1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


İncəsənət ictimai şüur forması kimi



Yüklə 340,51 Kb.
səhifə109/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   105   106   107   108   109   110   111   112   ...   115
felsefeimtahansualları

57. İncəsənət ictimai şüur forması kimi
İncəsənət. İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk olunmasının xüsusi tipidir.
İctimai şüur formalarının hər biri ətraf aləmi özünəməxsus üsullarla, (elm - anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq - qanunlarla, əxlaq - davranış normaları ilə və s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə in'ikası formasıdır.
Bədii surətlərin mənbəyi real həyat gerçəklikləridir, bədii obrazların əsasında həyat həqiqətləri durur. İncəsənət, əsasən, müəyyən peşəkar qrupun - şairlərin, rəssamların, heykəltəraşların, musiqiçilərin və i.a. fəaliyyət sahəsidir. Bununla yanaşı incəsənətin müxtəlif növlərini öyrənən ayrı-ayrı incəsənətşünaslıq sahələri meydana gəlmişdir. Peşəkar sahədən kənarda incəsənət öz kökləri ilə daha dərin tarixi inkişaf dövrlərində, xalq yaradıcılığı formasında (mifologiya, folklor və s.) inkişaf etmişdir. Bununla bərabər dünyanın gözəllik qanunları əsasında mənimsəməyin mahiyyəti və qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır.
İncəsənətə ideologiya, siyasi şüur xüsusi tə'sir göstərir. Eyni zamanda ətraf aləmi əks etdirən incəsənət insanlara dünyanı dərk etməkdə kömək edir, siyasi, mənəvi və bədii tərbiyədə qüdrətli vasitə rolunu oynayır.
Estetik münasibətlər insan cəmiyyətinin yaranması dövründə meydana gəlmiş, dəyişmiş və inkişaf etmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq estetik münasibətlərin mənbəyi olan sosial gerçəkliklər də dəyişir. İnsanların zövqü, onların estetik idealları və estetik təsəvvürləri, ictimai həyatın bütün tərəflərini daha dərindən və düzgün əks etdirmək tələbatı incəsənətin yeni növlərini və janrlarını meydana gətirir.
İncəsənət nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda "xüsusi dünya" nisbi müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir - birindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat materiallarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir. Onun ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin yaradıcısı olan insanın mənəvi formalaşmasına məqsədyönlü tə'sirdir. İncəsənətin vəzifəsi şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə tə'sir etməkdir. İncəsənət xalqlar arasında qarşılıqlı anlaşma, onların mədəni inkişafı və qarşılıqlı zənginləşməsi üçün imkan yaradır.
Elmi-texniki tərəqqi şəraitində mədəniyyətin inkişafında kütləvi kommunikasiya vasitələri xüsusi rol oynayır. Onlar reproduktiv (retranslyasiya, bədii dəyərlərin nümayişi, geniş auditoriya üçün incəsənət əsərlərinin sərgisi) və produktiv (kino-fotoqrafiya, televiziya və b. sahələrdə estetik dəyərlərin təkrar istehsalı) funksiyalarını yerinə yetirir.
İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xalqın xarakterinin izlərini, həyat tərzini, adət və ən'ənələrini, onun maraqlarını, mübarizəsini, fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və mübarizəsi qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir. İncəsənətin xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində təzahür edir. İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır. Xalqın maraqları ilə yaşamaq, onun sevincinə və kədərinə şərik olmaq, həyatın həqiqətlərini təsdiqləmək, incəsənətdə həqiqi xəlqilik deməkdir. Cəmiyyətin, xalqın tələbatından meydana çıxan, onun həyatmı düzgün əks etdirən həqiqi sənət əsərləri uzun müddət yaşayır, mədəni irs kimi qorunub saxlanılır. Zamandan asılı olmayaraq belə bədii dəyərlər öz qiymətini həmişə saxlaya bilir. Məhz bu xüsusiyyət incəsənətin ən mühüm keyfiyyətlərindəndir.
Xalqın həyatım, öz dövrünün adamlarının bədii obrazlarını özünəməxsusluqla yaradan sənətkar təkcə fərdi deyil, həm də tipik, ümumi cəhətləri göstərən bədii əsər yaratmış olur. Odur ki, bu əsərlərin yaratdığı estetik hisslər təkcə bir sinfin və ya dövrün adamları üçün deyil, müxtəlif dövrün adamlarına, ölkələrinə, xalqlarına məxsusdur. Onlar ümumbəşəri xarakter daşıyır. Bu deyilənlərə əsasən biz incəsənəti ictimai şüurun xüsusi forması, gerçəkliyi mənimsəməyin, onu bədii şəkildə əks etdirməyin, qiymətləndirməyin və insanın yaradıcı fəaliyyətinin xüsusi bir forması kimi müəyyən edə bilərik.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin