32.Azərbaycanda maarifçilik fəlsəfəsi, əsas nümayəndələri Sual: 33,34,35,36 33. A.A Bakıxanovun fəlsəfi görüşləri A.A.Bakıxanov 1794 -cü ildə Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycanın maarifçi mütəfəkkiri, alimi,şairi, yazıçısı və tərcüməçisidir. Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlər qələmə almışdır. Əsərlərini “Qüdsi” təxəllüsü ilə yazmışdır.Əsərlərində vətənpərvər, tarixçi, maarifçi bir ictimai xadim mövqeyindən çıxış etmişdir.
A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani - İrəm”, “Kəşfül - Qəraib”, “ Qanuni - Qüdsi” və s. kimi əsərlər qələmə almışdır. “Əxlaqın İslahı”, “Gülüstani - İrəm” əsərlərində məntiq, əxlaq və fəlsəfədən bəhs etmişdir. Onun fikrincə, fəlsəfənin əsas məqsədi təhsillənməkdən ibarətdir.Bakıxanov ağlı,təhsili, maariflənməyi həyatda hər şeydənyüksəkdə tutmuşdur. Onun fikrincə, Allahın verdiyi bilik,ideya insanın işığı, nurudur.
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olan Abbasqulu Ağa Bakıxanov təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları”əsərlərində ifadə olunmuşdur.
A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları onun fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.
A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir.Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.
O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə ilə praktikanın əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə,həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.
Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.
“Təhzibül-əxlaq” əsərində Bakıxanov fəlsəfi görüşlərini irəli sürmüşdür. Əsərdə başlıca məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi keyfiyyətləri formalaşdırıb tərbiyə etmək olmuşdur.
Bakıxanov hər bir insanda, şəxsiyyətdə vicdani saflığa, doğruluq və düsrüstlüyə, mərdliyə, ədalətliliyə önəm vermiş vəonu yüksək qiymətləndirmişdir. Gəncləri şöhrətpərəstlikdən əl çəkməyə, təvazökarlığa meyl etməyə, hər bir insanla xoş rəftar etməyə, ədalətsizliyə yol verməməyə, əməyi sevməyə, əmək adamlarına hörmət bəsləməyə, vətənə məhəbbət dolu olmağa səsləmişdir. Onun əxlaq nəzəriyyəsində insanlığa verilən dəyər, vətənə və xalqa olan məhəbbət, demokratik dünyagörüşü öz əksini tapmışdır.