1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur



Yüklə 340,51 Kb.
səhifə73/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   69   70   71   72   73   74   75   76   ...   115
felsefeimtahansualları

Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar:
1. solipsizm;
2. obyektiv idealizm;
3. mötədil materializm;
4. fizikalizm.
Burada 1 və 2- idealist yanaşma, 3 və 4-materialist yanaşmadır.
Solipsizm: şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.).
Obyektiv idealizm: həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüuru “dünya şüurunun” bir hissəsidir.
Mötədil materializm: şüur materiyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.
Fizikalizm: şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiyyət elmlərinin köməyi ilə izah edilə bilər.
Şüur probleminə fizikalist yanaşma çoxsayli təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır:
• • insanın baş beyni gerçəkdən təbiətin mürəkkəb “mexanizmi”, materiyanın ali təşkil səviyyəsidir;
• • konkret insan şüuru beyinsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir;
• • bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) – maddi obyektdir;
• • insan orqanizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu);

Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur:
• • “eyniyyət nəzəriyyəsi” (D.Armstronq, C.Smart) –ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir –qan dövranı, tənəffüs, beyin prosesləri;
• • “eliminasiya” nəzəriyyəsi (F.Feyerbend) –“ruh”, “mənəvi” anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır;
• vulqar materialistlərin nəzəriyyəsi (K.Foxt) –iddia edirlər ki, qaraciyər öd ifraz etdiyi kimi, beyin də fikir ifraz edir.
Marksist fəlsəfədə şüurun mahiyyəti haqqında materialist yanaşma geniş yayılmışdır. Bu daha çox inikas nəzəriyyəsi adi ilə tanınır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas etdirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır:
• • inikas;
• • qıcıqlandırma;
• • hislik;
• • psixi inikas;
• • inikasın ş・rlu forması.

Ümumiyyətlə materiyaya inikas etdirmə xüsusiyyəti xasdır. İnikas –maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxmaq qabiliyyətidir. İnikasa çoxsaylı misallar göstərmək olar: bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır:


• • mexaniki;
• • fiziki;
• • kimyəvi.

Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları:


• qıcıq; • hislik • psixi inikas. Qıcıq –bioloji inikasın sadə forması olub, canlı orqanizmlərin (hətta bitkilərin) ətraf dünyanın (canlı və cansız) predmet və hadisələrinə reaksiyasıdır. Məsələn, bitki yarpaqlarının istidən quruması, yağışdan formalarını dəyişməsi, günəbaxanın günəşə tərəf dönməsi və s. Hislik –bioloji inikasın daha ali forması –canlı orqanizmlərin ətraf dünyanı duyğular vasitəsilə inikas etdirməsi.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin