1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


M.F. Axundovun fəlsəfi görüşləri



Yüklə 340,51 Kb.
səhifə63/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   59   60   61   62   63   64   65   66   ...   115
felsefeimtahansualları

34. M.F. Axundovun fəlsəfi görüşləri
Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. Axundovun fəlsəfi görüşləri onun yaradıcılığında mühüm yerə malikdir. Onun fəlsəfi görüşlərinin mənbələrinin əsasında rus, şərq və Azərbaycan fəlsəfəsi mədəniyyəti durur.Axundov qədim Yunan fəlsəfi fikri və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Axundova görə, fəlsəfənin başlıca vəzifəsi bütün kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Onun fəlsəfi təliminə görə, dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.
Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur,ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda inikası adlandırmışdır O, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.
M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi görüşlərinə görə ateist olmuşdur. O, dinlə elmin bir yerdə ola bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir.
Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarı olan Axundovun (M.F.Axundzadə) “Kəmalüddövlə məktubları”, “Mollayi Ruminin və onu təsnifinin babında”, “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində onun yüksək fəlsəfi ideyaları öz əksini tapmışdı.
Onun fikrincə, zaman ilə məkan vacib atributlardır. Maddi varlıq həmişə hərəkətdədir, qanunauyğunluğa əsaslanır. Bu baxımdan kainat həm yaradılan,həm də yaradandır. Onun fəlsəfi fikirləri rasionalizmə əsaslanırdı.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin