1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə76/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   72   73   74   75   76   77   78   79   ...   115
felsefeimtahansualları

Aristotelin təlimində insan ictimai və siyasi vücud kimi nəzərdən keçirilir. Elə insanı heyvandan fərqləndirən də onun sosial təbiətidir. İnsanın digər fərqləndirici əlaməti onun zəkalı olmasıdır. Aristotelə görə insan zəkaya malik ictimai heyvandır. Sosiallıq və zəkalılıq insanı heyvandan fərqləndirən iki əsas məqamdır.
Qədim yunan cəmiyyətinin böhran mərhələsində, daha doğrusu Ellin fəlsəfəsində insan problemi fərqli çalarlarla təzahür edir. Bu dövrdə insan problemi sosial və əxlaqi vəziyyətlə, insan həyatının və ekzistensial dəyərlərin itməsi ilə əlaqədar meydana çıxır. Belə şəraitdə fəlsəfənin intellektual-terapevtik funksiyası ön plana çıxır. Deyilənlər daha qabarıq şəkildə epikürçülüyə aiddir. Epikürün təliminə görə tibb insanın bədənini müalicə etdiyi kimi, fəlsəfə də insanın canını, ruhunu, qəlbini müalicə etməlidir.
Orta əsrlər Qərb xristian fəlsəfəsi əsas diqqətini insan varlığının dəfolunmaz ziddiyyətlərinə yönəldir. İnsan həm yaradılmışın tacı olub digər canlı vücudlar üzərində hökmranlıq edir, həm də bütünlüklə Allahın mərhəmətindən asılıdır. O həm arzulayan və şəhvətli bədən, həm də əbədiyyətə qovuşmaq istəyən candır. Bax insan təbiətinin ziddiyyətliliyi və çoxtərəfliliyi səbəbindən onun özü tərəfindən dərk edilə bilmir. Yalnız İlahi vəhydə insanın gerçək mahiyyəti aşkarlanır.
Bu dövr fəlsəfəsinin görkəmli nümayəndəsi Müqəddəs Avqustinin təliminin bütövlükdə Platon fəlsəfəsindən qidalandığı kimi, onun insan konsepsiyası da eyni mənbədən qidalanır. İnsan bir-birindən asılı olmayan can və bədəndən ibarətdir. Lakin, insanı insan edən məhz onun canıdır. Can insanın məxsusi, immanent substansiyasıdır.
Avqustindən fərqli olaraq Foma Akvinalı insan haqqında xristian təlimini əsaslandırmaq üçün Aristotel fəlsəfəsindən istifadə etmişdir. Fomaya görə insan heyvanla mələk arasında aralıq vücuddur. O can və bədənin vəhdətidir. Lakin bədənin “mühərriki” candır və insanın mahiyyətini də can müəyyənləşdirir. Avqustinin əksinə olaraq Foma belə hesab edir ki, can və bədən heç də bir-birindən müstəqil mövcud deyillər. İnsan onların hər ikisinin şəxsi vəhdətidir. Can qeyri-maddi substansiyadır, bununla belə özünün son gerçəkləşməsini bədən vasitəsilə əldə edir.
İntibah dövrünün insan fəlsəfəsi yeni iqtisadi münasibətlərin, elmi biliklər və humanizm adı almış yeni mədəniyyətin təsiri altında formalaşır. Əgər Orta əsrlərin teoloji fəlsəfəsi insan problemini dini-mistik planda həll edirsə, İntibah fəlsəfəsi insana dünyəvi aspektdə baxır və bu əsaslarda da insan problemini həll edir. Bu

dövr fəlsəfəsinə humanizm və antroposentrizm üzvi surətdə xasdır. Ümumiyyətlə, İntibah fəlsəfəsi humanizm pafosu, insanın azadlığı və onun hüdudsuz imkanlarına inamla səciyyələnir.



Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin