Birinci mərhələdə psixoterapevt ailə üzvlərinin və ya onlardan birinin fərdi və şəxsiyyət xüsusiyyətlərini nəzərə almaqla ailə münasibətlərinin pozulmasının tipini müəyyənləşdirir.İkinci mərhələdə psixoterapevt pasient və onun ailə üzvləri ilə təklikdə görüşlər keçirir, ailə konfliktlərinin mənbəyini aşkara çıxarır və hər bir ailə üzvünə emosional uyğunlaşdırıcı təsir vasitəsilə onun aradan qaldırılması üçün psixoterapevtik iş aparır. Bu prosesdə psixoterapevtin özü ailə üzvlərinin konfliktə cəlb edilməsini təşkil edərək iştirakçıya çevrilmiş olur.Psixoterapevt ailə üzvü olan hər bir iştirakçıya hamı üçün anlaşıqlı bir dildə danışmağı öyrənməkdə kömək edir. Bu prosesdə o, öz üzərinə vasitəçi rolunu götürür və razılaşdırılmış qaydada konflikt haqqında müəyyən həcmdə məlumatı bir iştirakçıdan digərinə ötürür və bu prosesdə “robot-manipulyator” rolunda çıxış edir. Seans iştirakçılarınm ziddiyyətli məlumatlarını dinlədikdən sonra psixoterapevt onları jestlərin dilinə çevirir.Bu zaman jestlərin ekspressivliyini iştirakçıların həssaslığı və tolerantlığına uyğunlaşdırır. Beləliklə, bu mərhələdə qeyri-direktiv psixoterapiya, şəxsiyyətin dərk edilməyən münasibətlərinin əsasən niyyətli verballaşdırılması, habelə, ailə üzvlərinin bir-birinə təsirinə aid xüsusi işlənmiş metodlardan istifadə olunur. Ailə münasibətlərinin rekonstruktiv (yenidən qurulması) adlanan üçüncü mərhələsində aktual olan ailə problemlərinin birgə müzakirəsi təşkil olunur.Bu, ayrıca bir ailə ilə, həm də oxşar problemləri olan bir neçə ailə və onların qohumları ilə birlikdə paralel olaraq həyata keçirilə bilər. Xüsusi təşkil olunan belə qruplarda rol davranış treninqi və konstruktiv mübahisə qaydaları öyrədilir.Dəstəkləyici və ya fiksasiyaadlanan sonuncu mərhələdə təbii ailə şəraitində əvvəlki mərhələlərdə qazanılmış empatik ünsiyyət vərdişləri və artan rol davranışı diapazonu möhkəmləndirilir.
Psixoterapevt ailə üzvlərinin ailədaxili münasibətin dinamikasına aid cavablarını dinləyir, onlara məsləhətlər verir, real həyatda zəruri olan ünsiyyət vərdişlərinin formalaşdırılması üçün korreksiyaedici tədbirləri həyata keçirir. Diaqnostik məlumatların həcmindən və qarşıya qoyulan məqsəddən asılı olaraq, psixoterapevt ailə psixoterapiyası prosesinin strukturunu tərtib edir və həyata keçirilməsi ardıcıllığını müəyyənləşdirir. Məşhur ailə psixoterapevtləri E.G.Eydemiller və V.V.Yustitskə görə, “ailə psixoterapiyasının mərhələləri” anlayışı və onlara uyğun psixoterapevtik metodikaların seçilməsi bir-biri ilə qarşılıqlı əlaqədə olan hadisələrdir.Ailə öz strukturuna görə mürəkkəb sosial-psixoloji sistemdir. Müasir ailə psixoterapiyası vahid nəzəri baza olmadığından məqsədə çatmağa təminat yaradan istənilən yanaşma məqbul hesab edir. Ailə psixoterapiyasında geniş yayılmış müasir yanaşmalara nəzər salmaq lazım gəlir.Bu yanaşmalardan biri eklektik yanaşmadır. Onun nümayəndələri ailənin öyrənilməsi probleminə aid ümumi diaqnostik sxemdən və müxtəlif ailə psixoterapiyası məktəblərinin yanaşmalarının birləşdirilməsi mövqeyindən çıxış edirlər. Problemə eklektik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, müxtəlif ailə psixoterapiyası məktəbləri analiz və ailənin həyat fəaliyyətinin müxtəlif cəhətdən korreksiyası metodlarına istinad edirlər.Ona görə də, birləşdirmə və yanaşmalar arasında uyğunluğun tapılması tamamilə təbiidir. Ailə psixoterapiyasında problemli yanaşmanın tərəfdarları ailədə baş verən problemlərin həllinə fərqli mövqedən yanaşırlar. Onların fikrincə, müəyyən xəstəliyin diaqnozunu qoymaq istəyən həkimi ilk növbədə orqanizmdə xəstəliyin yaranmasına səbəb olan amillərin kompleksi maraqlandırdığı kimi, ailə psixoterapevtini də psixi xəstəliyin yaranmasına səbəb olan amillər düşündürməlidir.
