19.Hegelin fəlsəfi sistemi və dialektikası Georq Vilhelm Fridrix Hegel(1770-1831). Hegel varlıq haqqında təliminin (ontologiya) əsas ideyası varlıq və təfəkkürün eyniliyi ideyasıdır. Bu eyniləşdirmə nəticəsində Hegel xüsusi fəlsəfi anlayış –mütləq ideya anlayışını çıxarır.
Mütləq ideya –bu: 1) yeganə mövcud həqiqi gerçəklikdir; 2) bütün ətraf dünyanın, onun predmet və hadisələrinin ilksəbəbidir; 3) özünüdərk və yaratmaq qabiliyyətinə malik olan Dünya ruhudur.
Hegel fəlsəfəsinin digər mühüm ontoloji anlayışı özgələşmədir. Haqqında müəyyən nəsə demək mümkün olmayan mütləq ruh özünü aşağıdakı şəkillərdə özgələşdirir: -ətraf dünya; -təbiət; -insan;
Hegelin ontoloji təlimində insan xüsusi rola malikdir. O –mütləq ideyanın daşıyıcısıdır. Hər bir insanın şüuru –Dünya ruhunun bir zərrəsidir. Mücərrəd və şəxssiz dünya ruh məhz insanda iradəyə, şəxsiyyətə, xarakterə, fərdiyyətçiliyə malik olur. Beləliklə, insan Dünya ruhunun “son ruhudur”.
Hegel fəlsəfəsinin əsas anlayışlarından biri də dialektikadır. Hegelə görə dialektika – Dünya ruhunun və onun yaratdığı ətraf aləmin inkişaf və mövcudluğunun əsas qanunudur. Dialektikanın mahiyyəti aşağıdakı kimi ifadə oluna bilər: -hər şey –Dünya ruhu, “son ruh” –insan, ətraf aləmin predmet və hadisələri, 18 prosesləri özündə əks başlanğıcları saxlayır (məsələn, gündüz və gecə, isti və soyuq, gənclik və qocalıq, sərvət və yoxsulluq, qara və ağ, hərb və sülh və s.) -mövcud başlanğıclar(vahid varlıq və Dünya ruhunun tərəfləri) biri digərinə münasibətdə ziddiyyətdədirlər, lakin, eyni zamanda mahiyyətlərinə görə birgə olub qarşılıqlı təsirdədirlər; -əksliklərin vəhdəti və mübarizəsi –dünyada hər şeyin inkişaf və mövcudluğunun əsasıdır. İnkişaf mücərrəddən konkretə doğru baş verir və aşağıdakı mexanizmə malikdir: -müəyyən tezis(hökm, varlıq forması) mövcuddur; -mövcud tezisə həmişə antitezis(onun əksi) tapılır; -iki əks tezisin qarşılıqlı təsiri nəticəsində yeni hökm –sintez alınır, o isə öz növbəsində, inkişafın daha ali səviyyəsində tezis olur. Hegel dialektikasının (inkişaf haqqında təlim) üç qanunu var: əksliklərin vəhdəti və mübarizəsi qanunu; kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçmə qnunu; inkarı inkar qanunu.
Hegel öz tədqiqatlarında əsasən anlamağa çalışır: təbiətin fəlsəfəsi; ruhun fəlsəfəsi; tarixin fəlsəfəsi. Hegel təbiəti(ətraf dünyanı) ideyanın özgə varlığı kimi başa düşür(yəni, ideyanın antitezisi, ideyanın digər mövcudluq forması kimi). Hegelə görə ruh üç formaya malik olur: subyektiv ruh; obyektiv ruh; mütləq ruh. Subyektiv ruh –ayrıca götürülmüş insan şüuru (“özü üçün ruh”). Obyektiv ruh –ruhun növbəti mərhələsi, “bütövlükdə cəmiyyətin ruhu”. Mütləq ruh –ruhun ali təzahürü, əbədi gerçək həqiqət. Mütləq ruhun təzahür formaları: incəsənət, din, fəlsəfə. Hegelə görə tarix Mütləq ruhun özünügerçəkləşdirməsidir. Mütləq ruhun özündə azadlıq ideyasını saxladığı üçün, bütün tarix insanın daha çox azadlıq əldə etməsi prosesidir. Bununla əlaqədar Hegel bəşəriyyət tarixini üç böyük mərhələyə ayırır: şərqi; antik-orta əsrlər; alman