Tam aclıq pəhrizi – mədə - bağırsaq sistemini boşaltmaq, böyrəklərin işini yüngülləşdirmək və orqanlara bir qədər rahatlıq vermək məqsədilə xəstəni 1 – 2 sutka ac saxlayırlar. Tam aclıq pəhrizi atlarda mədənin kəskin genişləməsi, kaprostaz, bağırsaq damarlarının tromboemboliyası, bağırsaqların tutulması, mədə - bağırsaq sisteminin kəskin iltihabı, nefrit, peritonit, mioqlobinuriya, udlağın, yem borusunun, mədənin və bağırsaqların yaralanması, işkənbənin timpaniyası, mədə önünün atoniyası və kəskin retikuloperitonit kimi xəstəliklər zamanı təyin olunur. Bu müddətdə heyvana parenteral və rektal yolla qida maddələri verilir, su içmək isə məhdudlaşdırılır. Əgər heyvan su içməkdə çətinlik çəkirsə, ona zondla və ya rektal yolla ilıq su vermək lazımdır. Körpələrə aclıq dietası təyin etmək məsləhət görülmür. Kəskin mədə - bağırsaq xəstəlikləri olduqda yalnız bir neçə saat körpə heyvanın yemlənməsini gecikdirmək, süd əvəzinə fizioloji məhlul vermək olar.
Yarıaclıq dieta. Heyvanı aclıq dietasından adi yemləməyə keçirərkən 2 – 3 gün yarıac saxlayırlar. Yarıaclıq dietası eyni zamanda mədə - bağırsaq sisteminin, kəskin qaraciyərin, böyrəyin, ürək – damar sisteminin xəstəliklərində və s. təyin edilir.
Qoruyucu yemləmə rejimi. Burada xüsusi yemləmə qaydalarına diqqət yetirilməlidir. Bu zaman orqanizmdə mövcud olan funksional pozuntuya müvafiq yem seçilir. Belə yemləmə xəstə orqanın fəaliyyətinin nizamlanmasına kömək edir. Dietik yemləməsi müxtəlif orqanların, sistemlərin fəaliyyətini və maddələr mübadiləsini nizamlayır, mineralların, aminturşuların miqdarını normaya çatdırır.Dietik yemləri seçərkən bu yemlərin həzmə və maddələr mübadiləsinə təsirinin fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, şirəli yemlər bağırsaqda həzm proseslərini yaxşılaşdırır, kökümeyvəlilər işgənbədə mikrofloranın yaxşı inkişaf etməsinə və ximusda zülali maddələrin çoxalmasına şərait yaradır. Gövşəyən heyvanlar üçün qaba yemlər enerji mənbəyi olmaqla yanaşı, mədə - bağırsaq sisteminin motor fəaliyyətini nizamlayır. Xəstə heyvanlar üçün pəhriz yemləri seçərkən heyvanın növü və xəstəliklərin xüsusiyyəti nəzərə alınmalıdır.
Ürək – damar xəstəlikləri. Oksidləşdirici proseslərin zəifləməsi, qan dövranının sürətinin aşağı düşməsi və qanın miqdarca çoxalması ilə müşahidə olunduqda pəhriz yemləri azhəcmli, yaxşı həzmə gedən, vitaminlərlə (xüsusən A, B, C) zəngin olmalıdır. Bu məqsədlə otyeyənlərə yaşıl yemlərlə buğda yarması, şəkər çuğunduru, yerkökü, atlara əlavə olaraq vələmir və ya arpa, qaramala yaxşı keyfiyyətli silos vermək məsləhət görülür. Donuzlara – ot unu, buğda yarması, doğranmış kökümeyvəlilər, itlərə süd, ət suyu, kəsmik verilir. Bu yemlər az miqdarda tez – tez verilməklə, suyun miqdarı məhdudlaşdırılır, duz norması 2 – 3 dəfə azaldılır. Tez qıcqıran az qidalı qaba və sıyıq yemlər verilmir.
Ağciyər xəstəliklərində yem payı vitaminlərlə (A, B2, C) zəngin, yaxşı həzmə gedən, keyfiyyətli, doğranmış yemlərdən təşkil edilməlidir. Bu məqsədlə otyeyənlərə - çəmənotu, çuğundur, yerkökü, buğda yarması, atlara əlavə olaraq vələmir yarması, arpa və ya vələmir göyü, arpa yarması tez – tez və az miqdarda verilir. Heyvana verilən suyun temperaturu 15 - 18°C –dən aşağı olmamalıdır. Turş, tez qıcqıran, irihəcmli və az qidalı yemlər təyin etmək olmaz.
Həzm sistemi xəstəliklərində heyvana verilən yemlər yumşaq, sellülozası az, tez həzmə gedən, vitaminlərlə (xüsusilə B qrupu), xloridlərlə, proteinlə zəngin olmalıdır. Heyvanda çeynəmə və udqunma aktı çətinləşdikdə otyeyənlərə buğda unu xaşılı, duzlanmış yarma, un, yumşaq çəmən otu və s. təyin edilir. Udqunma çox çətinləşdikdə yemlər ancaq cıyıq halda verilir. Mədənin sekretor fəaliyyətinin pozulması xarakterindən asılı olaraq təyin edilən yemlərin xüsusiyyəti nəzərə alınmalıdır. Mədənin sekresiyası yüksəldikdə otyeyənlərə yumşaq ot, ot unu, jmıx, kartof, atlara əlavə olaraq qarğıdalı yarması, arpa və ya qovrulmuş vələmir verilməlidir. Donuzlara südlü yemlər təyin olunmalıdır.Mədənin sekresiyası aşağı düşümüş xəstəliklərdə otyeyənlərə keyfiyyəti silos, kökümeyvəlilər, yonca, göy ot, buğda yarması, atlara həm də arpa və ya vələmir yarması, vələmir göyü və unu, döyülmüş jmıx, ot unu təyin edilir. Ot və dənli yemlərə bir az duzlu su səpmək məsləhətdir. Heyvanların otlaqda otarılması mədə sekresiyasının nizamlanmasına daha yaxşı təsir göstərir.Otyeyən heyvanlarda bağırsaq pozuntuları zamanı qıcqırma prosesləri üstünlük təşkil etdikdə yem payına keyfiyyətli yonca otu əlavə etmək çox yaxşı nəticə verir. Belə heyvanların yem payından kökümeyvəli və dənli yemləri müvəqqəti çıxarmaq lazımdır.Heyvanın bağırsağında çürümə prosesi getdikdə onlara çəmən otu, göy ot, kökümeyvəlilər, xüsusən yerkökü verilir. Atlara həmçinin arpa və ya vələmir yarması, qaramala keyfiyyətli silos təyin edilir. Belə hallarda heyvana zülallarla zəngin olan yemlər (jmıx, qarışıq yem və s.) vermək məsləhət görülmür. Donuzların bağırsağında siddətli qıcqırma, yaxud çürümə prosesi getdikdə onlara ayran asidofilli qatıq verilir.vCavan heyvanlarda ishalla davam edən mədə - bağırsaq pozuntuları olduqda, içirilən südün yarısını qaynamış su ilə əvəz etmək lazımdır.
Dostları ilə paylaş: |