1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə74/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   70   71   72   73   74   75   76   77   ...   115
felsefeimtahansualları

Psixi inikas –duyğuların düşünülməsi, sistemləşdirilməsi, canlı orqanizmlərin ətraf mühitə uyğunlaşmaq məqsədilə davranışlarını modelləşdirmək qabiliyyəti.
Şüur –bioloji inikasın ən ali forması, insana, qismən də ali heyvanlara xas xüsusiyyətdir. Şüur ətraf dünyanın daha tam inikası və düşünülməsidir, mücərrədləşdirmə və refleksiya qabiliyyətidir.
43. Fəlsəfədə insan problemi
1.İnsan fəlsəfi problem kimi. Qədim yunan filosofu, kiniklər məktəbinin görkəmli nümayəndəsi Sinoplu Diogeni günün günorta çağı əlində fənər görən insanlar ondan nə axtardığını soruşanda “insan axtarıram” cavabını vermişdi. İlk baxışda bir az ironik, bir az da qeyri-ciddi səslənən bu cavab olduqca böyük mənaya malikdir. Yəni məsələ heç də göründüyü qədər sadə deyil. Əslində sinoplu müdrik hər gün yüzünü, minini gördüyümüz, gündəlik qayğılar içində vurnuxan və hətta bəzən insan olduğunu unutmuş insanlar içərisində adı böyük hərflə yazılacaq “İNSAN” axtarır. Yəni, hər gün dəfələrlə işlətdiyimiz “insan” sözü, mənası və mahiyyəti asanlıqla qavranılmayan, dərk olunmayan və ciddi təhlilə ehtiyac duyulan xüsusi varlıq tipini işarələyir.
Problemlə bilavasitə bağlı olan bəzi suallara nəzər yetirək: İnsanı sözün əsl mənasında “insan” edən nədir? Onun digər canlılardan nə fərqləndirir? İnsan həyatının və ölümün mənası varmı? Fərd, şəxs, şəxsiyyət terminləri bir-birindən nə ilə fərqlənir, onların məzmunca fərqi nədir? İnsanın mənşəyi haqqında biz nə bilirik? Nəhayət rus yazıçısı M.Qorkinin məşhur ifadəsini xatırlayaq: “İnsan –qürurlu səslənir!”. Nə üçün?
İlk baxışda belə görsənə bilər ki, bu suallarla artıq ayrı-ayrı elmlər məşğul olur və burada fəlsəfəyə heç bir ehtiyac yoxdur. Düzdür, fəlsəfə ilə müqayisədə çox-çox sonralar yaranmış və ya fəlsəfədən ayrılmış psixologiya, antropologiya, sosiologiya, fiziologiya, tibb və s. kimi elmlər də bu suallara cavab axtarışı ilə məşğuldur. Lakin, baxaq görək bu elmlər insanla bağlı yuxarıda səslənmiş hansı suala qəti və son cavabı verib? Əlbəttə ki, heç birinə. Bax elə bu amilin özü insanın fəlsəfi tədqiqini zərurətə çevirir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin