1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
Ekoloji təhlil mühazirələr

Tükənən təbii resurslar
. Yer qabığında və ya landşaft 
mühitində əmələ gəlir, lakin onların həcmi və yaranma sürəti 
zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan 
tərəfindən onların istifadəsinin həcmi təbii bərpası sürətini 
olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi 
qaçılmazdır. Tükənən resursların qrupuna müxtəlif sürətlə və 
müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu baxımdan, 
tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan və 
nisbətən bərpa oluna bilən növlərə ayrılır. 
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral 
və qismən torpaq resursları aiddir. Faydalı qazıntılar yer 
qabığının dərinliklərində daim filizyaranma prosesləri 
nəticəsində əmələ gəlir. Lakin bu resursların əmələ gəlməsinə 
olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur 
ki, onların təsərrüfat baxımından hesablanması praktiki olaraq 
qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral 
resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar 
hesab olunur. Bərpa olunan resurslara bitki örtüyü və heyvanat 
aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində (bir-iki insan 
nəsli dövründə) bərpa oluna bilir. Nisbi bərpa olunan və ya 
məhdud bərpa olunan resurslara olduqca defisit sayılan 
aşağıdakı təbii sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı 
torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən 
quruda cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik 
sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. ha sahə tutur 
.Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, 
qaratorpaq tipinin 1 mm humus horizontunun əmələ gəlməsinə 
təxminən 100 il vaxt lazımdır. Son 50 il ərzində əksər 
dövlətlərin ərazisində torpağın dağılması prosesi olduqca 
intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt 


tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» 
resurslar qrupuna aid etməyə əsas verir. Hazırda sənaye 
əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu 
hal ən çox tropik meşələrdə müşahidə olunur. Bir çox inkişaf 
etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, 
İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin 
sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin bərpasına 
azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii 
halında bərpa olunması qeyrimümkündür. Bitki örtüyünün 
intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması 
və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna 
keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə 
qədər mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. 
Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən silinmiş 
olur. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin