1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları(sxolastika,nominalizm,realizm), Renessans (İntibah) fəlsəfəsi



Yüklə 340,51 Kb.
səhifə34/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   30   31   32   33   34   35   36   37   ...   115
felsefeimtahansualları

16.Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları(sxolastika,nominalizm,realizm), Renessans (İntibah) fəlsəfəsi
Sxolastika. Roma İmperiyasının iki hissəyə: Qərbi və Şərqi imperiyalara parçalanması, sonra Qərbi Roma İmperiyasının süqutu, xristian ehkamlarının, xüsusilə İsa Məsihin təbiəti haqqında düşüncələrdəki fikir ayrılıqları xristianlığın iki yerə bölünməsi ilə nəticələnir: katolisizm və pravoslavlıq.
Şərqdə və Qərbdə xristian təlimini mahiyyətcə fərqli anlamları formalaşır. Pravoslavlıqda Allahın dərkinin dini-mistik üsullarına xüsusi diqqət yetirilir. Çünki, belə hesab olunur ki, İlahi həqiqətlərin dərki zəka ilə mümkün deyil. Katolisizmdə isə tezliklə belə bir inam formalaşır ki, Allahın gerçək dərki zəkanın, və deməli ilk növbədə elmin köməyi olmadan mümkün deyil. Ona görə də kilsə atalarının əsərləri əsasında, VI-XIII əsrlər ərzində Roma-Katolik kilsəsində xristian təliminin rasionallaşdırılması gerçəkləşdirilir. Bu zaman dini ehkamlar elmin, ilk növbədə fəlsəfənin köməyi ilə əsaslandırılır. Beləliklə, “sxolastika” yaranır. “Sxolastika” sözü yunan mənşəli olub: “sholia” –məktəb deməkdir. Ona görə də “sxolastika” bəzən “məktəb fəlsəfəsi” də adlandırılır.


Realizm və nominalizm. Orta əsrlər fəlsəfəsinin əsas problemlərindən biri də realizm və nominalizm arasında mübarizə, başqa sözlə desək universalilər 6 problemi olmuşdur. Realistləri müəyyən mənada Platonun ardıcılları adlandırmaq olar. Onlar belə hesab edirdilər ki, təkcə şeylərin (məsələn, “ağac”, “maşın”, “heyvan”) həm də bir ideyası real olaraq mövcuddur (realizm). Nominalistlər isə hesab edir ki, ümumi anlayışlar mövcud deyil. Onlar yalnız ad kimi (lat. “nomen” –ad) yalnız bizim ağlımızda mövcuddur, real mövcud deyil.
Foma Akvinalı. Orta əsrlər fəlsəfəsinin ən görkəmli nümayəndəsi, sxolastikanın sistemləşdiricisi dominikan monaxı Foma Akvinalı (1225/26-1274) olmuşdur. Onun yaratdığı təlim –tomizm Katolik kilsəsinin rəsmi doktrinası kimi qəbul edilmişdir. Vəfatından sonra, 1323-cü ildə müqəddəs elan olunub.
Foma Akvinalı öz dövrü üçün aktual olan, bütün xristian teoloqlarını düşündürən elm və imanın qarşılıqlı münasibəti məsələsinə aydın və birmənalı cavab vermişdir. O, öz əsərlərində elmin, ilk növbədə fəlsəfənin mühüm rolunu və nisbi müstəqilliyini qəti şəkildə bildirmişdir. Akvinalı hesab edir ki, fəlsəfənin fəaliyyət sferası əqlin dərk edə biləcəkləri ilə məhdudlanır.
Akvinalı göstərir ki, elmi-fəlsəfi mühakimələrin köməyi ilə bəzi xristian ehkamlarının həqiqiliyini, o cümlədən Allahın varlığını sübut etmək olar.
O, təkcə Allahın yox bütövlükdə mövcudiyyətin varlığını tədqiq etmişdir. Əsas müddəaları belədir:
-- o, mahiyyəti (essensiya) və mövcudluğu(ekzistensiya) ayırır. Onların bölünməsi katolisizmin əsas ideyalarındandır;
-- mahiyyət (essensiya) olaraq o, şey, və yaxud, hadisənin İlahi zəkada mövcud olan “xalis ideyasını”, əlamətlər məcmusunu nəzərdə tutur.
-- mövcudluq (ekzistensiya) dedikdə isə, şeylərin varlıq faktını nəzərdə tutur.
İdrak problemini tədqiq edən Akvunalı aşağıdakı nəticələrə gəlmişdir:
-- vəhy və zəka (iman və bilik) fərqli anlayışlardır;
-- iman və zəka eyni zamanda idrak prosesində iştirak edirlər;
-- iman və zəka həqiqi bilik verir;
-- əgər insan zəkası imana əks gedirsə, o həqiqi bilik verə bilməz;
-- dünyada hər şey iki yerə: zəka ilə dərk olunanlara və zəka ilə dərk olunmayanlara bölünür;
-- zəka ilə Allahın mövcudluq faktı, Onun vahidliyi, insan ruhunun ölməzliyi dərk oluna bilər;
-- dünyanın yaradılışı, ilkin günahabatma, Allahın üçlüyü zəka ilə dərk oluna bilməz, deməli İlahi vəhylə dərk olunur;
-- fəlsəfə yalnız zəka ilə dərk olunanı şərh edə bilər.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin