1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Antik fəlsəfənin Roma mərhələsi



Yüklə 340,51 Kb.
səhifə28/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   24   25   26   27   28   29   30   31   ...   115
felsefeimtahansualları

14. Antik fəlsəfənin Roma mərhələsi
. Ellin-Roma dövrü Makedoniyalı İsgəndərin yürüşlərindən başlamış Antik dövrün sonuna qədər, adətən 476-cı ildə Roma İmperiyasının german tayfaları tərəfindən işğalına qədərki dövrü əhatə edir. Fəlsəfi aspektdə bu dövr Aristotelin vəfat etdiyi m.ö.322-ci ildən m.s.529-cu ildə Afinada Platon Akademiyasının qapadıldığı zamana qədərki dövrü əhatə edir.
Bu dövr yunan fəlsəfəsinin yayıldığı və onun nəzəri səviyyəsinin aşağı düşməsi ilə səciyyələnir. Ön plana praktik fəlsəfə, yəni etik problemlər çıxır. Bu dövrün əsas fəlsəfi məktəbləri: kiniklər, skeptiklər, epikürçülük, stoiklər və neoplatonizm.
Kiniklər. Kiniklər məktəbinin banisi Antisfen (m.ö. 455-360) sofist Gorginin, sonralar isə Sokratın tələbəsi olub. Bu məktəbin adı “it” (yun. kinos -it) sözündən götürülüb. Kiniklər təliminin əsas məqsədi dərin fəlsəfi nəzəriyyələr yaratmaq yox, xüsusi həyat tərzinin –yoxsulluq, tənhalıq, sərkərdanlıq –fəlsəfi əsaslandırılması və bu həyat tərzinin şəxsi nümunədə sınaqdan çıxarılmasıdır. Bu təlimin əsas müddəaları belədir:
-- asosial azadlığın (cəmiyyətdən kənar azadlıq) mütləqləşdirilməsi;
-- könüllü səfillik, sosial əlaqələrin yoxluğu, tənhalıq;
-- daimi yaşayış yerinin olmaması, sərkərdanlıq;
-- fiziki və mənəvi yoxsulluğun tərənnümü;
-- ifrat asketizm;
-- avtoritetlərin inkarı;
-- vətənpərvərlik hissinin yoxluğu və hər bir cəmiyyətdə, bu cəmiyyətin deyil, öz qanunları əsasında yaşamaq (kosmopolitizm);
-- diqqəti cəmiyyətin və insanın qüsurlarına yönəltmə.
Kiniklər məktəbinin görkəmli nümayəndələrindən biri də Sinoplu Diogen olmuşdur. Kinizmin prinsiplərinə uyğun həyat sürməsi, haqqında çoxsaylı rəvayətlər yaranmışdır.
Skeptiklər. Bu cərəyanın ən görkəmli nümayəndəsi Elidalı Pirron (m.ö. 360-270) Sekst Empirik (təq. m.s. II-III əsrlər) hesab olunurlar.
Antik dövr üçün iki növ skeptisizm xasdır:
a) hissi qavrayışlara şübhə: onlar ziddiyyətli olduğu üçün aldadıcıdır. Pirron qeyd edir ki, şeylərin axıcılığı və keyfiyyətcə dayanıqlı olmamaları onların qavramada qeyri-dəqiq fərqləndirilməsinə aparır. Ona görə də onlar haqqında həqiqət, yoxsa yalan kateqoriyaları ilə mühakimə yürütmək mümkün deyil. Zahiri əşyalar haqqında mühakimələrdən imtina zəruridir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin