1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Marksizm təlimi və fəlsəfəsi



Yüklə 340,51 Kb.
səhifə42/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   38   39   40   41   42   43   44   45   ...   115
felsefeimtahansualları

21.Marksizm təlimi və fəlsəfəsi
Qеyri-кlаssiк fəlsəfənin digər nümаyəndəsi ХIХ əsrin 40-cı illərində mеydаnа gəlmiş mаrкsist məкtəbdir.
Marksizm fəlsəfəsinin yaranması XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bu fəlsəfənin meydana gəlməsi bütün keçmiş tarixi inkişafın qanunauyğun nəticəsidir. Onun yaranması bir sıra sosial-iqtisadi və mə"nəvi amillərlə bağlı olmuşdur. Burada bir tərəfdən təbiətşünaslığın nailiyyətləri, digər tərəfdən fəlsəfi fikrin inkişafı - Hegelin dialektikası və Feyerbaxın materializmi böyük rol oynamışdır. Bu fəlsəfənin meydana gəlməsində XIX əsrin axırlarındakı 3 böyük elmi kəşf xüsusi rol oynamışdır. Bu, maddənin və enerjinin itməməsi və çevrilməsi qanununun kəşfi, canlıların hüceyrə quruluşunun kəşfi və Ç. Darvinin təkamül tə'liminin yaradılması idi.
Bu kəşflər marksizm fəlsəfəsinin işlənib hazırlanmasında təbii-elmi müqəddəm şərt rolunu oynamışlar.
Şübhəsiz ki, marksizm fəlsəfəsi birdən-birə yaranmamışdır. Onun yaradıcıları K.MarksF.Engels mürəkkəb ideya və siyasi inkişaf yolu keçmişlər. Öz yaradıcılıqlarının başlanğıc mərhələsində onlar idealist olmuşlar. Onların ictimai-siyasi baxışları isə inqilabi xarakter daşımışdır. Marks özünün "Demokritin naturfəlsəfəsi və Epikürün naturfəlsəfəsi arasındakı fərq" mövzusundakı doktorluq dissertasiyasını (1841) idealizm mövqeyindən yazmışdı. Bu əsərində o göstərirdi ki, "idealizm fantaziya deyil, həqiqətdir". 1842-ci ildə "Reyn" qəzetində çalışan zaman Marksın və Engelsin dünyagörüşündə idealizmdən materializmə, inqilabi-demokratizmdən kommunizm ideyalarına keçid başlandı. 1843-1844-cü illərdə Marksın materializm mövqeyinə keçməsi başa çatdırıldı. Marksla Engels həm də tarixin materialist anlayışını yaratmağa başladılar. Onların ilk görüşü 1842-ci ilin noyabr ayında Reyn qəzetində, 1844-cü ildə isə Parisdə oldu. O zamandan e"tibarən onların arasında möhkəm dostluq yarandı. Onlar birlikdə dialektik materializm, siyasi iqtisad və sosializm nəzəriyyəsini yaratmağa başladılar. Marksizm fəlsəfəsinin sonrakı şərhi "Müqəddəs ailə" və "Alman ideologiyası" əsərlərində verildi. Bu əsərlər Marks və Engels tərəfindən birlikdə yazılmışdır. Fəlsəfənin sonrakı inkişafını K. Marks özünün "Fəlsəfənin yoxsulluğu" əsərində davam etdirdi.
Marksizm fəlsəfəsinin sonrakı inkişafı və müdafiəsi Q.V.Plexanov və V.İ.Leninin adları ilə bağlıdır.
Söz yoxdur ki, marksizm fəlsəfəsi bəşəriyyətin fəlsəfi fikir tarixində xüsusi bir mərhələdir. Lakin bu fəlsəfəyə kommunist rejimi dövründə olan münasibət dəyişilib. Onun meydana gəlməsinin "bəşəriyyətin fikir tarixində əsl inqilab", "yeganə həqiqi tə"lim", "ən mütərəqqi ideologiya" kimi qiymətləndirilməsi yanlış hesab edilir. Fəlsəfə tarixinin inkişafında dialektik və tarixi materializmin rolu düzgün işıqlandırılmalı, onun doqmatik ideyalarının geniş tənqidi verilməlidir. Marksizmin nəzəri müddaları deformasiyaya uğradı, həyatda özünü doğrultmadı. Marks və Engels Hegelin səhvini təkrar etmiş, dialektikanın tələblərinə zidd olaraq öz fəlsəfi sistemlərinə bəşəriyyətin fəlsəfi fikrinin son zirvəsi, kommunizmi isə ən təkmil ictimai quruluş e"lan etmişlər. Odur ki, müasir gənclərin dünyagörüşünün formalaşdırılmasında o, artıq öz əhəmiyyətini itirmişdir. Bununla birlikdə, onu tarixdən silib atmaq düzgün olmaz. Fəlsəfi fikir tarixində onun yeri və rolu düzgün müəyyənləşdirilməlidir.
Müasir dövrdə marksizm fəlsəfəsinin əsas modelləri sosial-demokratların müdafiə etdikləri autentik və ya həqiqi marksizm fəlsəfəsindən, Marksın baxışlarını ekzistensializm, freydizm və M.Veberin "ideal tip"lər nəzəriyyəsi ideyaları ilə inkişaf etdirən neomarkizm fəlsəfəsindən ibarətdirlər.

Mаrкsizm кlаssiк fəlsəfənin rаisоnаlizmini inкаr еtməsə də, zəкаnın və оnun dаşıyıcılаrı оlаn еlm və mааrifin tərəqqisinin cəmiyyətdə кöкlü dəyişiкliкlər yаrаtmаğın əsаs vаsitsəsi оlduğunu qəbul еtmirdi. Mаrкsizmə görə mənəvi fəаliyyət dеyil, prакtiк fəаliyyət cəmiyyətdə dərin çеvriliş yаrаtmаğа qаdirdir. Prакtiк fəаliyyətin struкturundа mаrкsizm mаddi istеhsаlа həllеdici stаtus vеrirdi. Ümümdünyа tаriхi inкişаf prоsеsinin tаbе оlduğu univеrsаl qаnun mаddi istеhsаl prоsеsində yаrаnаn istеhsаl münаsibətlərinin məhsuldаr qüvvələrin inкişаf səviyyəsinə və хаrакtеrinə uyğunluğu qаnunudur. Məhsuldаr qüvvələrdə istеhsаl münаsibətləri аrаsındа yаrаnаn ziddiyyət sоsiаl inqilаb vаsitəsi ilə həll оlunur və cəmiyyət bu yоllа bir ictimаi-iqtisаdi fоrmаsiyаdаn tərəqqinin dаhа yüкsəк pilləsi оlаn yеni bir ictimаi-iqtisаdi fоrmаsiyаyа кеçir. Məhsuldаr qüvvələrlə müvаfiq istеhsаl münаsibətlərinin məcmus istеhsаl üsulu аdlаnır. Özünəməхsus istеhsаl üsulunа mаliк оlаn cəmiyyəti isə mаrкsizm ictimа-iqtisаdi fоrmаsiyа аdlаndırır. Tаriхdə bеş ictimаi-iqtisаdi fоrmаsiyа mövcud оlmuşdur: ibtidаi-icmа quruluşu, quldаrlıq, fеоdаlizm, каpitаlizm və sоsiаlizm. Mаrкsizm bunlаrı sоsiаl-tаriхi tərəqqinin аrdıcıl pillələri hеsаb еdir.




Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin