bağlıdır. Şəhərlərin böyüməsi insanları get-gedə təbiətdən
uzaqlaşdırır. Abadlaşdırılmış
şəhərlərdə daş, beton, asfalt
üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması
müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti
pisləşir. Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır:
yaşayış, sənaye,
kommunal-anbar, xarici nəqliyyat, şəhərətrafı
ərazi. Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları,
ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman və s.) və
ümumi istifadəli yaşıllıqlar üçün ayrılır.
Şəhərlərin canlı zona ərazisinin əsas struktur elementi
mikrorayonlar sayılır. Mikrorayonların daxilində yaşayış
binalarından başqa ilkin xidməti
idarələr və müəssisələr də
yerləşdirilir. Mikrorayonların ərazisi magistral yollar və yaşayış
binaları ilə kəsişir. Böyük və çox böyük şəhərlərdə əhalinin
cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və əhalinin
sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının
çoxalması xidməti müəssisələrin (o
cümlədən məktəb və uşaq
müəssisələrinin)
ərazisinin, həmçinin yaşıl ağaclıqların
sahəsinin azalmasına səbəb olur, yaşayış ərazilərinin düzgün
fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış
evlərində, mikrorayonların və kvartalların
daxilində səs-küyün
səviyyəsi yüksəlir. 16 və daha yüksək mərtəbəli evlərdə
yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə
binalara Bakı 134 şəhərinin bütün rayonlarında tez-tez rast
gəlinir və onların sayı artmaqda davam edir.
Sənaye zonası.
Bu zonanın ərazisində müxtəlif sahələrin sənaye
obyektləri (metallurgiya, kimya, maşınqayırma, elektron və s.)
və onlarla əlaqəli digər obyektlər yerləşir.
Bu əraziətraf mühiti
çirkləndirən əsas mənbə sayılır.
Sanitar
– mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye
müəssisələri şəhərdən və digər yaşayış məntəqələrindən kənarda
yerləşdirilməlidir. Səhiyyə baxımından daha zərərli olan
müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr
sənaye rayonunun yaşayış zonasından
uzaqda və digər
müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.
Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-
ayrı müəssisələr elə yerləşdirilməlidir ki, hakim küləklər yaşayış
zonasından sənaye komplekslərinə doğru yönəlsin. Səth sularını
çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə
birlikdə çayın axın istiqamətində yaşayış ərazilərindən və
səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.
Dostları ilə paylaş: