1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Epikürçülüyün ikinci böyük nümayəndəsi Lukretsi Kar (



Yüklə 340,51 Kb.
səhifə30/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   26   27   28   29   30   31   32   33   ...   115
felsefeimtahansualları

Epikürçülüyün ikinci böyük nümayəndəsi Lukretsi Kar (m.ö. 99-55) Roma şairi və maarifçisi olub. “Şeylərin təbiəti haqqında” əsəri Epikürün Yeni Dövrdə tanınması üçün böyük mənbə rolunu oynayıb.
Stoiklər. Stoisizm məktəbinin banisi Kitionlu Zenon (m.ö. 334/333 -262/261) hesab olunur. Stoya –binaya bitişik tikilən, hər tərəfdən açıq olan sütunlu qalareya deməkdir. Zenonun öz tələbələri ilə belə bir qalareyada məşğələlər aparması məktəbin adının stoisizm olması ilə nəticələnib.
Stoisizmin əsas ideyası xarici dünyanın təsirindən azad olmaqdır. Bu məqsədə çatmaq üçün daimi kamilləşmə, müdrikliyi və ənənəvi mədəniyyətin ən yaxşı nailiyyətlərini mənimsəmək lazımdır. Beləliklə, stoiklərin idealı gündəlik həyat qayğılarının fövqündə duran, öz savadı, biliyi, fəziləti və ehtirassızlığı (apatiya), avtarkiyası (özünəkafilik) hesabına xarici dünyanın təsirindən azad olan müdrik insandır.
Stoisizm fəlsəfəsinin digər müddəaları belədir:
-- təbiət və Dünyəvi Kosmik Zəka (Loqos) ilə harmoniyada yaşamaq;
--fəzilətin ali Xeyir, qəbahətin isə yeganə Şər olmasının etirafı;
-- fəzilətin Xeyir və Şər haqqında biliklərə malik olma və Xeyrə riayət etmə kimi müəyyənləşdirilməsi;
-- fəzilətli olduğu halda dövlət hakimiyyəti və qanunlarını etiraf etmə;
-- dövlət həyatında iştirak etməmək, ənənəvi fəlsəfə və mədəniyyət qanunları şərə xidmət etdiyi halda onları inkar etmək;
-- insanın ali məqsədi –xoşbəxtliyə can atmasını təqdir etmə. Stoisizm təliminin Roma İmperiyasında da çoxsaylı tərəfdarları olmuşdur. Onlardan ən məşhurları Seneka (m.ö. 1 –m.s.65), Roma imperatoru Mark Avreli (m.s.121-180) olmuşdur.
Neoplatonizm. Antik dövr fəlsəfəsinin sonuncu böyük məktəbi neoplatonizm olmuşdur. Neoplatonizmin banisi Ammoni Sakkas olsa da, onun ən görkəmli nümayəndəsi Plotindir. Plotin (204/205-270) Likopolda (Misir) anadan olmuş, on bir il Ammoni Sakkasdan dərs almışdır. Sonra Romaya gəlmiş, İmperotor Gordianın Persiyaya yürüşündə iştirak etmək və bu zaman fars və hind fəlsəfəsi ilə yaxından tanış olmaq istəsə də, Gordianın öldürülməsi səbəbindən istəkləri gerçəkləşməmişdir. İmperator Qallianın razılığı ilə Platon ideyalarına uyğun utopik dövlət –Platonopol –qurmaq cəhdləri də baş tutmur. Plotin öz fəlsəfi sistemini qurmaq üçün Platonun bütün mövcudiyyətin üç substansiyadan (“Vahid” “Ağıl” “Can (ruh)”) təşkil olunması haqqında triada təlimindən yaradıcılıqla istifadə etmişdir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin