1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


İctimai psixologiya və ictimai ideologiya



Yüklə 340,51 Kb.
səhifə106/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   102   103   104   105   106   107   108   109   ...   115
felsefeimtahansualları

53. İctimai psixologiya və ictimai ideologiya
İctimai psixologiya kortəbii surətdə əmələ gələn, insanların gündəlik həyat şəraitinin təsiri altında onlarda bilavasitə yaranan ictimai hisslərin, təsəvvürlərin, emosiyaların, əhvali-rühiyyələrin, adətlərin, xəyalların və s. məcmusudur.
İctimai şüur kimi ictimai psixologiya öz məzmunu etibarilə ictimai varləğən inikasıdır. Lakin ictimai psixologiya ictimai varlığın ilkin və bilavasitə inikasıdır. İctimai psixologiya insanların gündəlik həyat tərzi əsasında formalaşır. İctimai psixologiyada bir cəhətdə vardır ki, o elə belə şüur deyildir, burada ictimai gercəklik qiymətləndirilir. Gercəklik haqqında olan biliklərə münasibət özünü göstərir. Bu həm də ayrı-ayrı sinif və ictimai qrupların psixoloji simasını və mənafeyini əks etdirir. İctimai psixologiya şəxsiyyətin, igtimai qrupların həyatının ayrı-ayrı hadisələrini də əks etdirir, onların hissiyyatını, əhvali ruhiyyəsini ifadə edir. İctimai psixologiya sinfi xarakter daşıyır. Beləki, hər bir sinfin, ictimai qrupun, millətin, xalqın öz həyat tərzindən doğan psixologiyası olur. Başqa mənada desək ictimai psixologiyanın təzahür formaları müxtəlif olur. Milli, sinfi peşə qrupu və s. psixoloyaları buna misal ola bilər. Bu sosial qrupların psixologiyasında ictimai həyat hadisələrinə, onların özünə məxsus emosional münasibəti, hadisələri, əhval-ruhiyyələri ifadə olunur. Başqa sözlə desək hər bir sosial qrupun ictimai mühit haqqında ancaq özünün spesifik təsəvvür sistemi yaranır. Tarix göstərmişdir ki, adətən hakim təbəqələrin psixologiyası ən çox fərdiyyətçilik, eqoizm şövinist xarakterli millətçilik demokratik təbəqələrin psixologiyası isə ən çox humanizm, kollektivçilik, benəlmiləlçilik, vətənpərvərlik və s. xarakter daşımışdır.
Adi şüur və ictimai psixologiya ictimai şüura münasibətdə eyni səviyyədə durur. İctimai psixologiyada adi şüur kimi sosial həyatın üzdə olan, zahiri tərəfləri və münasibətlərini əks etdirir. Həm də onların hər ikisi siniflərin, millətlərin, xalqın sosial qrupların cari şüurlarını ifadə edir.
Bu ümumi və oxşar cəhətləri ilə yanaşı onların fərqli tərəfləri də vardır.
Hər şeydən əvvəl adi şüur öz məzmununa görə ictimai psixologiyadan genişdir. O cəmiyyətin hadisələri və prosesləri ilə yanaşı təbiət və bütövlükdə dünya haqqında ilkin bilikləri əhatə edir. Adi şüurdan fərqlənən ictimai psixologiya sosial həyatla yanaşı burada baş verən hadisə və proseslərə uyğun sosial qrupların mənafeləri naminə bildirilən münasibət və qiyməti də ifadə edir. İctimai psixologiya ictimai hərəkatda, adamların müxtəlif fəaliyyətlərində çox mühüm rol oynayır. Onun sosial təsir gücü adi şüurunkundan çoxdur. Xüsusilə sosial gərginlik şəraitində bu təsir öz daha aydın biruzə verir. Bəzən elə fövqəladə vəziyyət olur ki, onda adamların ictimai psixologiyası aşıb daşır, vətənpərvərlik hissi, coşqunluğu, həm də belə canından keçməyə hazır olması əzmi artaraq adi şüurdan yüksəyə qalxır. Elə buna görə də müəyyən siyasi xəttin hazırlanmasında adamların psixologiyası, əhval ruhiyyəsi bu və ya digər hadisələrə reaksiyası nəzərə alınır. İctimai psixologiya cəmiyyətin həyatında müəyyən funksiyalar yerinə yetirir. Bunlardan dəyərləndirici, istiqamətləndirici, motivləşdirici, sövqedici funksiyaları göstərmək olar. Bu funksiyalar insanları, sosial qrupları müəyyən məqsəd naminə istiqamətləndirməyə, yönəltməyə sövq edir. Digər tərəfdən ictimai psixologiya insanla sosial varlıq arasında bilavasitə əlaqəçi rolunu da oynayır və özü ilə sosial mühit arasında olan aralıq pilləni aradan qaldırır. Hazırda respublikamızda həyata keçirilən müxtəlif xarakterli islahat tədbirləri, xüsusilə bazar iqtisadiyyatının səmərəli qaydada həyata keçirilməsi, milli dövlət quruculuğu və demokratiyanın inkişafının təmin edilməsi adamların psixologiyasından, bu işlərə mənəvi dəstək vermələrindən çox asılıdır. odur ki, hər bir cəmiyyətdə müxtəlif tədbirlərin siyasi kompaniyalarının həyata keçirilməsində, idarəçilik sisteminin yeniləşdirilməsində və s. problem məsələlərin həllində hökmən xalq kütlələrinin ictimai psixologiyası, rəyləri nəzərə alınmalıdır.
İctimai ideologiya ictimai şüurun yüksək səviyyəsi olub mürəkkəb mənəvi hadisədir. O ictimai psixologiyadan fərqli olaraq adamların gündəlik fəaliyyətinin təsiri ilə meydana gəlmir. İdeologiya gercəkliyin ümumiləşdirilməsi, dərkedilməsi ilə xarakterizə olunaraq müxtəlif anlayışlarda ifadə olunmuş görüşlər sistemidir. Əgər ictimai psixologiya kortəbii qaydada meydana gələrək bütün sosial qrup və təbəqələrin məhsuludursa, ictimai ideologiya ictimai varlığı, gerçəkliyi dərindən əks etdirən ideyaların, baxışların və nəzəriyyələrin sistemi olub ideoloqlar, mütəfəkkirlər, siyasətçilər tərəfindən yaradılır. İdeologiyada sinif özünü dərg edir, cəmiyətdə öz yerini, başqa sosial təbəqələrə öz münasibətini, özünün şüurlu fəaliyyətini dərk edir.
İdeologiyanın əsasında ictimai münasibətlərin kökü və həlledici məsələləri dayanır. Odur ki, o ictimai inkişafa mühüm təsir göstərir. Buna görə də ictimai şüur sahəsində aparıcı rol ictimai ideologiyaya məxsusdur. İdeologiyaya gerçəkliyin qanunauyğunluqlarını, hadisələrin mahiyyətini nəzəri ümumiləşdirmələr yolu ilə ifadə edir. Bununla qeyd etmək lazımdır ki, ideologiya ilə psixologiya arasında keçilməz sədd yoxdur. Onlar bir-biri ilə sıxı qarşılıqlı təsirdədir. Onlar arasında ümumi xəhət budur ki, onların hər ikisi eyni zəminə, ictimai varlığa əsaslındığından mənəvi həyat hadisəsi olub, insanın mənəvi aləminin formalaşmasına güclü təsir göstərirlər. Onlar arasında olan əlaqə bir də özünü onda göstərir ki, hər hansı bir sosial qrupun sinfin ideologiyası hazırlanarkən onun ictimai psixologiyasının müəyyən cəhətlərindən, xüsusiyyətlərindən, keyfiyyətlərindən istifadə olunur. İctimai psixologiyada öz növbəsində ictimai psixologiyaya təsir edərək onu dəyişdirə, yeniləşdirə bilir. Yalnış cəhətlərdən tədricən onu azad edir. Onların qarşılıqlı təsiri nəticəsində ideologiyanın konkret tarixi təcrübəyə uyğunlaşdaralması təmin olunur. Həm də ideologiyanın yaranmasında başqa amillər kimi ictimai psixologiya da müəyyən rol oynayır. Bir çox hallarda ictimai ideologiyanın adamların şüurunda özünə yer tutması müəyyən qədər ictimai psixologiyadan asılı olur. İdeologiyanın qarşıya qoyduğu məqsədin həyata keçirilməsində də ictimai psixologiya az rol oynamır.
Nəzəri məzmun ideologiyanın əsasınə təşkil edir. Belə ki, hər bir ideologiya o zaman meydana gəlir ki, onun iqtisadi, sosial siyasi, hüquqi, fəlsəfi əsasını təşkil edən təlim hazırlanmış olsun. Bir mürəkkəb sosial yaranış olan ideologiya təkcə nəzəriyyə və ideyalar sistemi ilə məhdudlaşmır. O həm də dəyərləri, normaları, ideallarıda özünə daxil edir.
Hər bir ideologiya müəyyən dəyərlər sistemi ilə əlaqədardır. Dəyərlərdə adamların, sosial qrupların maddi və mənəvi tələbləri, mənafeləri ifadə olunur. Həqiqi elmi ideyalogiya özündə ən yüksək mənəvi dəyərləri əks etdirir.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin