Mövzu 10 : ANTROPOGEN EKOSİSTEMLƏR
İnsan və ekosistemlər
«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki
Artur Corc Tensli daxil etmişdir. Termin müəyyən sahədə
(biotopda) bütün orqanizmlər (yəni biosenoz) daxil olmaqla
istənilən vahidi (olduqca mütəlif həcmdə) və onun sistem
daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji
axınının müəyyən dəqiq trofiq strukturunu, növ müxtəlifliyini və
maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında
mübadilə- ni) ifadə edir. Sadə desək, biosferdə maddələr
mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən
məcmusu ekosisem adlanır. Tenslinin fikrincə ekosistem yer
səthində əsas təbiət vahididir. O, ekosistemə biotop və
biosenozun tam vahidi kimi baxır
İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə
özünün süni antropogen ekosistemlərini yaradır. Təxminən on
min il əvvəl o, bilavasitə öz əmək fəaliyyəti ilə kənd təsərrüfatı
(bitkiçilik, heyvandarlıq) yaradaraq sovqatlar əldə etməyə
başladı. Müasir mərhələdə o, daim artan tələbatını ödəmək üçün
təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu
dağıtmaq məcburiyyətində qaldı. Enerji – həm təbii, həm də
antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi
olmuşdur. Bu sistemlərin energetik resursları həm tükənməz –
Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik
(daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə
edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta onu enerji
ilə təmin edə bilər.
Dörd «fundamental ekosistem» tipi ayırır: 1. Günəşlə hərəkətə
gətirilən təbii ekosistemlər; 2. Günəşlə hərəkətə gətirilən və
digər təbii mənbələrlə yardım olunan ekosistemlər; 3. Günəşlə
hərəkətə gətirilən və insan tərəfindən yardım olunan
ekosistemlər; 4. Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə)
hərəkətə gətirilənlər. 1-ci və 2-ci tipləri təbii ekosistemlərə, 3-
cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək
lazımdır.
Birinci ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid
olub Yer Planetində həyatın təmin olunmasının əsası hesab
edilir .
İkinci ekosistem tipinə dənizləri, çay ekosistemləri aiddir.
Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı
göstərilmədən və xərc çəkilmədən öz həyat qabiliyyətini
saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli
miqdarda qida məhsulları və digər materiallar yaranır, bu isə
insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz
burada havanın böyük həcmi təmizlənir, dövrana şirin su
qayıdır, iqlim formalaşır və s.
Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət
göstərir. Bura 3-cü tipə aid olan ekosistemlər yalnız Günəş
enerjisi hesabına deyil, həmçinin insan tərəfindən qida
məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər,
daxildir. Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya
dövründə mədəni bitkilərin inkişafı təbii proses olub onlara təbii
Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin,
məhsulun yığılması və s. insanın enerji sərfidir. Münbit torpaq
yaradır Münbit torpağı kasatlaşdırır və ya onun üçün təhlükə
yaradır Rütubət toplayır, onu təmizləyir və tədricən ondan
istifadə edir Çox sü sərf edir və onu çirkləndirir .Yabanı təbiətin
müxtəlif növləri üçün məskunlaşma şəraiti yaradır. Yabanı
təbiətin bir çox növlərinin yaşama yerini dağıdır Çirkləndirici və
tullantıları heç bir xərc çəkmədən süzür.
Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol
sayılır, insan özü üçün faydalı kənd təsərrüfatı heyvanlarını
(inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan
otyeyən vəhşi heyvanları və ev heyvanlarını məhv edən
yırtıcıları yoxa çıxarır. Qiymətli balıq növlərinin ovlanması su
hövzələrinin
ekosistemlərini
sadələşdirir.
Hava və su
hövzələrinin çirklənməsi də ağacların, balıqların məhv olmasına
səbəb olur və təbii ekosistemlər «talanır».
Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər sistemlərində
hadisə tamamilə başqa cür baş verir. Burada yanacaq enerjisi
Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə
müqayisədə enerji axınının sərfi iki- üç dəfə artıqdır.
Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır.
Əgər enerji sərfi əhalinin sayına görə hesablanarsa, bu 10 dəfə
yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur).
Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər) İnsan kənd
təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik
resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin
edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir
göstərir. XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya
250 min insan gəlir və onları yedizdirmək, geyindirmək və evlə
təmin etmək lazımdır. Yer əhalisinin kifayət miqdarda qida
məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı
əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın
keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər
və s.-dir. Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı
bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət
olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı
istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir.
Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida
məhsulunun əldə edilməsində olduqca az rola malikdir.
Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız
heyvanlar və yosun əldə edir. Quruda hazırda 80 min qida bitkisi
növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı
bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas
bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir.
İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. Bitkilərin
becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın
saxlanma texnologiyası təkmilləşdirilir. Kənd təsərrüfatının
genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə
faciəli təsir göstərir. Geniş ərazilərdə meşələrin məhv edilməsi,
mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə
edilməməsi tarixən formalaşmış ekosistemlərin birdəfəlik
dağılmasına
səbəb
olmuşdur.
Təbii
biosenozların,
ekosistemlərin,
landşaftların
yerində
aqrosferlər,
aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir.
Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində
dəyişilmiş bütün sahələrin məcmusunu əks etdirən qlobal
sistemdir.
.
Dostları ilə paylaş: |