BeCl2 : NaCl
K - / \ A +
Be2+ + 2e- → Be0 2Cl- - 2e- → Cl20
Fiziki xassələri. Berillium yüngül metal olub, birləşmələr şəklində açıq sarı, toz halında isə tünd boz rəngdədir, adi temperaturda kövrək, nisbətən yüksək temperaturda isə plastikdir. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı ρ = 1,85 q/sm3, ərimə temperaturu tər = 12850 C.
Kimyəvi xassələri. Berillium havada qaldıqda onun səthi oksid və suda olduqda hidroksid təbəqəsi ilə örtülür və bu örtüklər qoruyucu rolunu oynayır, havada və suda berilliumun sonrakı oksidləşməsinin qarşısını alır. Yüksək temperaturda sudan hidrogeni reduksiya edir və oksigendə yanaraq berillium oksidinə çevrilir.
Be + 2H2O → Be(OH)2 + H2
2Be + O2 → 2BeO
Qızdırdıqda Be halogenlərlə, azotla, silisiumla, fosforla birləşmələr əmələ gətirir.
Be + Cl2 → BeCl2 3Be + N2 → Be3N2
Be + S BeS 2Be + Si → Be2Si
3Be + 2P → Be3P2
Berillium hidrogenlə bilavasitə birləşmir. Onu almaq üçün BeCl2-yə LiH –la efir məhlulunda təsir edirlər.
BeCl2 + 2LiH → BeH2 + 2LiCl
Berillium duru turşularda həll olur. Nitrat turşusundan başqa digər duru turşulardan hidrogeni reduksiya edir.
Be + H2SO4 → BeSO4 + H2
Be + 2HCl → BeCl2 + H2
Duru nitrat turşusunda Be həll olur, turşunun qatılığı 10-15% olduqda reaksiya aşağıdakı kimi gedir:
4Be + 9HNO3 → 4Be(NO3)2 + NH3+ 3H2O
4Be + 10 HNO3 → 4Be(NO3)2 + NH4NO3 + 3H2O
Qatı nitrat və sulfat turşusu berilliumu passivləşdirir. Be amfoter xassəli metal olduğundan qələvilərin qatı məhlullarında həll olur.
Be + 2NaOH → Na2BeO2 + H2
Be + 2NaOH + 2H2O → Na2[Be(OH)4] + H2
Tətbiqi. Be rentgen şüalarını yaxşı keçirdiyi üçün ondan rentgen borularında istufadə olunur. O, atom reaktorlarında neytron mənbəyi kimi tətbiq edilir.
9 4Be + 4 2He → 12 6C + 1 0 n
Be- un Ni- lə ərintisindən (Be-1,5%) cərrahiyyə alətləri və metal dişlər hazırlanır. Tərkibində 2 – 4 % Be olan mislə ərintisi berillium tuncu adlanır. Ondan qığılcım verməyən alətlər, yaylar, saat mexanizmləri və s. hazırlanır. Be ərintilərindən aviasiyada, gəmiqayırmada, elektrotexnikada istifadə olunur. Be ərintilərə legirləyici kimi əlavə olunur. Bu onların möhkəmliyini, bərkliyini və korroziyaya qarşı davamlılığını artırır.
5.SİNKİN TURŞU VƏ QƏLƏVİLƏRLƏ QARŞILIQLI TƏSİRİ
Sinkin mürəkkəb maddələrlə qarşılıqlı təsiri.
Dostları ilə paylaş: |