1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


)Ş.Y.sührəvədinin İşraqilik təlimi



Yüklə 340,51 Kb.
səhifə58/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   54   55   56   57   58   59   60   61   ...   115
felsefeimtahansualları

28)Ş.Y.sührəvədinin İşraqilik təlimi.
Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Suhrəvərdi böyük filosof, şiraqilik fəlsəfəsinin banisidir.
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm, sufizm və işraqilik məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və təbiətşünaslığa dair "Qeydlərində" (Əl-təlvihat), "Müqavimətlər" (Əl-müqavimət", "Baxışlar" (Əl-ləməhat) və başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatını hazırlamış, peripatetik tə'limini inkişaf etdirmişdir. "Filosofların görüşləri" traktatında Şərq peripatetizmini ortodoksal islam ideoloqlarının hücumlarından qorumuşdur. "Cəbrail qanadının səsi", "Qızğın əql", "Bir gün sufi camaatla birlikdə", "Uşaqlıq haləti haqqında", "Qarışqaların dili", "Simurğun civiltisi", "Ürəklərin bağı" (yaxud "Ürəklərin çəməni") və başqa traktatlarında o öz sufi sələflərinin ideyalarını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur.
Şihabəddin Suhrəvərdinin "İşıq heykəlləri", "İmaməddin lövhələri", "İşıqnamə", xüsusən "İmraq fəlsəfəsi" və bir sıra başqa əsərlərində Şiraqilik tə'liminin başlıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uyğundur. Şiraqilik (Əl-şiraqiyyə) bu sözdən əmələ gəlib, "Şirağa məxsus" deməkdir. Bu tə'limə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla şiraqilik fəlsəfəsində Şərq peripotetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. Şiraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları əjdahaeya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq etməlidir, O, deyirdi "siyasət onun əlində olarsa, zaman işıqlı olar".
Şihabəddin Suhrəvərdinin . fəlsəfəsini, xüsusən onun Şiraqilik tə'limini Şəmsəddin Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar inkişaf etdirmişlər.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin