İkinci daxili səbəb isə məhz İslam dininin özü ilə bağlı olmuşdur və ilk növbədə dini ehkamların təfsirindən qaynaqlanmışdır. Dini şüurun daha da inkişaf etdirilməsinə olan ehtiyac Qurani-Kərimin təfsirçılərindən günahın imana, alın yazısının (qismətin) azad iradəyə münasibəti, Allahın təbiəti və sifətləri, Quranın mənşəyi, peyğəmbərlik vergisi haqqında meydana çıxmış suallara cavab verməyi tələb edirdi. Bu və buna bənzər suallar ətrafında aparılan qızğın müzakirələr bəzi müsəlman ilahiyyatçılarını dini ehkamların ciddi şəkildə əsaslandırılması uçun fəlsəfi bazanın yaradılmasının zəruriliyi qənaətinə gətirmişdir
Kəlаm - ilk islаm sхоlаstiаsı, оrtаdоksаl dini-idеаlist fəlsəfi sistеm nümunəsidir. Kəlаm əqlin - (zəkаnın) nəql (təqlid) üzərində üstün оlduğunu və dini nüfuzdаn аsılı оlmаyаrаq fəlsəfi mülаhizələr vаsitəsi ilə həqiqətə çаtmаğı nəzərdə tutаn аnlаyışdır. Kəlаmdаn mütəkəllimlər, sufilər istifаdə еdirdilər. Kəlаm təlimi dinin nоrmаtiv əsаslаrınа söykənir, оnun nəzəri əsаslаrını VII-VIII əsrlərdə cəbərilər və qədərilər аrаsındаkı mübаhisələr təşkil еdirdi..
Farabi. Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri kökəncə türk olan Əbu Nəsr Məhəmməd Farabi (870-950) olmuşdur. O, Aristoteldən sonra “ikinci müəllim” fəxri adını almış, Əl-Kindidən kimi stagirli müdrikin fəlsəfi və məntiqi əsərlərinə şərhlər yazmışdır. Əsas əsərləri: “Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi”, “Xoşbəxtlik qazanma”, “Elmlərin siyahıya alınması”, “Fəzilətli şəhər əhlinin baxışları”, “İki filosofun –Aristotel ilə Platonun görüşləri arasında ümumilik”, “Əqlə dair məqalə” və s. Farabi Aristotelin fikir laboratoriyasına Əl-Kindidən daha artıq bələd olmuş, onun kateqoriyalar, elmlərin mənşəyi və öyrənilmə tərtibi, onların təsnifatı, intellektin növləri haqqında təlimini təhlil və inkişaf etdirmişdir. Allah və təbiətin qarşılıqlı münasibətini o, “zəruri varlıq” və “mümkün varlıq” olmaqla iki növ varlığın münasibəti məsələsi ilə əvəzləmişdir. O zəruri varlığı “öz mahiyyətindən həmişə və zəruri olaraq mövcudluğu alınan” varlıq kimi, mümkün varlığı isə “mahiyyətindən zəruri olaraq mövcudluğu alınmayan” varlıq kimi müəyyənləşdirmişdir. Lakin, Farabi varlığın ali və aşağı sahələri haqqında təlimini neoplatonist emanasiyalar nəzəriyyəsindən çıxış etməklə qurur: zəruri varlıq özündən ilk intellekti emanasiya (şüalandırma) edir, onda isə aksidental olaraq çoxobrazlılıq törəyir. Birinci intellekt özünəməxsus intellekti və canı olan səma sferasını törədir, o isə öz növbəsində aşağı sferanı, onun intellekt və canını törədir və s. Bu ardıcıllıq “ayaltı dünyanın”, daha doğrusu materiya və formanı, dörd elementi emanasiyası ilə başa çatır. Beləliklə, Farabi üçün materiya varlığın iyerarxiyasında ən aşağı pillədir. Aristotelin intellekti fəal və potensial olaraq iki yerə bölməsini Farabi neoplatonizmin təsiri altında belə şərh edir: insanın potensial intellekti dünyanı, onu kosmik fəal intellekt tərəfindən nurlandırması sayəsində dərk edir. Platon və Aristotelin baxışlarını ontoloji planda barışdırmağa çalışan filosof Platonun sosial utopiyasına üstünlük vermiş, ayrıca bir traktatında ideal “fəzilətli şəhərin” anatomiyasını təsvir etmişdir.