41.Məkan və zaman materiyanın mövcudluq formaları kimi
Materiyanın digər mövcudluq formaları məkan və zamandır. Məkan və zaman müxtəlif elmlərin tədqiqat predmetidir. Bu kateqoriyaların ən ümumi təbiətə malik olması fəlsəfənin də diqqətini özünə cəlb etmişdir.
Məkan –bütün maddi obyektlərin yertutumu və strukturluğunu işarələmək üçün istifadə edilən kateqoriyadır.
Zaman –bütün maddi obyektlərin mövcudluq müddətini və vəziyyətinin dəyişmə ardıcıllıqlarını işarələmək üçün istifadə edilən kateqoriyadır.
Fəlsəfədə məkan və zaman kateqoriyalarına iki yanaşma mövcuddur:
• substansional;
• relyasion.
Substansional yanaşma tərəfdarları (Demokrit, Epikür) –məkan və zamanı materiya ilə yanaşı müstəqil reallıq hesab edirlər.
Relyasion yanaşma tərəfdarları (Aristotel, Leybnis, Hegel) –məkan və zamanı maddi obyektlərin qarşılıqlı təsirindən törənən münasibət kimi qəbul edirlər.
Əgər hər nə isə mövcuddursa, deməli o həm də müəyyən xassələrə malikdir. Bəzi hallarda nəyinsə tam anlaşılması onun xassələrinin öyrənilməsini zəruri edir. Məkan və zaman da bir sıra xassələrə malikdir. Bu ümumi kateqoriyaların fəlsəfi tədqiqi onun xassələrinin öyrənilməsini də ehtiva edir. Məkan və xassələrin əsas xassələrini aşağıdakı kimi sadalamaq olar:
a)obyektivlik –yəni məkan və zaman maddi dünyaya aid olub bizim şüurumuzdan asılı deyil; 14
b)məkan üçölçülü, zaman birölçülüdür;
c) məkan izotropluğa, zaman isə anizotropluğa malikdir (məkanın izotropluğu onun istiqamətə malik olmamasını, zamanın anizotropluğu isə istiqamətə malik olmasını bildirir: zaman keçmişdən gələcəyə doğru “axır”);
d)məkan və zaman bircinsdir (məkan ona görə bircinsdir ki, o özünün hər bir nöqtəsində izotropdur; zaman isə ona görə bircinsdir ki, heç bir zaman anı digər zaman anından üstünlüyə malik deyil, zaman anları mütləq bərabərhüquqludur);
e)makrosəviyyədə məkan və zaman kəsilməzdir;
f)məkan və zaman bir-biri ilə, eyni zamanda materiyanın hərəkəti ilə kəsilməz əlaqədədir;
g)məkan və zaman sonsuzdur.
Dostları ilə paylaş: |