Ɔ Türkdilli Dövlətlərin Parlament Assambleyasının qurulmasına gedən yol Dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Azərbaycan ilə
Türkiyə arasında çoxtərəfli parlament əlaqələri özünəməxsus yer tutub. Belə
əməkdaşlıq qurumlarından biri Türkdilli Dövlətlərin Parlament Assamble-
yası olub. Dövlətçilik, müstəqillik, ərazi bütövlüyü, milli təhlükəsizliyin
qorunması, beynəlxalq aləmə çoxtərəfli inteqrasiyanın təmin olunması,
iqtisadi və geostrateji maraqların həyata keçirilməsi xarici siyasətdə mü-
hüm vəzifələrdən biridir. Dövlətlərin ikitərəfli əməkdaşlıqla yanaşı, regio-
nal və daha geniş qlobal mexanizmlər çərçivəsində çoxtərəfli əməkdaşlığı
bu istiqamətlərin reallaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlərin mövcud vəziyyətində hər bir dövlətin beynəlxalq
həyatda nüfuz və mövqeyinin möhkəmlətməsi, ümummilli problemlərin
həllinə yönəlmiş addımlarını beynəlxalq təşkilatlar çərçivəsində reallaş-
dırması məhz çoxtərəfli əməkdaşlıqla, digər dövlətlərin kollektiv dəstəyini