ABŞ psixoterapevtləri Tseng və Dermott bu məqsədlə problemli ailələrin üçoxlu təsnifatını vermişlər. “Onlar ailənin inkişafının pozulması” adlandırılan birinci oxa istənilən ailənin inkişafınm müxtəlif mərhələlərində meydana çıxan çətinliklərin məcmuyunu daxil etmiş, bunları birinci disfunksiya adlandırmışlar.Buraya cütlüklər arasında etibarlı münasibətlərin qurulmasına səbəb olan çətinliklər, ilk uşağın doğulması ilə əlaqədar yaranan problemlər, yetkin ailə üzvlərinin ailədən getməsi, yaxın adamın ölümü ilə əlaqədar yaranan çətinliklər, boşanma, təkrar nikah, və ya tərəflərdən birinin ölümü ilə əlaqədar yaranan ailə böhranları və s. aid edilir. “Ailə alt sistemlərinin pozulmasına” (ikinci ox)ər-arvad münasibətlərinin disfunksiyası, tərəflərdən birinin digərindən psixoloji asılılığı, “valideyn-uşaqlar” və “bacılar-qardaşlar” alt sistemlərində yaranan münasibət pozğunluqları aid edilir.“Ailə qrupunun funksiyalarınm pozulmasına” (üçüncü ox) ailənin ayrı-ayrı üzvləri arasında inteqrasiyamn pozulması (dezinteqrasiya), sosial rolların yerinə yetirilməsindəki pozuntular, bütövlükdə ailənin ətraf aləmlə qarşılıqlı münasibətlərinin pozulması (sosial cəhətdən təcrid olunmuş ailə) daxil edilir.“Üçoxlu təsnifat’’ ailə problemlərinə diaqnostik yanaşmada ən maraqlı və ardıcıl yanaşma təşəbbüslərindən biridir. O, tədqiqatçını ailə problemlərinin öyrənilməsi və onların qarşılıqlı nisbətinin təhlili üçün aydın metodika ilə silahlandırır.Ailənin faktor modelinə, faktor təhlili ilə əldə olunan əsas parametrlərə aid diaqnostik sxemlər, yeni obyektin riyazi statistikası metoduna əsaslanan xarakteristikaları aiddir. Bunun üçün əvvəlcə müəyyən obyektlər qrupunun (məsələn, ailənin) mümkün xarakte- ristikasının tam siyahısı verilir, sonra isə riyazi prosedurlar əsasında ən uyğun xarakteristikalar müəyyənləşdirilir.Müasir dövrdə bir sıra xarici ölkələrdə ailə üzvləri arasında meydana çıxan konfliktlərin və bu səbəbdən ailə üzvlərindən kiminsə psixi pozuntuya məruz qalması nəticəsində meydana gələn xəstəliklərin aradan qaldırılmasında ailə psixoterapiyasından geniş istifadə olunur. İnkişaf etmiş bir sıra xarici ölkələrdə artıq çoxdandır ki, ailə psixoloqu və psixoterapevtləri çalışırlar.
Müasir ailə psixoterapiyası üzrə həyata keçirilən seanslarda bir sıra modellərə istinad edilir: