Məzdəküik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilikdəki dualizm məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilıkdə mövcud olan dualizmi, İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik lə'limi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, Qaranlıq (Şər) səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək tə'limində insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir.
Məzdəkilik Xürrəmilik təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda xürrəm sözünü üç cür izah edirlər.
Xürrəm- Ərdəbil yaxmlığmda yer adıdır;
Xürrəm- şad, kefcil deməkdir;
Xürrəmə- Məzdəkin qadmı və təbliğatçısı.
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən izah etmək təklifıni irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsıziıqla əlaqələndirmələri, şübhəsiz, onlann elmi və siyasi cəhətdən dar düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində qəhrəmancasma azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı keçirən adamlar kimi vermək olmaz..
Atəşpərəstliyin (məcusiliyin) bir e!tiqad kimi Azərbaycanda tədricən sıxışdınlmasına baxmayaraq onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən izah etmək təklifini irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsızlıqla əlaqələndirmələri, şübhəsiz, onların elmi və siyasi cəhətdən dar düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində qəhrəmancasına azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı keçirən adamlar kimi vermək olmaz.
Xürrəm sözü, heç şübhəsiz, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı filosoflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin sayəsində vücuda gəlmiş sayılır. Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.