1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


b) deduktiv nəzəriyyələrdə (çıxış aksiomlarda) şübhə



Yüklə 340,51 Kb.
səhifə29/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   25   26   27   28   29   30   31   32   ...   115
felsefeimtahansualları

b) deduktiv nəzəriyyələrdə (çıxış aksiomlarda) şübhə. Pirron hesab edir ki, çıxış aksiomunu tapmaq mümkün deyil. Verilmiş mühakimənin səhih olmasını heç kim bilmir və bu mümkün deyil. Çünki, səhih çıxış aksiomlar yoxdur, bunsuz isə deduktiv əqlinəticə ola bilməz. O, deyirdi: “Sübutun həmişə meyara ehtiyacı var, düzgün meyar isə ona görə ola bilməz ki, onun öncədən sübut olunmasına inam yoxdur”.
Buradan isə əxlaqi və məntiqi skeptisizm alınır: başqasının fəaliyyəti üçün müəyyən nizama üstünlük verilməsi heç vaxt rasional ola bilməz. Ona görə də yaşadığın ölkə qanunlarına tabe ol. Pirrona görə xoşbəxtlik tam təmkinlik, ehtirassızlıq, sakitlik nəticəsinə əldə olun bilər.
Epikürçülük. Ellin-Roma dövrünün ən görkəmli nümayəndələrindən biri Epikür (m.ö.341-270) hesab olunur. Onun Afinada açdığı məktəb “Epikür bağı” adı ilə məşhur olmuş, çoxsaylı tərəfdarlar toplamışdır.
Epikür fəlsəfəsi üç böyük mərhələyə bölünür:
-- kanonika –idrak nəzəriyyəsi;
-- fizika –təbiət haqqında təlim;
-- etika –insanın davranışı, əxlaq təlimi.
Kanonika. İdrak nəzəriyyəsini Epikür kanonika adlandırıb. Çünki onun idrak nəzəriyyəsinin əsasında həqiqətin meyarları haqqında təlim dayanır (kanon –ölçü, meyar, nümunə).
Epikürə görə həqiqətin əsas və ilk meyarı duyğuların insana verdiyi məlumatlardır: “biz hər şeydə duyğularımıza arxalanmalıyıq”. O, biliyin mənbəyini zəkada görənlərlə qətiyyən razılaşmır. Hesab edir ki, zəka tam şəkildə duyğulardan asılıdır. Hisslərlə əldə olunan biliyi qüsursuz sayan Epikür dərketmə prosesindəki yanılmaların səbəbini zəkada görür: hisslər səhv etmir –zəka yanılır.
Fizika. Naturfəlsəfi (təbiətin fəlsəfəsi) problemlərin həllində Epikür Demokritin atomizminin ardıcılı olmuşdur. Ona görə kainat əbədi və sonsuzdur.
Bütün şeylər (bütün materiya) atom və boşluqlardan təşkil olunub. Atom və boşluqlar da əbədidir. Atomlar əbədi hərəkətdədir. Bu hərəkət düzxətli olsa da, atomlar bir-biri ilə toqquşaraq kənaraçıxmalara yol verirlər. “Xalis ideyalar dünyası” yoxdur (Platonun əleyhinə). Kainatda çoxsaylı maddi dünyalar mövcuddur.
Etika. Epikür insanı bioloji təkamülün nəticəsi hesab edir. Ona görə Tanrılar əxlaqi ideal kimi mövcud olsalar da, dünyəvi işlərə qarışmırlar. İnsanın taleyi onun özündən və şəraitdən asılıdır. İnsan canı (ruhu) xüsusi növ materiya olub bədən kimi fanidir. İnsan yer həyatında xoşbəxtliyə can atmalıdır, bu xoşbəxtlik isə həzdədir. O, həzz dedikdə hissi həzzi yox, sağlamlıq, sevimli peşə ilə məşğul olmaq, iztirabın olmamasını nəzərdə tutur. Həyatın norması isə, arzu və istəklərin zəkalı məhdudlaşdırılması, təmkinlik və dinclik (ataraksiya), müdriklik olmalıdır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin