1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Əvvəla, onu demək lazımdır ki, mədəniyyət daha geniş anlayış olub sivilizasiyanı da özündə birləşdirir; ikincisi



Yüklə 340,51 Kb.
səhifə112/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   107   108   109   110   111   112   113   114   115
felsefeimtahansualları

Əvvəla, onu demək lazımdır ki, mədəniyyət daha geniş anlayış olub sivilizasiyanı da özündə birləşdirir;
ikincisi, sivilizasiya məfhumu çox zaman cəmiyyətin müəyyən bir tarixi inkişaf pillələrinə aid edilir;
üçüncüsü, "milli sivilizasiya" anlayışı millilikdən daha çox regional sahələri, bir neçə dövlətin sərhədləri daxilində olan ərazilərdəki mədəniyyətin səviyyəsini göstərdiyi halda, milli mədəniyyət hər bir millətə xas olan xarakterik xüsusiyyətləri əks etdirir;
dördüncüsü, müəyyən bir sivilizasiya daha tez parlayıb sönə bildiyi halda, mədəniyyət nisbətən sabit və uzunömürlü olur, çox yaşayır və sonrakı nəsillər tərəfindən daha tez qavranılır;
beşincisi, mədəniyyətin bir neçə qolu, növü, şaxəsi olduğu halda, sivilizasiyada bunu müşahidə etmək mümkün deyildir. Məsələn, yuxarıda qeyd edilən siyasi mədəniyyət, məişət mədəniyyəti, nitq mədəniyyəti, davranış mədəniyyəti və s.
Mədəniyyət və sivilizasiyanın yuxarıda adları çəkilən bu fərqli cəhətləri ilə yanaşı, bir sıra oxşar və hətta eyniyyət təşkil edən tərəfləri də vardır. Məhz bu xüsusiyyətlər onları birlikdə öyrənməyi tələb edir.
Mədəniyyət, eləcə də sivilizasiya eyni və yaxud bir-birinə yaxın olan funksiyaları yerinə yetirirlər:
1. Qnoseoloji funksiya, yə'ni dərketmə, idrak funksiyası;
2. Tarixi varislik, sosial təcrübənin sonrakı nəsillərə ötürülməsi funksiyası. Buna fəlsəfi ədəbiyyatda bə'zən informasiya funksiyası da deyilir;

  1. Kommunikativ ünsiyyət funksiyası;

  2. İdeoloji funksiya;

  3. Tənzimləyici, normativ funksiya;

  4. Humanist funksiya;

Mədəniyyət və sivilizasiya həm ümumbəşəri, həm də milli və regional formalarda olur: daha doğrusu, milli formalarda yaranan mədəniyyət və onun nəticələri son anda bütün bəşəriyyətə məxsus olur.
Sivilizasiya və mədəniyyətin tarixi inkişaf formaları cəmiyyətin tarixi inkişaf mərhələlərinə əsasan uyğun gəlir. Belə ki, bəşər cəmiyyətinin keçmiş olduğu ictimai-iqtisadi formasiyaların hər biri özünəməxsus mədəniyyət tipləri yaratmışdır:
1. İbtidai insanların və cəmiyyətlərin yaratdığı mədəniyyət; Quldarlıq cəmiyyətinin mədəniyyəti. Bu da öz növbəsində regional-lokal sivilizasiyalardan ibarət olmuşdur. Məsələn,
Aralıq dənizi sahillərində yaranmış antik Yunan və Roma mədəniyyəti, İran və Azərbaycan mədəniyyəti, Şumer-Akkad, Mesopotamiya-Babil, Misir, Hind, Türk-Altay, Çin mədəniyyətləri

  1. Feodalizm cəmiyyətinin mədəniyyəti. Bu da öz növbəsində Qərbi və Şərqi Roma mədəniyyətinə, ərəb-islam, türk mədəniyyətinə və s. ayrılır.

  2. Kapitalizmin yaranıb inkişaf etməsi ilə formalaşan Qərbi Avropa və ABŞ mədəniyyəti.

  3. Sosialist mədəniyyəti.

Müasir dünyada baş verən köklü iqtisadi-mədəni, sosial-siyasi dəyişikliklər Şərqdəki sivilizasiya mərkəzlərinin çiçəklənməsinə səbəb olmuşdur. Buna görə də, mədəniyyət və sivilizasiya sahəsində Şərq-Qərb və yaxud Qərb-Şərq problemini islam-xristian və ya xristian-islam qarşıdurması səviyyəsinə qaldırmağa çalışan belə ideoloqlar Qərb üçün İslam xalqlarının və onların mədəniyyətlərinin timsalında "düşmən obrazı" axtarışlarını davam etdirir, hətta bə'zi hallarda ona nail də olurlar.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin