü Azərbaycan türkləri onların varisləridir. Sasanilərin və ərəblərin hakimiyyəti dövründə də türklərin Azərbaycana güclü axını oldu və yeni gələn türklər yerli türklərlə birləşdirdi. Farslar və ərəblər is öz dillərini itirərək yerli əhaliyə qaynayıb-qarışırdılar.
Dostları ilə paylaş: |