1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Yırtıcı-şikar; parazit-sahib əlaqələri



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
Ekoloji təhlil mühazirələr

Yırtıcı-şikar; parazit-sahib əlaqələri
. Yırtıcı-şikar, parazit-
sahib əlaqələri bilavasitə qida əlaqəsi olub,partnyorlardan biri 
üçün müsbət, digəri üçün mənfi nəticə verir. Digər heyvanlarla 
qidalanan heyvanlar –yırtıcı adlanır. 
Parazitlik – növlər arasında qida əlaqəsi olub, orqanizm canlı 
sahibin bədənindən həm qidalanma mənbəyi, həm də 
məskunlaşma yeri kimi istifadə edir. Parazitizm yırtıcılardan 
fərqli olaraq növlərin dar çərçivədə ixtisaslaşması ilə 


səciyyələnir. Belə ki, sahib paraziti həm də mikroiqlim, 
mühafizə və s. ilə təmin edir. Parazit sahibinin bədəninə 
uyğunlaşır və orada çoxalıb nəsil verir. 
Kommensalizm. 
Kommensalizm 

mutualizm(simbioz) 
qarşılıqlı təsirin müsbət formasıdır. Kommensalizmdə növün 
biri digərinə öz fəaliyyəti ilə qida və ya sığınacaq verir.
Başqasının yaşayış yerinə köçənlər – kommensallar adlanır. 
Onlar ev yiyəsinə heç bir ziyan yetirmir. Sığınacaq kimi 
yuvadan və digər növün bədənindən istifadə edirlər. 
Kommensalizmə misal olaraq ağacların gövdə qabıqlarında
epifit bitkilərinin məskunlaşmasını, quş və gəmiricilərin 
yuvasında buğumayaqlıların məskunlaşmasını göstərmək olar.
Bir çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara 
çıxmırlar. Belə növlər –nidikol adlanır.
Kommensalizm növlərin daha sıx yaşamasına, mühitdən qida 
resurslarından daha tam istifadə etməyə şərait yaradır. Lakin 
bəzən kommensalizm başqa əlaqə tipinə keçir. Məs., qarışqa 
yuvasında qarışqalarla birlikdə stafilinid böcəyinin növlərinə 
rast gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları 
ilə birlikdə olurlar. Qarışqa balaları böcəyin sürfələrinə, 
yumurtalarına, puplarına qulluq edir.
Mutualizm.(simbioz) 
Mutualistik əlaqələr kommensalizmin 
əsasında baş verə bilər. Qarşılıqlı faydalı birgə yaşayış tərzi 
simbioz adını almışdır.məs.,şibyə-göbələk və yosunun birgə 
yaşayış tərzi. Bir çox ağac növləri mikoriza göbələkləri ilə birgə 
yaşayır. Örtülütoxumlu və çılpaqtoxumlu bitkilərin köklərində 
olan bakteriyalar da buna misaldır. 
Neytralizm
- biotik əlaqələrin bir forması olub,2 növ bir 
ərazidə məskunlaşaraq bir-birinə nə müsbət, nə də mənfitəsirləri 
olur. Məs., fil ilə meymun bir meşədə yaşasa da praktiki olaraq 
bir biri ilə əlaqəsi olmur. 


Amensalizm
- 2 qarşılıqlı təsir göstərən növlərdən birinə birgə 
yaşamaq mənfi təsir göstərir. Digəri isə ondan nə fayda alır , nə 
də zərər çəkir. Bu təsir formalarına bitkilərdə təsadüf olunur. 
Məs., işıq sevən ot növləri fıstıq vəya küknar meşəsində ağac 
çətirlərinin kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə 
qonşuluq heç bir fərq göstərmir.
Amensalizm su mühitində də yayılmışdır. Məs., göy-yaşıl 
yosunlar suyun çirklənməsinə səbəb olur, bununla da su içməyə 
gələn heyvanlar zəhərlənir. Yosunların ayırdığı peptid, xinon, 
antibiotiklər və digər maddələr kiçik dozada da zəhərlidir. 
Rəqabət
.- oxşar ekoloji təlabatı olan növlər arasında baş verən
qarşılıqlı əlaqədir. Rəqabət eyni məqsədə can atan 2 orqanizmin 
mənfi qarşılıqlı təsiridir.
Eyni ekoloji tələbata malik olan 2 növ bir qruplaşmada 
məskunlaşırsa, əvvəl axır rəqiblərdən biri digərini sıxışdırıb 
çıxarmalıdır. Rəqabətdə digərinə nisbətən üstünlüyə malik olan 
, yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin